Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində

 əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

 

Tbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 2-də Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Söhbət zamanı Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşünün, eləcə də qarşılıqlı fikir və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

 

Azərbaycan.-2015.- 3 aprel.- S.2.