Azərbaycan beynəlxalq səviyyədə insan

alverinə qarşı mübarizəyə layiqli töhfəsini verir

 

Milli Məclisin iclasında

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 24 məsələ daxil edilmişdi. Bu sənədlər sırasında Milli Məclisin qərarı, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi (birinci oxunuş) və “Reklam haqqında” qanun layihəsi (ikinci oxunuş) var idi.

Milli Məclisin Sədri Oqtay Əsədovun cari məsələlər üçün ayırdığı vaxtda deputatlar çıxış edərək bəzi məsələlər barədə fikir və təkliflərini səsləndirdilər. Deputat Fəzail Ağamalı bildirdi ki, ölkəmizdə keçiriləcək I Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı böhtan, şər kampaniyasını genişləndirirlər: “Ancaq həmin qüvvələr bu oyunları boykot edəcək durumda deyillər. Azərbaycanda belə tədbirlərin keçirilməsi ilə bağlı kifayət qədər təcrübə var”. Deputat hər kəsə səslənərək dedi: “Gəlin öhdəmizə düşən vətəndaşlıq borcunu birlikdə yerinə yetirək. Antiazərbaycançı şəbəkədə yer alan şər-böhtan kampaniyasına qarşı iradəmizi ortaya qoyaq”.

Deputat Zahid Orucu isə maraqlandıran bayraq qaldırıb könüllü olaraq Azərbaycan tərəfə keçən erməni əsgər Andranik Qriqoryanın söylədiyi fikirlərdir. Əsgər açıqlamasında deyib ki, Ermənistan ordusunda qulluq keçən yüzlərlə əsgər yoldaşı da Azərbaycana keçmək istəyir. Ancaq burada onları hansı aqibətin gözlədiyini bilmədikləri üçün çarəsiz qalıblar: “Maraqlıdır, həmin əsgərlər də bayraq qaldırıb Azərbaycan tərəfə keçmək istəsələr, bu zamanbaş verəcək, onları qəbul edəcəyikmi? Biz bu məsələdə Ermənistan dövləti ilə ayrı siyasət yürütməliyik. Bu sual üzərində düşünməkdən daha çox, müharibəyə köklənmişik. Buna da səbəb Ermənistanın yürütdüyü siyasətdir. Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etməliyik”.

Deputat İqbal Ağazadə isə bildirdi ki, Dağlıq Qarabağdakı ermənilər Azərbaycan torpaqlarında anadan olub. Onların Azərbaycan tərəfindən bağışlanması üçün aidiyyəti orqanlar qərar qəbul etməlidir. Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan tərəfindən qaçqın statusu verilə bilər.

Milli Məclisin Sədri Oqtay Əsədov deputatın təklifinə belə bir cavab verdi: “Əgər onlara qaçqın statusu verilsə, çox güman ki, Ermənistanda adam qalmaz”.

Çıxışlardan sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında məsələ ilə bağlı parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, Milli Məclisə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədlərlə bağlı daxil olan müraciətdə Elman Rüstəmov və Xəqani Abdullayevin adları göstərilib. Elman Rüstəmovun 20 illik fəaliyyətində Azərbaycanın müstəqil bank sisteminin formalaşmasında müstəsna xidmətlərinin olduğunu deyən komitə sədri digər namizəd Xəqani Abdullayev barəsində də müsbət fikirlər səsləndirdi. Spiker Oqtay Əsədov da E.Rüstəmovu işində peşəkar kimi qiymətləndirdi. “O öz işinin peşəkarıdır. 20 ildə öz peşəkarlığını göstərib və cənab Prezidentə təşəkkür edirik ki, 5-ci dəfə onun namizədliyini irəli sürüb”.

Bundan sonra hər iki namizəd səsvermə ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvü təsdiq olundu.

