Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 317 nömrəli
qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişləri üzrə
güzəştlər verilərək şərti
buraxılmış mallar barəsində
sərəncam verilməsi Qaydası”nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 70 Bakı
şəhəri, 13 mart 2015-ci il
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1094-IVQD nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 865 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 317 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 12, maddə 1381) ilə təsdiq edilmiş “Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi Qaydası”nın 2.5-ci bəndində “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 5 aprel.- S.3.