Azərbaycanlıların deportasiya və soyqırımına məruz qalmaları

ermənilərin təcavüzkar siyasətinin nəticəsidir

 

Azərbaycan dünyada ən qədim yaşayış məskənlərindən biri kimi tanınması ilə yanaşı, həm də özünün etno-demoqrafik inkişaf xüsusiyyətləri və tolerantlılıq ənənələri ilə şöhrət tapmışdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Biz Azərbaycan deyəndə, onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıca sərvəti qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır... Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır. ...Biz fəxr edirik ki, Azərbaycanda müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma mövcuddur.”

Təsadüfi deyil ki, keçmiş SSRİ-də də 1926-cı ildə ilk dəfə keçirilmiş əhalinin ümumi siyahıyaalınması məlumatlarına görə, Azərbaycan Respublikasında yaşayan müxtəlif millətlərin, xalqların və etnosların sayı 95-i ötüb keçdiyi halda, qonşu Gürcüstanda onların sayı 76, Ermənistanda 46 olmuşdur. Bu vəziyyət qonşu Gürcüstan və Ermənistana nisbətən uzun illərdən bəri Azərbaycanda formalaşıb inkişaf etmiş beynəlmiləlçilik və tolerantlılıq ənənələri nəticəsində milliyyətindən və dini əqidəsindən asılı olmayaraq başqa ölkələrdən və ərazilərdən gəlib burada yaşayanlar üçün əlverişli həyat şəraiti yaradılması ilə bağlıdır. Lakin bütün bunlara baxmayaraq vaxtilə öz ərazimizdə yaşamaq üçün sığınacaq verdiyimiz, çörəyimizi yeyib, suyumuzu içən erməni qəsbkarları torpaqlarımızın zəbt edilməsi hesabına “böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm xülyaya düşərək son iki əsrdə həyata keçirdikləri deportasiya-köçürmə əməliyyatları zamanı əzəli torpaqları olan indiki Ermənistan ərazisindən 1,5 milyon nəfərdən çox soydaşımızı zorla qovub çıxarmış və yaxud qətlə yetirmişlər.

