2015-ci ilin Azərbaycan
Respublikasında “Kənd təsərrüfatı ili”
elan
edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI
Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il
3
aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir
Sıra N-si
Tədbirin adı
İcraçılar
İcra müddəti
1. Kənd təsərrüfatı məhsulları istehsalının dəstəklənməsi
1.1.
Əkinçilikdə yeni texnologiyaların və təkrar əkinlərin tətbiqinə dair təkliflərin hazırlanması
Kənd Təsərrüfatı Nazirliyi,
İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi
II rüb
1.2.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımlarının sistemləşdirilməsi və mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi
III rüb
1.3.
“Aqrolizinq” ASC tərəfindən dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin və cins damazlıq heyvanların lizinq yolu ilə satılması şərtlərinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması
Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC
II rüb
1.4.
Hər bir iqtisadi rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla, kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşdırılması üzrə təkliflərin hazırlanması
Kənd Təsərrüfatı Nazirliyi
IV rüb
1.5.
Kənd təsərrüfatı məhsullarının istehsalı, idxalı və ixracı zamanı məhsulların keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi
il ərzində
1.6.
Müasir suvarma sistemlərinin kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən tətbiqinə dəstək verilməsi
Kənd Təsərrüfatı Nazirliyi
il ərzində
1.7.
Bölgələrin xüsusiyyətlərindən asılı olaraq, kiçikhəcmli emal müəssisələrinin yaradılmasının dəstəklənməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,
rayon icra hakimiyyətləri
il ərzində
1.8.
5-10 başlıq cins ətlik-südlük qaramaldan ibarət ailə-fermer təsərrüfatlarının yaradılmasının dəstəklənməsi
Kənd Təsərrüfatı Nazirliyi, rayon icra hakimiyyətləri
il ərzində
1.9.
Heyvandarlığın yem bazasının yaxşılaşdırılması, eləcə də qüvvəli yemlərin istehsalı üzrə ixtisaslaşmış nümunəvi təsərrüfatların yaradılmasının dəstəklənməsi
Kənd Təsərrüfatı Nazirliyi, rayon icra hakimiyyətləri
il ərzində
1.10.
Regionlarda aqroparkların yaradılmasının dəstəklənməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
il ərzində
1.11.
Kənd təsərrüfatı məhsullarının satış şəbəkələrinin genişləndirilməsi və yeni istehlak bazarlarına çıxmaq üçün ölkə xaricində logistik mərkəzlərin yaradılmasının təşviq edilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
il ərzində
1.12.
Müasir tələblərə cavab verən satış yarmarkalarının və “yaşıl marketlər”in təşkilinin dəstəklənməsi
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, rayon icra hakimiyyətləri
il ərzində
2. Kənd təsərrüfatı sahəsində potensialın gücləndirilməsi
2.1
Toxum Fondunun fəaliyyətinin təmin edilməsi
Kənd Təsərrüfatı Nazirliyi
III rüb
2.2
Müasir metodlardan istifadə etməklə, sertifikatlı toxum və meyvə tingləri istehsalının artırılması
Kənd Təsərrüfatı Nazirliyi
il ərzində
2.3
Respublika Süni Mayalama Mərkəzinin yenidən qurulması
Kənd Təsərrüfatı Nazirliyi
IV rüb
2.4
Ağdam Atçılıq zavodunun yenidən qurulması
Kənd Təsərrüfatı Nazirliyi
IV rüb
2.5
İri fermer təsərrüfatlarının yaradılması istiqamətində işlərin davam etdirilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, rayon icra hakimiyyətləri
il ərzində
2.6
İcarəyə götürülərək istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi, həmin torpaq sahələri ilə bağlı tədbirlərin görülməsi, həmçinin kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadə olunması üçün müvafiq tədbirlərin görülməsi
Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, rayon icra hakimiyyətləri
il ərzində
2.7
Tovuzçay su anbarının və Şəmkirçay magistral kanallarının tikintisinin davam etdirilməsi
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, rayon icra hakimiyyətləri
il ərzində
2.8
