Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə

 əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Aprelin 2-də Tbilisidə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb. Söhbət zamanı hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

 

Azərbaycan.-2015.- 3 aprel.- S.2.