Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri

 

Azərbaycan xalqı tarix boyu erməni millətçilərindən ağır zərbələr almış, lakin humanistlik göstərərək bu qeyri-insani hərəkətlərə bir çox hallarda lazımi cavab verməmişdir. Bu məsələyə başqa amillər də təsir göstərmişdir. İlk növbədə erməni məkrini, hiylə və xəyanətini lazımi səviyyədə qiymətləndirməmiş, unutqanlığımız da buna imkan vermişdir. Dünyanın bir sıra dövlətləri erməni amilindən faydalanmış, onları öz maraqlarına uyğun istiqamətləndirmiş, erməni millətçilərini qızışdırmış və onlara dəstək vermişdir. Böyük dövlətlərin himayəsi altında fəaliyyət göstərən ermənilər “böyük Ermənistan” yaratmaq üçün hər cür vasitə və yollardan istifadə etmiş, vəhşi üsullardan da çəkinməmişlər.

Çox qısa müddətdə mövcud olan erməni dövləti romalılar tərəfindən işğal edilmişbu dövlətin mövcudluğuna son qoyulmuşdur. Ermənilərin yaşadığı ərazi və onların mənşəyi məsələsi haqqında çox dolaşıq və müxtəlif fikirlər mövcuddur. Bunları ermənilərin özləri bilərəkdən və məqsədli şəkildə irəli sürürlər. Qədim ermənilər özlərinə erməni yox, hay demişlər. Həmin ermənilər indiki ermənilər deyil. Bununla əlaqədar İ.Şopen yazırdı ki, iranlılarla farslar, yunanlarla ellinlər eyni olmadığı kimi, ermənilərlə haylar da eyni köklü xalq deyil.

“Erməni” etnonimi ermənilərin özünüadlandırması olanhayetnonimi ilə üst-üstə düşmür. İndiki ermənilər nə hay, nə də ərmən deyillər. Balkan yarımadasından gəlmə olan friq tayfalarının bir qolu olan indiki ermənilər ArmeHayasa əyalətlərinə gəlib məskunlaşmışlar. Heredota görə, Balkanlarda yaşayan friqlər skiflərin təzyiqləri altında Kiçik Asiyaya, hetlər ölkəsinə köçdülər. Q.Melikişvili Hayas əyalətindən bəhs edərkən göstərir ki, hələlik anlaşılmayan hay tərkibi və -as şəkilçisi Türkiyənin Anadolu bölgəsində yaşayan Hind-Avropa mənşəli luvi dilindədir və armanlarla heç bir əlaqəsi yoxdur. Erməni tarixçisi Q.Kapansyan yazır ki, arim adlanan Hind-Avropa tayfası Balkanlardan Kiçik Asiyanın Hetlər ölkəsinə yerləşdilər, sonra isə e.ə. VII-VI əsrlərdə Ərmən yaylasına köçərək ərmən adlandılar. Friqlərin bir qolunun guyaarim” adlanması və “erməni” sözünün həmin “arim” sözündən yaranması fikrini İ.Dyakonov rədd edir. Deməli, haylardan xeyli əvvəl Arman yaylası var idi. “Hay” əyaləti isə ermənilərin indiki ərazilərindən xeyli uzaqda, Qərbi Fəratın yuxarı axarında idi.

İndi bütün dünya xalqlarında işlənən “erməni” adı mənşəcə yalnız özünühay” adlandıranlara şamil oluna bilən etnik ad deyil. Qədimdə “Armina” və “Armini” adları həm arme əyalətinin, həm də əyalətdə yaşayanların adlarını ifadə edirdi. Deməli, armi kökünün haylarla heç bir əlaqəsi yoxdurideya erməni tarixçilərinin uydurmasıdır.

