Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa

məsələlərin həlli məqsədi ilə komissiyaların yaradılması haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 66                           Bakı şəhəri, 13 mart 2015-ci il

 

 

“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 977-IVQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 638 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti  qərara alır:

1. Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yerli nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və bələdiyyənin (o cümlədən, birləşən və ləğv edilən bələdiyyələrin) hər birindən bir nümayəndə daxil edilməklə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 977-IVQ nömrəli qanununa əsasən müvafiq komissiyalar yaradılsın.

2. Komissiyaların fərdi tərkibinin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və rayon icra hakimiyyəti orqanları, habelə birləşən bələdiyyələr 5 gün müddətində öz nümayəndələri barədə təkliflərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 7 aprel.- S.3.