E.Q.Nəbiyevin Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Milli Məclisin qərarı (Hər iki qərar qəzetimizin bugünkü nömrəsində dərc olunub) barədə isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, Etibar Nəbiyevin 65 yaşı tamam olduğu üçün yenidən 5 il müddətinə hakim təyin olunması təklif edilir. Deputatlar qərara müsbət rəy bildirdilər.

İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov məruzə ilə çıxış etdi. Bildirdi ki, artıq 10 ildən çoxdur Azərbaycan beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizəyə öz töhfəsini verir. Milli maraqlar baxımından bu işə daim həssaslıqla yanaşılmış, qarşıda duran vəzifələr sistemli şəkildə yerinə yetirilmişdir. BMT-nin dünyada insan alverinin vəziyyətinə dair 2014-cü ilin noyabr ayına olan hesabatına görə transmilli mütəşəkkil cinayətkarlığın bu təhlükəli növünə demək olar ki, bütün dövlətlərdə, regionlarda rast gəlinir. Son 5 ildə 152 ölkədən olan insan alveri qurbanları istismar məqsədilə 500-dən artıq daimi marşrut üzərindən 124 ölkəyə daşınmışdır: “Hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, onların da arasında məcburi əməyə cəlb olunanların sayı artaraq 40 faizə yüksəlib. Qurbanların 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalırlar. Narahatedici məqamlardan biri də qurbanların içində azyaşlı qızların xüsusi çəkisinin 21 faiz təşkil etməsidir”.

Nazir müavini əlavə etdi ki, son 3 ilə yaxın müddətdə dünyada insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqı aparılmış, 15 minə yaxın şəxs məhkum edilmiş, 133 min qurbanın hüquqları bərpa olunmuşdur: “Azərbaycanda 2014-cü ildə insan alveri sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hüquqazidd əməllərin qurbanı olan 54 şəxs müəyyən edilmişdir. Qurbanlardan 38 nəfəri təhlükəsiz sığınacağa yerləşdirilərək hamısına tibbi, psixoloji yardımlar göstərilib, zəruri geyimlə təmin edilmişlər. 24 nəfəri işlə təmin edilmiş, 30 nəfəri isə peşə kurslarına göndərilmişdir. 34 nəfər insan alveri qurbanının ailələrinə qayıtmasına kömək göstərilmişdir. Əmək miqrasiyasına nəzarət tədbirləri çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən 2014-cü ildə 164 inzibati xəta aşkarlanmış, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 2543 əcnəbi deportasiya edilmişdir”.

V.Eyvazov onu da vurğuladı ki, potensial qurbanların insan alveri riskindən müdafiəsində Heydər Əliyev Fondunun böyük əməyi və əhəmiyyətli töhfələri olmuşdur. Fond tərəfindən 1 nömrəli uşaq evinin nəzdində yetkinlik yaşına çatmış və kimsəsiz qızlar üçün 25 mənzilli (50 nəfərin yaşaması üçün) bina tikilmiş, eləcə də valideyn himayəsindən məhrum olan və yaşayış yeri olmayan gənclər üçün Abşeron rayonunda 120 mənzilli bina inşa olunaraq istismara verilmişdir.

Məruzədən sonra sənəd müsbət qiymətləndirildi və səsə qoyularaq qəbul edildi.

Sonra gündəlikdə duran bir neçə qanun layihəsinə eyni dəyişiklik edildiyi üçün 14 sənəd ayrı-ayrılıqda səsə qoyularaq qəbul olundu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə aydınlıq gətirərək qeyd etdi ki, gündəlikdə duran 14 sənədə edilən dəyişiklik ötən il “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna edilən dəyişikliyə uyğunlaşdırma məqsədi daşıyır. Yəni “Məhkəmələr və hakimlər haqqında”, “Uşaq hüquqları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Polis haqqında, “Notariat haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də, Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət sirri haqqında”, “İctimai televiziyaradio yayımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrində “vətəndaşlıqdan çıxarıldıqda” sözü “vətəndaşlığına xitam verildikdə” ifadəsi ilə əvəz olunur. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edildi.