Arminlərin yaşadığı Arminiya ölkəsinin adına ilk dəfə İran şahı I Daranın kitabələrində rast gəlinir ki, bunun da bügünkü ermənilərə aidiyyəti yoxdur. Hayların əcdadları Balkanlardan qovulduqdan sonra Mesopotamiyaya gəlib çıxmış və az sonra o dövrdə tənəzzülə uğramış Urartu dövlətinin ərazisində peyda olmuşlar. E.ə. VII əsrdən başlayaraq yerli xalqların və bura gələn yeni etnik qrupların qatışması nəticəsində e.ə. III əsrdə özünə “hayetnonimi götürmüş yeni etnos formalaşmağa başladı. Lakin yunanlar onlara yerləşdikləri Arminiya coğrafi ərazisinə uyğun ad verdilər - “ermənilər”. İ.Dyakonov yazır ki, haylar heç vaxt özlərinə “erməni” deməmişlər. Ona görə ki, “erməni” adı “haylara bir hissəsi Arminidə, sonra Ərməniyədə yaşadıqlarına görə kənardan verilmiş ümumiləşdirici addır. Deməli, “Armin” adı “Armeniya” formasını kəsb etmişbaşqa dillərdə “hayadlananlar üçün etnik ada çevrilmişdir.

Ermənilərin Azərbaycana köçürülməsi

Erməni dövləti IV əsrdə tarix səhnəsindən silinmiş, 387-ci ildə Ermənistan İranBizans arasında bölüşdürülmüşdür. 428-ci ildə isə İran erməni çarlığının varlığına son qoymuşdur. XI-XIV əsrlərdə isə ancaq Osmanlı dövləti ərazisində Kilikiya erməni çarlığı mövcud olmuşdur. S.Vims hesab edir ki, əslində, heç vaxt müstəqil Ermənistan adlı dövlət mövcud olmayıb. Ermənistan eramızın IV əsrinə kimi Roma tərəfindən idarə olunub. I-IV əsrlərdə dəfələrlə Roma, İranBizans arasında bölünüb və erməni şahları tərəfindən deyil, onlar tərəfindən idarə olunub. Sonrakı əsrlərdə ta 1918-ci ilə qədər o, digər dövlətlərdən - İran, Roma, Osmanlı, Rusiya imperiyalarından ya vassal kimi, ya da tam asılı olmuşdur.

Ermənilər zaman keçdikcə Osmanlı imperiyasından, Ağqoyunlu və Səfəvi hökmdarlarından geniş imtiyazlar qazandılar və mövqelər ələ keçirdilər. Ermənilər XV əsrin ortalarınadək Cənubi Qafqazda, demək olar ki, yaşamırdılar. 1441-ci ildə Azərbaycan Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şah erməni katalikosluğunun mərkəzini əhalisi tamamilə azərbaycanlılardan ibarət olan İrəvan yaxınlığındakı qədim alban monastırı olmuş Üçmüəzzinə köçürdü. XVI əsrin əvvəllərində ermənilər kəsbkarlıq üçün bu ərazilərə gəlməyə başlamışdı. Ermənilərin İrəvan əyalətinə gəlmələrindən bəhs edən İrəvan qalabəyisi və Qərbi Azərbaycan bəylərbəyi Rəvan xanın Şah İsmayıl Xətaiyə yazdığı bir məktub deyilənləri tam təsdiq edir: “...Son illər müşahidələrimə görə əhalinin bir qismi, yəni Bəynənnəhreyndən Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa, bizim torpaqlara gələn ermənilər... kəsbkarlıqla, xırda ticarətlə, bənna və dülgərliklə güzəran sürüb farağat oturmaqdansa, tabeliyimdəki torpaqlarda yerdəyişmə vurnuxmalarına başlamış, geniş oturaq həyat iddialarına qapılmışlar. İndi Ağkilsə (Üçmüəzzin) kəndində əyləşən ermənilərin katalikosu II Qriqori zünnarına xas olmayan fəaliyyəti ilə və təxribatçılıq əməlləri ilə idarəmizi müşküllərə məruz qoyub. Katalikos erməni dini mərkəzinin vəqf sərmayəsi hesabına öz soydaşlarının türk kəndləri kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürü yaradılır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər. İndi zikr olunan ərazidə elə bir kəndimiz, obamız qalmayıb ki, orada üç yad ailə işığı yanmasın. İsmətsizlik əxlaqına qurşanmış hay qız-gəlinləri türk dəliqanlı cavanlarına sırınmağa can atır, ...oğuzlara ərə getməyə, başqa sözlə, mülkümüzə, malımıza şərik çıxmağa çalışır, siyasətdə sakit təcavüz adlanan cinayətlər törədirlər. Qarışıq nikahların vüsəti məni qorxudur, şahım. Mənə səlahiyyət ver, cəmi on beş min gəlməni mövsümi işçilər kimi qisim-qisim qaytarım vətənin dışarına. Sənin qulun Rəvan xan”.

