Mingəçevirin turizm potensialı
böyükdür
Hələ orta əsrlərdə Azərbaycan ərazisinin coğrafi üstünlükləri
xarici qonaqların diqqətini özünə
cəlb edibdi. Bunu ayrı-ayrı
vaxtlarda ölkəmizə
səfər edən səyyahlar, tanınmış
şair və yazıçılar öz
əsərlərində, yol
qeydlərində sevə-sevə,
böyük məmnunluqla
qələmə alıblar.
Zəngin və rəngarəng
təbiətə malik
Azərbaycana ulu Tanrı bütün nemətləri səxavətlə
bəxş etmişdir.
Ölkəmizin yerləşdiyi coğrafi
mövqe, tarixi abidələrin çoxluğu,
təbii sərvətlərin
bolluğu, dayanıqlı
ictimai-siyasi sabitliyin mövcudluğu Azərbaycanda
turizmin inkişafını
şərtləndirən başlıca
cəhətlərdir.
Azərbaycanın tarixini, maddi mədəniyyət abidələrini,
təbii gözəlliklərini,
yüksək əxlaqi
dəyərlərdən qaynaqlanan
milli xüsusiyyətlərini
yüksək qiymətləndirən
xalqımızın ümummilli
lideri Heydər Əliyev turizmin inkişaf etdirilməsinə
böyük önəm
verirdi.
Ulu öndər
yenidən hakimiyyətə
qayıdarkən uzun illər boyu dünya üçün demək olar ki, qapalı olan Azərbaycana beynəlxalq aləmin, xarici dövlətlərin
marağını nəzərə
alıb turizmin inkişafını sürətləndirmək
üçün dövlət
əhəmiyyətli qərarlara
imza atdı. Ulu öndər
Heydər Əliyevin başladığı taleyüklü
məsələləri uğurla
davam etdirən respublika Prezidenti İlham Əliyev də ölkədə turizmin inkişaf perspektivlərini görərək
bu sahədə böyük uğurlara etibarlı bünövrə
qoydu. Turizmin inkişafında mütəxəssislərin, peşəkar
kadrların rolu dövlət səviyyəsində
yüksək qiymətləndirilərək
2006-cı ildə Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin müvafiq qərarına əsasən
Azərbaycan Turizm İnstitutu və Mingəçevir Turizm Kolleci yaradıldı.
Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına
dair Dövlət Proqramı”nda nəzərdə
tutulan vəzifələr
müvəffəqiyyətlə icra edilmişdir. Dövlət
başçısının təşəbbüsü ilə
2011-ci ilin ölkədə
“Turizm ili” elan edilməsi turizmin inkişafına dövlət qayğısının
bariz göstəricisi
olmuşdur.
Ölkəmizdə yaradılan gözəl şərait, istirahət mərkəzləri, parklar,
xiyabanlar, beşulduzlu
hotellər, geniş və rahat yollar,
beynəlxalq aeroportlar,
mədəni-tarixi abidələrin
çoxluğu, eyni zamanda ictimai-siyasi sabitlik Azərbaycana turist axınının ildən-ilə artmasına
imkan vermişdir. Dünyada neft
ölkəsi kimi tanınan Azərbaycan bu gün həm
də turizm ölkəsi kimi beynəlxalq aləmin diqqətini çəkir.
Əcnəbi və yerli turistlərin sevə-sevə
üz tutduqları gözəl məkanlardan biri də Mingəçevir
şəhəridir. Mingəçevirdə dünya standartlarına cavab verən dördulduzlu “Riverside” və
“Kür” hotelləri fəaliyyətdədir. Dördulduzlu “Ağ saray” hotelinin tikintisində isə son tamamlama işləri aparılır.
Bundan əlavə şəhərdə
mehmanxana tipli müxtəlif obyektlər
də mövcuddur.
Mingəçevir Turizm Kolleci yerləşdiyi şəhərin
turizm mərkəzinə
çevrilməsində baza
rolu oynamaqla yanaşı, ölkənin
turizm sahəsi üçün ixtisaslı
kadrlar hazırlayır. Kollec rəhbərliyi
xarici dövlətlərlə
təcrübə mübadiləsinə
böyük önəm
verir, bu istiqamətdə diqqət
çəkən uğurlar
qazanır. Çoxtərəfli əməkdaşlıq münasibətlərinin
qurulmasını və
inkişaf etdirilməsini
turizm siyasətinin prioritet istiqamətlərindən
biri kimi dəyərləndirən dövlətimiz
dünyanın bir sıra aparıcı təşkilatları ilə
səmərəli əməkdaşlıq
əlaqələri qurmuş,
bu sahədə böyük əhəmiyyət
kəsb edən beynəlxalq proqramlara qoşulmuşdur. Görülən məqsədyönlü tədbirlərin
nəticəsidir ki, Azərbaycan dünyanın
29 ölkəsi ilə
turizm sahəsində hökumətlərarası saziş
bağlamış, müxtəlif
ölkələrdə keçirilən
beynəlxalq turizm sərgilərində fəal
iştirak etmişdir.