XX əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərində isə Azərbaycan Respublikası ərazisində 1 milyon nəfərdən çox azərbaycanlını öz doğma torpaqlarında məcburi köçkün və qaçqın həyatı yaşamağa məruz qoymuşlar. Bunun nəticəsidir ki, XIX əsrin əvvəllərində əhalisinin 85 faizi, XX əsrin əvvəllərində isə 39-40 faizindən çoxu azərbaycanlılardan ibarət olan indiki Ermənistan Respublikasında bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Tarixi faktlar da sübut edir ki, indiki Ermənistan ərazisində yaşayan ermənilərin çoxu yerli əhali deyil, sonradan gələnlərdir. N.İ.Şavrov 1911-ci ildə Sankt-Peterburqda nəşr olunmuşZaqafqaziyada rus işinə təhlükə” adlı kitabında yazırdı ki, “1826-1828-ci illərin müharibəsindən sonrakı iki ildə - 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran ermənisi, 84600 Türkiyə ermənisi köçürülmüşonlar erməni millətinin cüzi olduğu Yelizavetpolun və İrəvan quberniyasının ən yaxşı torpaqlarında yerləşdirilmişlər. Köçkünlərin ən çoxu ermənilərdir. İndiki Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfərin 1 milyonu diyarın yerli əhalisi deyil, gəlmələrdir”. Erməni tədqiqatçı Z.Korkodyanın yazdığına görə isə indiki Ermənistan ərazisində əvvəllər mövcud olmuş İrəvan quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara mənsub olmuşdur. 1897-ci ildə Rusiya imperiyasında keçirilmiş əhalinin birinci ümumi siyahıyaalınması məlumatlarına görə, İrəvan quberniyasında yaşamış 829,5 min nəfər əhalinin 313,2 min nəfəri və ya 37,7 faizi; İrəvan qəzasında yaşamış 150,9 min nəfər əhalinin 77,5 min nəfəri və ya 51,4 faizi; İrəvan şəhərində yaşamış 29,0 min nəfər əhalinin 12,3 min nəfəri və ya 42,4 faizi; Naxçıvan qəzasında yaşamış 100,8 min nəfər əhalinin 64,1 min nəfəri və ya 63,6 faizi; Naxçıvan şəhərində yaşamış 8,8 min nəfər əhalinin 6,2 min nəfəri və ya 70,4 faizi; Şərur-Dərələyəz qəzasında yaşamış 76,5 min nəfər əhalinin 51,6 min nəfəri və ya 64,4 faizi; Eçmiədzin qəzasında yaşamış 124,2 min nəfər əhalinin 36,0 min nəfəri və ya 28,9 faizis. azərbaycanlılar olmuşlar. Qeyd edilən dövrdə İrəvan quberniyasında yaşamış əhalinin 53,2 faizi, o cümlədən İrəvan qəzasında 38,5, İrəvan şəhərində 43,1, Naxçıvan qəzasında 34,4, Aleksandropol qəzasında 85,7, Novobayazid qəzasında 63,7, Eçmiədzin qəzasında isə 62,5 faizi ermənilər olmuşlar. Bu ərazilərdə ermənilərin nisbətən belə yüksək xüsusi çəkiyə malik olmasının əsl səbəbi isə vaxtilə İranla Rusiya arasında bağlanmış Türkmənçay və Türkiyə ilə Rusiya arasında bağlanmış Andreanpol sülh müqavilələrindən sonra həmin ərazilərə İrandan və Türkiyədən çox sayda ermənilərin köçürülməsi olmuşdur. Tarixi mənbələrə görə, 1828-1830-cu illərdə Zaqafqaziyaya köçürülmüş İran və Türkiyə ermənilərinin 200 min nəfəri erməni millətinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişlər. 1877-1879-cu illərdəki Türkiyə-Rusiya müharibəsi vaxtı isə Türkiyədən Zaqafqaziyaya 85 min nəfər, 1894-cü ildə 90 min nəfər, 1897-ci ildə 10 min nəfər erməni köçürülmüşdür. Tarixi mənbələrə əsasən 1908-ci ilədək ruslar tərəfindən xarici ölkələrdən Zaqafqaziyaya köçürülmüş 1 milyondan çox erməni millətindən olan əhalinin əksəriyyəti qədim Azərbaycan torpaqları olan Yelizavetpol quberniyasının Şuşa, Zəngəzur, Cavanşir, Cəbrayıl uezdlərində və İrəvan quberniyasında məskunlaşdırılmışlar. 1820-1920-ci illəri əhatə edən 100 il ərzində isə rus imperiyasının ərazisinə 600 min nəfər erməni köçürüldüyü halda, Rusiyadan 2 milyon nəfərədək müsəlman çıxıb getmişdir. Azərbaycanlıların 1918-1920-ci illərdəki soyqırımı dövründə Ermənistanın indiki ərazisində yaşamış 575 min nəfər azərbaycanlının 565 min nəfəri və ya 98,3 faizi öldürülmüş, yaxud qovulmuşlar.

Z.Korkodyanın yazdığına görə, 1920-ci ildə Ermənistanda daşnaklardan sonra cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdı. Ancaq 1922-ci ildə 60 min nəfər qaçqın geri qayıtdıqdan sonra azərbaycanlıların sayı burada 72596 nəfər təşkil etmişdir. Ermənistanda yaşayan azərbaycanlıların sayı 1922-ci ildən sonra az da olsa, tədricən artaraq 1926-cı ildə 84,0 min nəfərə, 1939-cu ildə isə 139,9 min nəfərə çatmışdır. Lakin 1948-1953-cü illərdə 100 min nəfərdən çox azərbaycanlı Ermənistandakı ata-baba torpaqlarından zorla köçürüldübunun da nəticəsində həmin ərazidə yaşayan azərbaycanlıların sayı yenidən azalaraq 1959-cu ildə 107,7 min nəfərə düşdü. Sonrakı iki onillik ərzində isə onların sayı bir qədər artaraq 1970-ci ildə 148,2 min nəfər, 1979-cu ildə isə 160,8 min nəfər təşkil etmişdir. Ancaq bu, Ermənistanın ərazisində azərbaycanlıların sonuncu artımı oldu. Halbuki azərbaycanlıların Ermənistandan qovulduğu bütün dövrlərdə Azərbaycanda yaşayan ermənilərin sayı nəinki azalmış, əksinə artmışdır. Belə ki, 1939-1959-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıların sayı 32,2 min nəfər və ya 23 faiz azalaraq 139,9 min nəfərdən 107,7 min nəfərə düşdüyü halda, Azərbaycanda yaşayan ermənilərin sayı 54,1 min nəfər və ya 13,9 faiz çoxalaraq 388 min nəfərdən 442,1 min nəfərə çatmışdır. 1926-1979-cu illəri əhatə edən 43 il ərzində isə Ermənistanda yaşayan azərbaycanlıların sayı 76,8 min nəfər artaraq 84 min nəfərdən 160,8 min nəfərə, Azərbaycanda yaşayan ermənilərin sayı isə bundan 2,5 dəfə çox, yəni, 193,2 min nəfər artaraq 282 min nəfərdən 475,2 min nəfərə çatmışdır. 1959-1979-cu illəri əhatə edən 20 il ərzində Yerevan şəhərində isə onsuz da çox cüzi sayda olmuş azərbaycanlıların sayı 2,1 dəfə azalaraq 4968 nəfərdən 2352 nəfədüşdüyü halda, Bakı şəhərində yaşayan ermənilərin sayı 2,8 dəfə artaraq 76,6 min nəfərdən 215,8 min nəfərə çatmışdır. 1897-ci ildə İrəvan şəhərinin əhalisinin 42,4 faizi azərbaycanlı olduğu halda, bu göstərici ilbəil azalaraq 1926-cı ildə 7,7, 1959-cu ildə 0,7, 1970-ci ildə 0,4, 1979-cu ildə cəmi 0,2 faiz təşkil etmişdir. Halbuki Bakıda yaşayan ermənilər 1926-cı ildə əhalinin 16,9, 1959-cu ildə 17,2, 1970-ci ildə 16,4, 1979-cu ildə isə 14,1 faizini təşkil etmişdir.

