BakıdaÜzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin

 tədris repertuarındamövzusunda I Respublika Festivalı açılıb

 

 

Aprelin 6-da Bakı Musiqi Akademiyasında (BMA) “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarındamövzusunda I Respublika Festivalının açılışı olub. Festival dahi bəstəkarın anadan olmasının 130, BMA-nın 95 akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyinə həsr edilib.

Əvvəlcə BMA nəzdindəki məktəb-studiyanın şagirdlərinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi.

BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək xatırladıb ki, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə dahi Azərbaycan bəstəkarı, milli professional musiqimizin banisi Üzeyir Hacıbəylinin doğum günü – 18 sentyabr Azərbaycan Musiqisi Günü elan edilib.

Rektor F.Bədəlbəyli milli musiqimizin onun əsasını təşkil edən muğamın qorunub saxlanması inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb, milli lad sisteminin öyrənilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova açılış mərasimində çıxış edərək dedi ki, biz bu gün Azərbaycanın ən gözəl musiqi məbədindəyik. Bu məbəddə dahilərimizin, milli musiqimizi dünyaya tanıdan müdriklərimizin ruhları, Üzeyir Hacıbəylinin ruhu var. Mən düşünürəm ki, bu ruhlar şaddır. Çünki bu festivalda iştirak edən uşaqlar milli musiqimizi dərindən öyrənərək onu beynəlxalq aləmdə layiqincə təmsil edəcəklər.

Bahar xanım bildirib ki, müasir müstəqil Azərbaycanın özü kimi onun incəsənəti, musiqisi inkişaf edir, yeni dəyərlərlə zənginləşir. Bu dəyərləri qorumaq, inkişaf etdirmək bizim gənc musiqiçilərimizin öhdəsinə düşür. Ölkəmizdə uşaqların milli köklərə bağlı vətənpərvər, hərtərəfli şəxsiyyət kimi formalaşması üçün milli musiqimizin, mədəniyyətimizin çox böyük rolu vardır. Bu mənada bu gün açılış mərasiminə toplaşdığımız festivalın təqdimatında iştirak etdiyimizÜzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf proqramıböyük əhəmiyyətə malikdir. Düşünürəm ki, bu layihələr gələcək uğurlar üçün yaxşı bünövrədir. Çünki ibtidai sinifdən milli ruhda böyüyən uşaqlar milli mənəvi dəyərlərə bağlı olurlar.

Parlamentin sədr müavini qeyd edib ki, əlbəttə, başqa xalqların musiqisini, mədəniyyətini öyrənmək lazımdır. Çünki zənginləşmə, müasir dünyada layiqli yer tutmaq bunsuz mümkün deyildir. Amma əsas vəzifə milliliyin qorunması inkişaf etdirilməsidir. Ona görə düşünürəm ki, bu festivalın təşkilatçıları çox böyük bir işə başlayıblar.

“Bu gün mən bu nəşrin təqdim olunması ilə yanaşı, birinci festivalın işə başlanması münasibətilə hamınızı ürəkdən təbrik edirəm”, – deyən B.Muradova qeyd edib ki, bu festival uşaqların istedadını üzə çıxaracaq, onlara milli musiqimizə məhəbbət aşılayacaq, gələcəyin peşəkar sənətçiləri kimi yetişməkdə kömək edəcək. Bu festival həm öz musiqilərini ifa edəcək uşaqlar arasında yarışa, sağlam rəqabətə imkan yaradacaq. Təbii ki, istedadlılar qalib gələcək onlar Azərbaycanın musiqisini daha da irəliyə aparacaq, mədəniyyətimizin inkişafına töhfələr verəcəklər.

Mən festivalın iştirakçılarına uğurlar diləyirəm. Arzu edirəm ki, onlar milli musiqimizin, mədəni irsimizin əsl təəssübkeşləri kimi yetişsin, Üzeyir Hacıbəylinin digər musiqi korifeylərimizin yaradıcılıq ənənələrini uğurla davam etdirsinlər. Mən hamınıza bir daha uğurlar diləyirəm.