Gündəlikdəki digər 3 sənəd “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Komitə sədri bildirdi ki, bu dəyişikliklər ötən il parlamentdə “İcra haqqında” qanuna edilən dəyişikliyə uyğunlaşdırmaq məqsədi ilə həyata keçirilir. Dəyişikliklər qanunun təkmilləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Dəyişikliyə əsasən, Azərbaycanda haqsız rəqabətlə bağlı qaydalar sərtləşdirilir, yeni sanksiyalar tətbiq olunur. Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edirbu qərarın məcburi qaydada icrası “İcra haqqında” qanuna əsasən, icra məmurları tərəfindən həyata keçirilir.

Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi. Gündəlikdəki “Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verən Əli Hüseynli dedi ki, bu dəyişikliklər Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə uyğunlaşdırmaq məqsədi daşıyır. Qeyd edək ki, Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycana gələn əcnəbilərin ölkədə qalma müddəti 3 gündən 10 günədək artırılmışdı. Müzakirəyə çıxarılan sənədlərdə də eyni düzəliş edilir. Deputatlar dəyişiklikləri müsbət qiymətləndirdilər.

İclasda “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) barədə MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Komitə sədri bildirdi ki, bu gün respublikamızda iqtisadi fəal əhalinin 39 faizi kənd təsərrüfatında çalışır. Son illərdə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə kənd təsərrüfatı istehsalının çoxşaxəli təşkilati-hüquqi quruluşu bərqərar olub. Hazırda 1 milyon 200 mindən çox hüquqifiziki şəxs kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Kənd təsərrüfatı iqtisadiyyatın özünəməxsus xüsusiyyətləri olan mürəkkəb sahəsidir. Burada səmərəli təsərrüfat fəaliyyətini həyata keçirmək bu sahədə işləyən insanlardan xüsusi hazırlıq, hərtərəfli bilik və təcrübə tələb edir. Bu mənada hər bir məhsul istehsalçısının uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri də onların vaxtında və keyfiyyətli informasiya ilə təmin olunmasıdır. İnformasiya həm ölkə daxilində, həm də beynəlxalq miqyasda rəqabət aparmaq üçün zəruri vasitədir. İnformasiya əldə etmək və məsləhət almaq özlüyündə əmək, enerji, xammal və maliyyə resursları kimi əhəmiyyətli resurs növlərindən biri olmaqla aqrar sahənin elmi təminatının əsasını təşkil edir. Ona görə də kənd təsərrüfatında çalışan sahibkarları, məhsul istehsalçılarını müasir biliklərlə maarifləndirmək və iqtisadi məlumatlarla təmin etmək olduqca aktual məsələdir və perspektivə malikdir.

E.İbrahimov vurğuladı ki, ölkəmizdə məsləhət və informasiya xidməti işinə 2000-ci ildə başlanılmışdır. Dünya Bankı tərəfindən maliyyələşdirilən və Azərbaycan hökuməti ilə razılaşdırılmış layihə əsasında respublikanın 10 regionunda məsləhət və informasiya xidmətləri göstərən mərkəzlər yaradılmışdı. Bu mərkəzlər fəaliyyət göstərdikləri dövrdə xeyli görmüş və layihənin başa çatması ilə əlaqədar artıq bir neçə ildir ki, öz fəaliyyətlərini dayandırmışlar. Prezident İlham Əliyevin tapşırığını və bu sahədə qanunvericilikdə mövcud olan boşluğun aradan qaldırılmasının vacibliyini nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişdir. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri və işçi qrupu layihəni təkmilləşdirərək rəylər alınması üçün onu 20-dən çox aidiyyəti nazirlik və dövlət komitələrinə, rayon icra hakimiyyətlərinə, qeyri-hökumət təşkilatlarına , elmi-tədqiqat və təhsil müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərmişdir. Alınmış rəylər komitədə deputatlarişçi qrupu tərəfindən diqqətlə öyrənilmiş, layihəyə xeyli əlavələr və düzəlişlər edilmişdir. Qanun layihəsi aidiyyəti nazirlik və dövlət komitələrinin nümayəndələrinin iştirakı ilə Aqrar siyasət komitəsinin iclasında geniş müzakirə edilərək yenidən işlənmişdir.

