Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 316 nömrəli qərarı ilə təsdiq edilmişGömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində  sərəncam  verilməsinə dair şərtlər və  məhdudiyyətlər”də dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 69                           Bakı şəhəri, 13 mart 2015-ci il

 

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1094-IVQD nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 865 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 316 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 12, maddə 1380) ilə təsdiq edilmişGömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər”in 2.3-cü bəndində “3 (üç)” sözləri  “2 (iki)” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 5 aprel.- S.3.