Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı
Krallığının Ticarət
Palataları Şurasının sədri ilə
görüşü
Azərbaycan Prezidenti İlham
Əliyevin Səudiyyə Ərəbistanı
Krallığına rəsmi səfəri
Aprelin
5-də Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Səudiyyə Ərəbistanı
Krallığının Ticarət Palataları
Şurasının sədri Əbdülrəhman Əl Zamil ilə
görüşü olub.
Görüşdə
Azərbaycan ilə Səudiyyə Ərəbistanı
arasında qarşılıqlı səfərlərin əhəmiyyəti
vurğulandı, əməkdaşlığın daha da
genişləndirilməsi üçün yaxşı
potensialın olduğu bildirildi.
Söhbət
zamanı neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı
məhsullarının birgə istehsalı, Səudiyyə
Ərəbistanına və üçüncü ölkələrə
ixracı imkanları ətrafında fikir mübadiləsi
aparıldı. Azərbaycanın və Səudiyyə Ərəbistanının
neft-kimya sənayesi şirkətləri arasında
görüşlərin keçirilməsi ilə bu sahədə
əməkdaşlıq imkanlarının
araşdırılması məsələsi müzakirə
olundu.
AZƏRTAC
Azərbaycan.-2014.- 7 aprel.- S.1.