XVI-XVII əsrlərdə Səfəvi-Osmanlı müharibələri ermənilərin mövqelərinin artmasına təkan verdi. I Şah Abbasın hakimiyyəti dövründə isə onlar üçün bir sıra güzəştlər tətbiq edildi. Rusiyanın nümunəsində özlərinə himayədar tapan ermənilər Azərbaycan ərazisində erməni dövləti yaratmaq arzusuna düşdülər. Bu istiqamətdə onlara I Pyotr, I və II Yekaterina kömək göstərməyə başladılar. Lakin müxtəlif səbəblərdən Azərbaycan ərazisində “erməni dövləti” yaratmaq mümkün olmadı.

XIX əsrin 20-ci illərində Rusiya-Qacarlar İranı və Rusiya-Osmanlı müharibələri nəticəsində Cənubi Qafqaza, eləcə də Azərbaycan ərazisinə ermənilər köçürüldü. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. Azərbaycan torpaqları Rusiya imperiyası tərəfindən tutulduqdan sonra Türkmənçay müqaviləsinin 15-ci, Ədirnə müqaviləsinin 13-cü maddələrinə əsasən Qacarlar İranı və Osmanlı imperiyasında yaşayan ermənilər kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürüldülər. Osmanlı və İranla sərhəd ərazilərdə ermənilərin yerləşdirilməsi çarizmin müstəmləkəçilik niyyətlərindən irəli gəlirdi. Azərbaycanın Arazdan şimaldakı torpaqlarını işğal edən Rusiya imperiyası erməniləri kütləvi şəkildə “Rusiya təbəəliyində olan torpaqlar” adı altında Azərbaycanın keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Gürcüstanın məhz azərbaycanlılara məxsus torpaqlarında yerləşdirdi.

Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi layihəsi hələ 1827-ci ildə A.S.Qriboyedovun başçılıq etdiyi Cənubi Qafqaz diyarının diplomatik dəftərxanasında hazırlanmışdı. Erməni köçürülmələrinin əsas təşkilatçısı və rəhbərləri generallar İ.F.Paskeviç, P.D.Sisianov, N.F.Rtişev, diplomat A.S.Qriboyedov, rus ordusunun polkovniki Q.Lazarev (erməni mənşəli zabit - İ.H.), knyaz Q.S.Qolitsın, erməni arxiyepiskopu Nerses və başqaları olmuşlar. 1828-ci il fevralın 29-da general İ.Paskeviç göstəriş vermişdi ki, ermənilər başlıca olaraq Naxçıvan və İrəvan əyalətlərində, qismən Qarabağda yerləşdirilsin, bir sıra müsəlman kəndləri dindaşlarının ən çox məskunlaşdığı yerlərə köçürülsün və həmin yerlər ermənilərə verilsin. Erməniləri yerləşdirmək üçün 200 min desyatindən çox dövlət torpaqları ayrılmış, habelə müsəlmanlardan 2 milyon manatlıqdan yuxarı xüsusi torpaqlar da pulla alınaraq ermənilərə paylanmışdır. 1828-1830-cu illərdə Cənubi Qafqaza Türkiyədən 84,6 min nəfər, İrandan 40 min nəfərdən çox erməni köçürüldü. Rəsmi köçürülmüş 124 min nəfər erməni ilə yanaşı, 10 minlərlə erməni ailələri də qeyri-rəsmi surətdə Cənubi Qafqaza gəlmişlər. N.Y.Şavrov 1911-ci ildə yazmışdır ki, Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyondan çoxu yerli əhali olmayıb, Rusiya hakimiyyət orqanları tərəfindən buraya köçürülənlərdir.