Komitə sədrinin sözlərinə görə, təqdim edilən layihə ilkin variantdır və onun üzərində üç oxunuşda lazımi düzəlişlər ediləcəkdir.

Sonra iclasda müzakirələr başlandı.

Deputatlardan Elmira Axundova, Tahir RzayevMusa Quliyev qanun layihəsinin vacibliyini bildirdilər. Qeyd olundu ki, 2015-ci ilin kənd təsərrüfatı ili elan olunması heç də təsadüfi deyil. Kənd təsərrüfatının inkişaf etdirilməsi Azərbaycanın daxili siyasətinin əsas aparıcı qollarından biridir. Belə bir qanunun qəbul edilməsi kənd təsərrüfatının daha da inkişaf etdirilməsi prosesinin tərkib hissəsidir və bu sahədə məhsuldarlığın artırılmasına, onun təhlükəsizliyinə, Azərbaycan məhsullarının dünya bazarına çıxarılmasına geniş şərait yaradacaq. M.Quliyev vurğuladı ki, qanun layihəsi yaxşı hazırlanıb. Buna görə də layihəni qəbul etmək olar.

Deputat İlham Məmmədov da müzakirə olunan qanun layihəsinin birinci oxunuşun tələblərinə cavab verdiyini dedi. O, qanunun əsas fəlsəfəsi barədə danışaraq qeyd etdi ki, bu sənəd ölkəmizin ərzaq təhlükəsizliyinin qorunmasına müasir bir çağırışdır və bu sahədə yarana biləcək hər problemi hüquq müstəvisində həll edə bilər. Bu qanun kənd təsərrüfatı sahəsinin innovativmüasir üsullarla inkişaf etdirilməsinə imkanlar yaradacaq.

Konseptual baxımdan qanun layihəsini qəbul etmək olar” - deyən deputat Fəzail Ağamalı bildirdi ki, 2015-ci il kənd təsərrüfatı ilidir. Ona görə də məhz belə bir vaxtda bu qanun layihəsinin qəbul edilməsi Azərbaycan cəmiyyəti üçün, kənd təsərrüfatı sahəsinin inkişafı üçün Milli Məclis tərəfindən bir töhfə olardı. O, ümidvar olduğunu bildirərək qeyd etdi ki, kənd təsərrüfatı istiqamətində aparılan bu kimi davamlı islahatlar öz bəhrəsini verəcəkdir. F.Ağamalı eyni zamanda informasiya-məlumat xidmətinin xarici ölkələrin təcrübəsini geniş öyrənməli və bunun ölkəmizdə tətbiqini reallaşdırmalı olduğunu diqqətə çatdırdı. Vurğuladı ki, kənd təsərrüfatının inkişafı müasir bilikləri özündə birləşdirən mütəxəssislərdən çox asılıdır. Ona görə də bu sahədə yerli mütəxəssislərin hazırlanması mühüm amillərdən biri olmalıdır. Deputat Asim Mollazadə də layihəyə müsbət münasibətini bildirdi.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov layihənin müzakirəsinə münasibət bildirdi. Qeyd olundu ki, deputatlar tərəfindən bu qanuna göstərilən maraq çox sevindiricidir. Dünyanın əksər ölkələrinin kənd təsərrüfatı sahəsində bu cür informasiya-məsləhət xidmətləri fəaliyyət göstərir və bu işlər Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan elmi mərkəzlərdə həyata keçirilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

