Azərbaycan Respublikasının Torpaq

Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹8, maddə 478; 2001, ¹12, maddə 736; 2002, ¹5, maddələr 237, 241; 2003, ¹1, maddə 11, ¹6, maddə 256, ¹ 8, maddə 423; 2004, ¹2, maddə 59, ¹6, maddə 415, ¹10, maddə 761; 2006, ¹2, maddə 67, ¹6, maddə 478, ¹8, maddə 657, ¹11, maddə 932; 2007, ¹1, maddə 3, ¹8, maddə 745; 2008, ¹5, maddə 348, ¹6, maddə 460, ¹8, maddə 707, ¹12, maddə 1048; 2009, ¹2, maddə 36; 2012, ¹6, maddə 497; 2013, ¹6, maddə 621) 9-cu maddəsinin 3-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.”.         

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 6 mart 2015-ci il

Azərbaycan.-2015.- 5 aprel.- S.1.