Prezident İlham
Əliyevin və Səudiyyə Ərəbistanı
Krallığının
neft
və minerallar nazirinin görüşü
olub
Azərbaycan Prezidenti İlham
Əliyevin Səudiyyə
Ərəbistanı Krallığına
rəsmi səfəri
Aprelin
5-də Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Səudiyyə Ərəbistanı
Krallığının neft və minerallar naziri Əli Əl
Naiminin görüşü olub.
Görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulandı.
Söhbət zamanı dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparıldı. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edildi. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulandı, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı müzakirələr aparıldı.
AZƏRTAC
Azərbaycan.-2014.- 7 aprel.- S.2.