“Beltelekom” və “Cartburg Networks Corp.” arasında beynəlxalq elektrik
rabitəsi xidmətlərinin göstərilməsi haqqında
saziş imzalanıb
Belarusun
“Beltelekom” Respublika Unitar Müəssisəsi (RUM) və
“Cartburg Networks Corp.” şirkəti (Azərbaycanın “Caspian
Telecommunication LTD.” şirkətinin törəmə quruu)
arasında beynəlxalq elektrik rabitəsi xidmətlərinin
göstərilməsi haqqında saziş imzalanıb.
AZƏRTAC
“Beltelekom”a istinadla xəbər verir ki, imzalanma mərasimi
Belarus Respublikasının rabitə və
informasiyalaşdırma naziri Sergey Popkovun Azərbaycana rəsmi
səfəri zamanı keçirilib.
Saziş çərçivəsində tərəflər beynəlxalq elektrik rabiəti xidmətlərinin, o cümlədən beynəlxalq telefon rabitəsi xidmətlərinin göstərilməsi haqqında razılaşma əldə ediblər.
Xatırladaq ki, Bakıda keçirilən görüşlərdə Belarus Respublikasının informasiya-komminikasiya texnologiyaları (İKT) sahəsinin müxtəlif istiqamətləri üzrə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğu təsdiq edilib. Sergey Popkov bildirib ki, iki ölkənin elektron təhlükəsizliyi, informasiya, yüksək texnologiyalar parkı, kosmik sənaye məsələləri və digər sahələr üzrə əməkdaşlıq etmələri üçün böyük potensial var. Ölkələrimizin informasiya texnologiyaları şirkətlərinin yerli bazarlarda iştirakının genişləndirilməsi üçün “Bakutel-2015” sərgi-konfransı çərçivəsində III Belarus–Azərbaycan İnformasiya- Kommunikasiya Texnologioyaları Forumunun təşkil olunmasına xüsusi diqqət yetirilib. Danışıqların yekunlarına görə, Azərbaycan tərəfi bu Forumu keçirməyə hazır olduğunu təsdiq edib. Tədbirin keçirilməsinin ilkin tarixi 2015-ci il dekabrın 2-5-nə nəzərdə tutulub.
Səfər çərçivəsində “ÏÐÎÌÑÂßÇÜ” , “Ãèïðîñâÿçü», “Beltelekom” , “ÍÈÈÒÇÈ» müəssisələrinin rəhbərləri əsas fəaliyyət istiqamətlərinin təqdimatını keçiriblər.
İşgüzar görüşlər “Aztelekom” və “Bakı Telefon Rabitəsi” istehsal müəssisələrində davam etdirilib. “Beltelekom” RUM-un və “Aztelekom” İM-in rəhbər heyətləri müştərək müəssisənin yaradılması, İKT sahəsində mütəxəssislərin təcrübə mübadiləsinə dair tədbirlərin təşkil edilməsi haqqında məsələ üzərində işləyirlər. İnternetə qoşulma sürətini ölçməyə imkan verən proqram kompleksinin təcrübi istismarı haqqında razılaşma əldə olunub.
Rəsmi səfərin yekunlarına görə,
İKT sahəsində Belarus-Azərbaycan münasibətlərinin
dinamik inkişafı haqqında qərar qəbul
edilib, əməkdaşlığın daha da sürətləndirilməsi
barədə tədbirlər razılaşdırılıb.
Azərbaycan.-2014.- 5 aprel.- S.5.