Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹7, maddə 479; 2003, ¹1, maddə 8; 2004, ¹2, maddə 57; 2006, ¹8, maddə 657; 2007, ¹8, maddə 745; 2008, ¹6, maddə 460; 2009, ¹2, maddə 43, ¹10, maddə 769; 2014, ¹5, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-1.6.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“10-1.6.8. balıq və digər su bioresurslarının idman və həvəskar ovu;”.

2. 19-cu maddənin yeddinci abzasında “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.

3. 23-cü maddənin yeddinci abzasında “idman və həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 6 mart 2015-ci il

Azərbaycan.-2015.- 5 aprel.- S.1.