Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Tələbə-məzun”
dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 89, ¹ 7, maddə 621; 2014,
¹ 5, maddə 447, ¹ 9, maddə 1027 ) ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.11-1-ci yarımbənd əlavə edilsin:
“6.11-1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il
Azərbaycan.-2015.- 5 aprel.- S.2.