Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli
Vladimir Vladimiroviç,
Oxot
dənizində “Dalniy Vostok” traulerinin qəzaya uğraması
nəticəsində çoxsaylı insan tələfatı
haqqında xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan
xalqı adından və şəxsən öz adımdan Sizə,
həlak olanların doğmalarına və yaxınlarına dərin
hüznlə başsağlığı verir, zərərçəkənlərin
tezliklə sağalmalarını arzu edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 aprel 2015-ci il
Azərbaycan.-2015.- 3 aprel.- S.2.