İclasın gündəliyindəki sonuncu məsələ olanikinci oxunuşda müzakirəyə çıxarılan “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məlumat verdi. Bildirdi ki, qanun layihəsinin birinci oxunuşdakı müzakirəsi bu layihənin çox vacib olduğunu bir daha sübut etdi. Onun sözlərinə görə, reklam bazarının inkişafı və onun doğru istiqamətdə tənzimlənməsi üçün ilk növbədə, qanunvericilik bazası yaradılmalıdır. Bu qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübədən geniş istifadə olunub, o cümlədən beynəlxalq sənədlərin tələbləri nəzərə alınıb. Layihəyə müasir dövrdə baş vermiş dəyişiklikləri ehtiva edən yeni anlayışlar daxil edilib, reklam subyektləri arasındakı münasibətlərin tənzimlənməsinin yeni mexanizmləri təklif olunub.

V.Əhmədov qeyd etdi ki, qanun layihəsində reklam hesab olunmayan məlumatların əhatə dairəsi dəqiqləşdirilib. Layihədə xüsusən yetkinlik yaşına çatmamış uşaqların müdafiəsi ilə bağlı müddəalar genişləndirilib və süni qida məhsullarının reklamı ilə bağlı xüsusi maddə əlavə edilib. Televiziya kanallarında yerləşdirilən reklamların vaxt məhdudiyyətləri dəqiqləşdirilib. Sponsor reklamların yerləşdirilməsinə dair yeni qaydalar müəyyənləşdirilib. Yeni layihəyə əsasən, nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi ilə bağlı qaydalar tətbiq olunub. Həmçinin, spirtli içkilərin reklamına dair tələblər genişləndirilib, bu reklamların yayımlanmasına vaxt məhdudiyyəti qoyulub. Sosial reklamların, dərman vasitələrinin, tibbi texnikanın və tibbi xidmətin məzmununa dairyeni tələblər müəyyən edilib.

Deputatlardan Sevinc Fətəliyeva, Zahid Oruc, Sahibə Qafarova, Elton Məmmədov, İlyas İsmayılov və Musa Quliyev sənəd barədə öz fikir və təkliflərini səsləndirdilər. Bildirildi ki, insan orqanları və toxumaları ilə bağlı məsələnin də layihədə əksini tapması məqsədəuyğundur. Eyni zamanda, təklif edildi ki, məktəb ləvazimatlarının üzərində reklam verilməsi qadağan edilsin.

Çıxış edən deputatlardan Azər Badamov, Fuad Muradov, Gülçöhrə Məmmədova, Etibar Hüseynov, Qənirə Paşayeva, Sahib Alıyev və Fəzail Ağamalı da qanun layihəsinə münasibət bildirdilər. Qeyd olundu ki, reklam bazarını tənzimləmək üçün belə bir qanunun hazırlanması çox aktual məsələdir. Vurğulandı ki, “Reklam haqqında” qanun qəbul edildikdən və bu sahədə icraata başlanıldıqdan sonra reklam sektorunda ciddi irəliləyişlər əldə olunacaqreklam bazarındakı fəaliyyəti tamamilə tənzimləyəcək. Qeyd olundu ki, layihədə gizli reklamla bağlı maddəni bir az da sərtləşdirməyə ehtiyac var.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də qanun layihəsi barədə öz təkliflərini səsləndirdilər. Diqqətə çatdırıldı ki, “Reklam haqqında” qanun layihəsinin əsas məqsədi bazar iqtisadiyyatının inkişafına yardım etməkdir. Bazar iqtisadiyyatı inkişaf edərsə, ölkə büdcəsinin gəlirləri də artar. Vurğulandı ki, qanun layihəsi “Reklam haqqında” əvvəlki qanun ilə müqayisədə xeyli təkmildir. Sadəcə olaraq, bir neçə maddədə kiçik uyğunsuzluqlar var.

Sonda Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sözügedən qanun layihəsi 4 fəsil 39 maddədən ibarətdir. Qanun layihəsi fəsil-fəsil səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

 

Rəşad BAXŞƏLİYEV,

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 4 aprel.- S.3.