Ermənilərin Naxçıvana köçürülməsi

Ermənilərin köçürülməsini təşkil edənlər tələb edirdilər ki, xristianları Naxçıvan və İrəvan vilayətlərinə getməyə razi salmaq lazımdı. Bu vilayətlərdə xristian əhalisini nə qədər mümkündürsə çoxaltmaq lazımdı. İran erməniləri İrəvan və Naxçıvan vilayətlərinə köçürülmələrini istəyirdilər. Güney Azərbaycanın Təbriz, Marağa, Xoy, Maku, Salmasb. bölgələrindən minlərlə erməni Naxçıvana köçürüldü.

Çar Rusiyası 1828-ci ilin mart ayında Şimali Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti”ni yaratdı. Bu, gələcəkdə “erməni dövləti” yaratmaq yolunda tətbiq olunan bir qurum idi. “Erməni vilayəti” İrəvan, Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. İrəvan əyalətinə 15 mahal (Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçeniş, Səədli, Talın, Seyidli-Ağsaqqallı, Sərdərabad, Körpübasar, Abaran, Dərəçiçək, Göyçə), Naxçıvan əyalətinə 5 mahal (Naxçıvan, Əlincəçay, Məvazixatın, Xok, Dərələyəz), Ordubad dairəsinə isə 5 mahal (Ordubad, Əylis, Dəstə, Biləv, Çənnəb) daxil idi. “Erməni vilayəti”nə 6949 erməni ailəsindən ibarət 35560 nəfər köçürülmüşdü. Bunun 23568 nəfəri İrəvan əyalətində, 10652 nəfəri Naxçıvan əyalətində, 1340 nəfəri isə Ordubad dairəsində yerləşdirildi. Köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində məskunlaşdırıldı. Naxçıvan şəhərində 416 ailə, Əbrəqunus kəndində 36, Bənəniyarda 43, Qazançıda 22, Xəlillidə 24, Kültəpədə 70, Nehrəmdə 208, Cəhridə 151, Ayrıncda 31, Qarababada 24, Külüsdə 13, Nursuda 30, Şahbuzda 20, Gecəzurda 14, Məzrədə 22, Əylisdə 37, Aza, Dar, Dizə və Dırnısda 182 ailə yerləşdirildi. Əliabad kəndinə Xoydan 136 nəfər, Şıxmahmud kəndinə XoySalmasdan 430 nəfər, Qaraxanbəyli kəndinə Salmasdan 440 nəfər, Hacıvar kəndinə Salmasdan 102 nəfər, Aşağı Uzunoba kəndinə Xoydan 65 nəfər, Badamlı kəndinə Salmasdan 101 nəfər , Qulubəy-Dizə kəndinə UrmiyaSalmasdan 136 nəfər, Kültərə kəndinə Salmasdan 220 nəfər, Didivar kəndinə Salmasdan 15 nəfər, Nəzərabad kəndinə XoySalmasdan 138 nəfər erməni köçürülmüşdü. Rusiya işğalınadək Naxçıvan əyalətində 434 erməni ailəsi olmuşdursa, sonrakı köçürülənlər hesabına erməni ailələrinin sayı 2719-a çatdı. Köçkünlərdən 2285 ailə əyalətin Naxçıvan mahalında, 266 ailə isə Ordubad mahalında yerləşdirildi.

