Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyeva Beynəlxalq
Dağadırmanma və Alpinizm
Federasiyasının nümayəndələri ilə
görüşüb
Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva Beynəlxalq
Dağadırmanma və Alpinizm Federasiyasının nümayəndələri
ilə görüşüb.
IDEA
İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata
görə, Azərbaycanın ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırovun da iştirak etdiyi
görüşdə qonaqlara IDEA İctimai Birliyinin fəaliyyəti,
onun həyata keçirdiyi layihələr haqqında ətraflı
məlumat verilib və ölkədə ekoloji maarifləndirmənin
genişləndirildiyi qeyd olunub. Həmçinin
görüşdə sözügedən Federasiya ilə
ekoloji maarifləndirmə və ekoloji incəsənət sahəsində
qarşılıqlı əməkdaşlığın həyata
keçirilməsi, ölkə daxilində və beynəlxalq
səviyyədə birgə layihələrin icrası
imkanları istiqamətində ətraflı müzakirələr
aparılıb.
Qeyd
edək ki, Beynəlxalq Dağadırmanma və Alpinizm
Federasiyası 1932-ci ildə təsis edilib. Beş qitədə
təmsil olunan Federasiya 50 ölkədən 80-dən çox
təşkilatı və 2,5 milyondan artıq insanı bir araya
gətirir. Federasiyanın əsas məqsədləri
dünyada alpinizmin inkişafı, bu sahədə təhlükəsiz
və etik təcrübələrin təbliği və ətraf
mühitin mühafizəsinə töhfənin verilməsindən
ibarətdir. Federasiya Beynəlxalq Olimpiya Komitəsi tərəfindən
dağadırmanma və alpinizm idman növlərini təmsil
edən beynəlxalq struktur kimi tanınıb.
Azərbaycan.-2015.- 7 aprel.- S.7.