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi üzrə Xızı, Siyəzən və Şabran rayonlarında yerləşən yeni suvarılan torpaqlarda meliorativ tədbirlərin davam etdirilməsi
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, rayon icra hakimiyyətləri
il ərzində
2.9
Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) idarələrinin inzibati binalarının tikintisinin davam etdirilməsi
Kənd Təsərrüfatı Nazirliyi
il ərzində
2.10
Regionlarda kənd təsərrüfatı texnikasına xidmət üçün məntəqələrin, habelə təlim mərkəzlərinin yaradılması
Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC
il ərzində
2.11
Respublika Baytarlıq Laboratoriyasının yenidən qurulması, zona baytarlıq laboratoriyalarının müasir standartlara uyğun qurulması
Kənd Təsərrüfatı Nazirliyi
IV rüb
2.12
Rayon baytarlıq idarələrinin avadanlıq və preparatlarla təchizatının yaxşılaşdırılması, mobil “Səyyar Baytarlıq Sanitariya Ekspertiza Laboratoriyaları”nın alınması
Kənd Təsərrüfatı Nazirliyi
III rüb
2.13
Müasir tələblərə cavab verən heyvan kəsimi məntəqələri şəbəkəsinin genişləndirilməsi
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, rayon icra hakimiyyətləri
il ərzində
2.14
Beynəlxalq Epizootik Büronun standartları əsasında heyvanlarda brusellyoz xəstəliyinə qarşı mübarizə proqramının tətbiqinin davam etdirilməsi
Kənd Təsərrüfatı Nazirliyi
il ərzində
2.15
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması
Kənd Təsərrüfatı Nazirliyi
II rüb
2.16
İnsan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsi
Kənd Təsərrüfatı Nazirliyi
il ərzində
2.17
Kənd təsərrüfatı sahəsində sığorta mexanizminin tətbiqi istiqamətində işlərin davam etdirilməsi
Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi
il ərzində
2.18
Beynəlxalq layihələr çərçivəsində kənd yerlərində maliyyə xidməti göstərən yerli maliyyə institutları şəbəkəsinin genişləndirilməsi
Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Nazirliyi
il ərzində
2.19
Beynəlxalq layihələr çərçivəsində Yevlax, Ağdaş, Qazax, Ağstafa və Tovuz rayonlarında təsərrüfatdaxili suvarma-drenaj şəbəkəsində təmir-bərpa işlərinin davam etdirilməsi
Kənd Təsərrüfatı Nazirliyi
il ərzində
2.20
FAO-nun Azərbaycan Respublikasında Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi
Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi
III rüb
2.21
Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması üçün Kodeks Alimentarius və digər mütərəqqi beynəlxalq standartlar əsasında milli standartların hazırlanması və mövcud standartların təkmilləşdirilməsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi
il ərzində
3. Kənd təsərrüfatı sahəsində elmi təminatın və kadr hazırlığının yaxşılaşdırılması
3.1
Aqrar yönlü elmi tədqiqat institutlarının və Regional Aqrar Elm Mərkəzlərinin modernləşdirilməsi, kənd təsərrüfatı sahəsində innovasiyaların yayımı və məsləhət xidməti üzrə şəbəkənin formalaşdırılması
Kənd Təsərrüfatı Nazirliyi
il ərzində
3.2
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki elmi tədqiqat institutlarının strukturunun optimallaşdırılması və onların maddi-texniki təminatının yaxşılaşdırılması məqsədi ilə təkliflərin hazırlanması
Kənd Təsərrüfatı Nazirliyi
II rüb
3.3
Dağ rayonları üçün kənd təsərrüfatı sisteminin işlənib hazırlanması
Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
IV rüb
3.4
Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün yataqxanaların tikintisi, tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və məzunların işlə təminatı səviyyəsinin yüksəldilməsi üçün tədbirlərin görülməsi
Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti
IV rüb
4. Kənd təsərrüfatı sahəsində informasiya texnologiyaları üzrə infrastrukturun gücləndirilməsi və
elektron kənd təsərrüfatı sisteminin
yaradılması
4.1
Avropa İttifaqının “İnteqrasiya
Olunmuş Nəzarət
Sistemi” prinsipinə əsaslanan və Torpaq Sahələrinin İdentifikasiyası Sistemi,
Fermer Təsərrüfatlarının