Ürək ağrıdan təəssüf
hissi ilə qeyd olunmalıdır ki, Azərbaycanın istər təbiət gözəlliklərinin qeyri-adiliyi,
istərsə də maddi mədəniyyət, tarixi abidələrinin bolluğu baxımından
daha çox zəngin olan ərazilərinin bir hissəsi uzun illərdən bəri Ermənistan silahlı qüvvələrinin işğalı
altında saxlanılır. Bu gün Azərbaycanda hər kəs inanır ki, respublika Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasət torpaqlarımızın
işğaldan azad olunmasını tezliklə
reallaşdıracaq, qaçqın
və məcburi köçkünlər doğma
yurd yerlərinə dönəcəklər. Dağılmış, odlara qalanmış şəhərləri, qəsəbə
və kəndləri yenidən tikib-qurmaqla yanaşı, o ərazilərdə
müasir turizm infrastrukturu da yaradılacaqdır. Bu gün biz çox nikbinik. Xalqımızın əhval-ruhiyyəsi yüksək, sabaha ümidləri böyükdür.
Ana Kürün ikiyə böldüyü Mingəçevirin turizm potensialı kifayət qədərdir. Hələ 2010-cu ildə bölgəyə səfəri zamanı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu imkanları yüksək dəyərləndirən respublika Prezidenti İlham Əliyev demişdir: “Mingəçevir beynəlxalq turizm mərkəzinə çevrilməlidir. Buna nail olmaq üçün bütün imkanlar, gözəl təbiət, təmiz hava, iqlim, təbii şərait vardır. İndi yollar da çəkilir. Bakını Mingəçevirlə birləşdirən avtomobil yolu tikilir. Gəncə aeroportu fəaliyyətdədir. Yəni Mingəçevir bir turizm mərkəzi olmalıdır”.
Fevralın 24-də respublika Prezidenti İlham Əliyevin Mingəçevirə gerçəkləşən növbəti, sayca beşinci səfərinin məntiqi nəticəsi dövlət başçısının energetiklər şəhərinin turizm potensialına verdiyi böyük önəmi bir daha təsdiq etdi. Şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərini yüksək dəyərləndirən Prezident İlham Əliyev yaxın gələcək üçün yeni fəaliyyət istiqamətlərini də müəyyən etdi. Şəhərdə müasir tələblərə uyğun sənaye parkı yaradılmasını vacib sayan və bu prosesin uğurla davam etdiyini vurğulayan dövlət başçısı eyni zamanda yeni inşa olunan “Ağ saray” hotelində yaradılmış şəraitlə, “Kür” Olimpiya Tədris İdman Mərkəzində aparılan yenidənqurma, abadlıq və quruculuq işləri ilə tanış oldu, dəyərli tövsiyələrini verdi. Təbii ki, dövlət başçısının bu mövqeyi Mingəçevirin müasir turizm mərkəzinə çevrilməsi uğrunda mübarizənin sürətini əsaslı şəkildə artırır, bu prosesə yeni impuls verir. Məlum olduğu kimi, I Avropa Oyunları ölkəmizin paytaxtı Bakı ilə yanaşı, Mingəçevirdə də keçiriləcəkdir. Avropa ölkələrinin avarçəkənləri “Kür” Olimpiya Tədris İdman Mərkəzinin bazasında yarışacaqlar. Gözlənilən bu idman bayramı Mingəçevirin turizm mərkəzinə çevrilməsi prosesində heç şübhəsiz mühüm mərhələ olacaqdır. Səfər sonrası dövlət başçısının sərəncamı ilə Mingəçevirin gözəlləşdirilməsi üçün 10 milyon manat vəsait ayrılması sakinlər tərəfindən minnətdarlıqla qarşılanmaqla yanaşı, şəhərdə gedən abadlıq, quruculuq işlərinə zərbəçi ahəng vermişdir.
Dövlət qayğısından, Prezident İlham Əliyevin isti və xüsusi münasibətindən güc alan mingəçevirlilər sabaha inamla addımlayırlar. Ana Kürün sahilində qərar tutan bu gənc və gözəl şəhərin hüsnünə hər gün yeni bir naxış vurulur. Heç şübhəsiz gəlişi gözlənilən çoxsaylı avropalı qonaqlar da havası, suyu təmiz, ilin bütün fəsillərində bahar libaslı bu şəhərin yaraşığına, sakinlərinin mehribanlığına, qonaqpərvərliyinə heyran olacaqlar.
Sahib ƏLİYEV,
pedaqogika üzrə fəlsəfə
doktoru
Mingəçevir
Azərbaycan.-2015.- 7 aprel.- S.9.