“Tibbi sığorta
haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1000-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 4; 2001, ¹ 3, maddə 141; 2007, ¹ 12, maddə 1212; 2008, ¹ 11, maddə 960; 2014, ¹ 4, maddə 331) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddədə “Azərbaycan Respublikasının Qanunundan” sözləri “, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunlarından” sözləri ilə əvəz edilsin.
2. 13-cü maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:
“icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari tibbi sığorta müqaviləsi bağlamaq;”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2015-ci il
Azərbaycan.-2015.- 5 aprel.- S.1.