Naxçıvan torpaqları tarixi Azərbaycan ərazisi olmaqla, onun yerli əhalisinin tərkibindəki ermənilər gəlmə idi. Gəlmə erməniləri də iki yerə bölmək olar: 1. Rusiya işğalınadək bu bölgəyə gələnlər; 2. İşğal zamanı və sonra gələnlər. 1801-ci ildə Naxçıvan ərazisində 54, 2 min nəfər azərbaycanlı, 7,4 min nəfər erməni olmuşdur.

İşğal dövründə - 1826-cı ildə isə müvafiq olaraq 64,2 və 8,5 min nəfər idi ki, bu da ümumi əhalinin 81,7 və 10,8 faizini təşkil edirdi. Köçürmədən sonra - 1832-ci ildə isə azərbaycanlıların sayı azalaraq 49,7 min nəfərə (59,4 faizə) enmiş, ermənilərin sayı isə artaraq 29,2 min nəfərə (34,8 faizə) çatmışdır. Ümumiyyətlə, qeyri-rəsmi köçənlərlə birlikdə Şimali Azərbaycana gəlmiş erməni köçkünlərin sayı 200 min nəfəri ötmüşdür. Çarizmin bu mənfur siyasəti Naxçıvanda etirazla qarşılanmış, əhalinin böyük narazılığına səbəb olmuşdu.

Nehrəm camaatı buna qəti etiraz etmiş və kəndlərində ermənilərə yer verməmişlər. Nəticədə onların Araz çayı sahilindəki torpaqları zorla əllərindən alınaraq ermənilərə verilmiş, orada onlar Təzəkənd yaşayış yerini salıb məskunlaşmışlar. Kəndin yuxarı tərəfindən təqribən 5 km Nehrəmdən aralı Güznüt kəndi də belə salınmışdır. Eyni hal Kültəpə, Bənəniyar kəndlərində də baş vermişdir.

Yararlı torpaqların köçkünlərə verilməsi yerli azərbaycanlı kəndliləri narahat etməyə bilməzdi. Onlar öz torpaqlarının bir hissəsindən məhrum olurdular. Bu hadisələrin şahidi olan rus səfiri A.S.Qriboyedov yazırdı: Biz onunla həmçinin müsəlmanları onların uzunmüddətli olmayacaq indiki ağırlaşmalarla barışdırmaq və onlardan ermənilərin ilk vaxtlarda köçürüldükləri torpaqları həmişəlik tutacaqları barədə qorxunu çıxartmaq üçün müsəlmanlara olunacaq təlqin barədə çox mülahizələr etdik”.

Çar Rusiyası erməniləri Şimali Azərbaycan torpaqlarına, eləcə də Naxçıvan ərazisinə köçürməklə burada demoqrafik vəziyyəti dəyişdirmək, özünə dayaq yaratmaq məqsədi güdürdü. Ermənilər isə “böyük Ermənistan” yaratmaq xülyalarını gerçəkləşdirmək, ilk növbədə isə erməni dövləti yaratmaq arzusu ilə kütləvi olaraq bu ərazilərdə məskunlaşırdılar.

Çarizmin köçürmə siyasəti ermənilərin sayının artmasına səbəb oldusa da, azərbaycanlılar öz say üstünlüklərini qoruyub saxladılar. Naxçıvan diyarında ermənilərin artımı azərbaycanlılardan üstün ola bilmədi. Rus çarizmi, sonrakı dövrlərdə isə bolşevik hakimiyyəti məqsədlərinə nail ola bilmədilər.

 

(Ardı var)

İsmayıl HACIYEV,

Milli Məclisin deputatı, AMEA Naxçıvan

 bölməsinin sədri, akademik

Azərbaycan.-2014.- 4 aprel.- S.6.