Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2012-ci  il  12 oktyabr tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Ayrı-ayrı gömrük  əməliyyatı və ya gömrük proseduru ilə  bağlı  gömrük orqanının  icazəsinin verilməsi  Qaydaları”nda  dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 67                           Bakı şəhəri, 13 mart 2015-ci il

 

 

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1094-IVQD nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 865 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 228 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 10, maddə 1010) ilə təsdiq edilmiş “Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları”nın 3.3-cü bəndində “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 7 aprel.- S.3.