“Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq
müsadirə edilmiş narkotik
vasitələrin, psixotrop maddələrin
və onların
prekursorlarının məhv
edilməsi
Qaydası”nın, “Narkotik vasitələrin,
psixotrop maddələrin dövriyyəsinə
və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və
istehsalına,
habelə narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə
düçar olan
şəxslərə dair ümummilli
məlumat bankına məlumatların göndərilməsi və
oradan məlumatların
alınması Qaydası”nın və “Qanunsuz dövriyyədən
Azərbaycan
Respublikasının
qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş,
lakin dərman preparatları şəklində olduğuna və
tibbi məqsədlərlə istifadə
oluna biləcəyinə görə məhv
edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop
maddələrin tibbi məqsədlərlə
istifadə edilməsi üçün təhvil verilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 60 Bakı
şəhəri, 6 mart 2015-ci il
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1099-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 899 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹10, maddə 975; 2007, ¹12, maddə 1336; 2009, ¹3, maddə 204; 2014, ¹ 2, maddə 201) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın 5-ci hissəsinin üçüncü abzasında “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 7 aprel.- S.3.