Reyestri, Biznes Təhlili və Hesabatlar Modulu, Sənədlərin İdarə
Olunması Sistemi, Ərizələrin Emalı
Modulu, Ödənişə
İcazə Modulu və Risklərin Təhlili Modulu komponentlərindən ibarət
olan “Elektron kənd təsərrüfatı”
sisteminin yaradılması
üzrə işlərin
sürətləndirilməsi
Kənd
Təsərrüfatı Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Əmlak Məsələləri Dövlət
Komitəsi, Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı ASC
IV rüb
4.2
Kənd
təsərrüfatı təyinatlı
torpaqların coğrafi
məlumat bazasının
və informasiya sisteminin yaradılması
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi,
Kənd Təsərrüfatı
Nazirliyi, Əmlak Məsələləri Dövlət
Komitəsi, Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı ASC
IV rüb
4.3
Kənd
təsərrüfatı sektoruna
aid müəssisə və
obyektlərin, sahibkarlıq
subyektlərinin məlumat
bazasının yaradılması
Kənd
Təsərrüfatı Nazirliyi,
İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Statistika Komitəsi
il ərzində
4.4
Dövlət Fitosanitar Nəzarəti
Xidmətinin karantin məntəqələrinin Vahid
Avtomatlaşdırılmış İdarəetmə Sisteminə
qoşulması, habelə
Xidmətin funksional fəaliyyəti üzrə
elektron xidmətlərin
yaradılmasının davam
etdirilməsi
Kənd
Təsərrüfatı Nazirliyi
IV rüb
4.5
Lizinq əməliyyatlarının avtomatlaşdırılması
sisteminin yaradılması
istiqamətində işlərin
başa çatdırılması
“Aqrolizinq” ASC
III rüb
4.6
Kənd
təsərrüfatı texnikalarının
qeydiyyatı üzrə
elektron sistemin yaradılması
Kənd
Təsərrüfatı Nazirliyi
III rüb
4.7
Kənd
Təsərrüfatı Nazirliyi
sistemi üzrə informasiya kommunikasiya texnologiyaları strategiyasının
hazırlanması, Nazirliyin
mərkəzi məlumat
bazası və korporativ şəbəkə
infrastrukturunun və mərkəzi aparatında
Çağrı Mərkəzinin,
elektron kargüzarlıq,
insan resurslarının
idarə edilməsi və elektron arxiv sistemlərinin yaradılması
Kənd
Təsərrüfatı Nazirliyi
IV rüb
4.8
Kənd
təsərrüfatı məhsullarının
istehsalçı, topdansatış
və pərakəndə
satış qiymətləri
üzrə mütəmadi
monitorinq məlumatları
əsasında bazar iştirakçıları və
ictimaiyyət üçün
açıq elektron informasiya sisteminin qurulması
Kənd
Təsərrüfatı Nazirliyi
III rüb
5. Təbliğat və təşviqat işlərinin
təşkili
5.1
Kooperativ təsərrüfatçılığın üstünlükləri və nümunəvi fermer təsərrüfatlarının iş təcrübəsi barədə təbliğat işlərinin aparılması, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsinin forma və üsulları ilə bağlı maarifləndirici çap materiallarının hazırlanması və yayılması, bu sahədə kənd təsərrüfatı muzeyi və kitabxanasının potensialının gücləndirilməsi
Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC
il ərzində
5.2
Kənd təsərrüfatı sahəsində ən yaxşı məqalələrin müsabiqəsinin keçirilməsi və qalib jurnalistlərin mükafatlandırılması, “Dəyirmi masa”ların təşkil edilməsi, “Kənd həyatı” qəzetinin xüsusi buraxılışlarının və “Kənd təsərrüfatı” aylıq informasiya bülleteninin hazırlanması, “Dünya Ərzaq Günü”nə, “Dünya Torpaq günü”nə və “2015-ci ilin Beynəlxalq Torpaq İli” elan edilməsinə həsr olunmuş tədbirlərin keçirilməsi
Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC
il ərzində
5.3
Kənd təsərrüfatı texnikalarının sərgi-satış yarmarkalarının, həmçinin kənd təsərrüfatı mütəxəssislərinin işlə təmin olunması məqsədi ilə əmək yarmarkalarının təşkil edilməsi
Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC
il ərzində
5.4
Kənd təsərrüfatı məhsulları istehsalçılarına müasir tələblərə cavab verən kənd təsərrüfatı texnikalarının sahə nümayişlərinin və beynəlxalq təşkilatlarla birgə müxtəlif mövzularda seminar və təlimlərin keçirilməsi, Avropa İttifaqının üzv ölkələri ilə aqrar sahədə əməkdaşlığa dair hüquqi sənədlərin hazırlanması
Kənd Təsərrüfatı Nazirliyi
il ərzində
5.5
“Caspian Agro”
9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı
Sərgisi və “World Food
Azerbaijan” 21-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin keçirilməsi
Azərbaycan.-2015.- 4 aprel.- S.2.