 

Festivalın əlamətdar hadisələrə həsr edildiyini söyləyən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.

Bildirilib ki, festival musiqimizə, mədəni irsimizə olduqca böyük töhfədir. Azərbaycan xalqı özünü xoşbəxt hiss etməlidir ki, onun belə bir dərin mənalı mədəni irsi var. Bu irsin nümunəsi bizim musiqimizdir.

Ölkəmizdə mədəni irsin qorunması istiqamətində görülən işlərdən söz açan nazir müavini deyib ki, bu gün Azərbaycanda milli musiqimizin inkişafı təbliği istiqamətində Prezident İlham Əliyevin təşəbbüsü dəstəyi ilə, eləcə Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr reallaşdırılır. Təsadüfi deyil ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin musiqi inciləri UNESCO-nun dünya irs siyahısına daxil edilib. Bu, böyük uğurdur bununla fəxr etməliyik.

Firudin Qurbanov deyib ki, belə festivallar istedadlı gənclərin üzə çıxmasına təkan verir, onların geniş auditoriyada tanınmasına yardımçı olur. Məhz buna görə Təhsil Nazirliyi hər zaman belə tədbirləri dəstəkləyir biz bu işi davam etdirəcəyik. İnanıram ki, bu festival yeni istedadlı musiqiçilərin gələcək inkişafına böyük dəstək olacaq.

Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, xalq artisti Ramiz Quliyev musiqi sənətinin inkişafında elmi-tədqiqat işlərinin musiqi nəzəriyyəsinin böyük rolundan danışmışlar.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun onun prezidenti Mehriban Əliyevanın gərgin səyləri sayəsində Azərbaycan mədəniyyətinin, musiqisinin, o cümlədən muğamlarımızın ölkə hüdudlarından kənarda populyarlaşması geniş vüsət alıb.

Çıxışlarda qeyd olunub ki, gənc nəsildə musiqi mədəniyyətinin formalaşdırılması, onlara Azərbaycan musiqisinin incəliklərinin öyrədilməsi istiqamətində BMA-nın nəzdindəki məktəb-studiyanın əvəzsiz rolu vardır. Layihə müəllifi, məktəb-studiyanın direktoru, professor Tərlan Seyidov olan bu festivalın iştirakçıları ifaçılıq məharətlərini nümayiş etdirməklə yanaşı, həm də öz musiqilərini təqdim edəcəklər.

Festival münasibətilə “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf proqramı” nəşr edilib. Bu nəşrin müəllifləri Fərhad Bədəlbəyli və Tərlan Seyidovdur.

SonraXor” nominasiyasında kollektivlərin çıxışları olub.

Festivalın münsiflər heyətinə xalq artistləri Arif Məlikov, FidanXuraman Qasımovalar, Ramiz Quliyev, digər tanınmış musiqiçi və ifaçılar daxildir. Onlar festival iştirakçılarının bəstəkarlıq, xor, fortepiano, vokal, xalq instrumental musiqi ifaçılığı və başqa nominasiyalar üzrə çıxışlarını qiymətləndirəcəklər.

Festivalda iştirak etmək üçün Gəncə, Ağdaş, Ağsu, Ağdam, Bərdə, Neftçala və digər regionlardan 200-dən çox gənc musiqiçi və ifaçı ölkəmizin paytaxtına gəlib.

Bu festivalın keçirilməsindən məqsəd ənənəvi major-minor sistemi ilə yanaşı, Azərbaycan milli lad sisteminin daha dərindən mənimsənilməsinə kömək etməkdir.

Aprelin 10-da festivala yekun vurulacaq, qaliblərə mükafatlar təqdim ediləcək.

 

Azərbaycan.-2015.- 7 aprel.- S.6.