Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 470; 2004, ¹ 2, maddə 57,  ¹ 7, maddə 505, ¹ 11, maddə 902; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 6, maddə 460; 2012, ¹ 11, maddə 1045) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddənin ikinci hissəsində “idman və həvəskar balıq ovu” sözləri “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.

2. 13-cü maddənin birinci hissəsinin üçüncü abzasında “balıq ehtiyatlarından” sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin.

3. 16-cı maddə üzrə:

3.1. adında “Balıq ehtiyatlarından” sözləri “Balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;

3.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:

“Su hövzələrində balıq digər su bioresurslarından istifadə balıq digər su bioresurslarının ovu, toplanması akvakultura məqsədi ilə həyata keçirilir.”;

3.3. ikinci hissədəBalıq ehtiyatlarındansözləriBalıq digər su bioresurslarındansözləri ilə, “vətəgə əhəmiyyətli su obyektlərində balıqçılığın təşkili, balıqların ovlanmasısözləribalıqçılığın, o cümlədən akvakulturanın təşkili, balıq digər su bioresursları ovununsözləri ilə əvəz edilsin.                                       

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 6 mart 2015-ci il

Azərbaycan.-2015.- 7 aprel.- S.3.