Təsadüfi deyil ki, 1918-ci ilin may ayında əzəli Azərbaycan torpaqları olan İrəvan quberniyası ərazisində Ermənistan dövləti yaradılan zaman onun paytaxtı üçün müvafiq şəhər tapılmadığı çətin bir vaxtda Azərbaycan hökuməti milli münaqişələrə son qoyulması məqsədilə İrəvan şəhərini özlərinə paytaxt elan etmələri üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdir. Bu tarixi həqiqət barədə Azərbaycan Prezidenti İlham Əliyev belə demişdir: “...indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında formalaşmışdır. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan Xanlığı Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər”. Ümumiyyətlə, XX əsrdə Azərbaycanın 5 dəfə üzləşdiyi demoqrafik çətinliklərin (1941-1945-ci illər müharibəsi istisna edilməklə) dördü məhz erməni qəsbkarları və onların havadarları tərəfindən törədilmiş soyqırımı, köçürmə, işğalçılıq siyasəti və nankor erməni xisləti ilə əlaqədar olmuşdur. Bu dövrlərə aşağıdakılar aiddir:

Birincisi: 1905-1907-ci illər. Bu dövrdə çar Rusiyasının hakim dairələrindən hərtərəfli yardım alan erməni quldur dəstələri İrəvanda, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Qarabağda, Gəncədə, Şirvanda, Bakıda və başqa ərazilərdə dinc azərbaycanlılara və digər müsəlman təriqətli xalqlara (türklər, kürdlər, tatarlar, ləzgilər və s.) amansızcasına divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqlar, qadınlar, qocalar tarixdə görünməmiş qəddarlıq və vəhşiliklə öldürülmüşlər.

İkincisi: 1913-1920-ci illər. Birinci Dünya müharibəsi (1914-1918), xarici müdaxilə, ermənilər tərəfindən azərbaycanlıların soyqırımına məruz qalması və s. nəticəsində Azərbaycanın əhalisi bu dövrdə 387 min nəfər və ya 16,6 faiz azalaraq 2339,2 min nəfərdən 1952,2 min nəfərə düşmüşdü.

Üçüncüsü: 1948-1953-cü illər. Bu dövrdə SSRİ Nazirlər Soveti İ.Stalinin imzası ilə xaricdə yaşayan erməniləri Ermənistanda yerləşdirmək məqsədilə azərbaycanlıların Ermənistandan köçürülməsi haqqında iki qərar qəbul etmişdir: Birinci, 1947-ci il 23 dekabr 4083 saylı “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar idi. Qərarın 1-ci maddəsində deyilirdi ki, “1948-1950-ci illərdə Ermənistan SSR-dən könüllülük əsasında Azərbaycan SSR-nin Kür-Araz ovalığına 100 min kolxozçubaşqa azərbaycanlı köçürülsün, onlardan 10 min adam - 1948-ci ildə, 40 min adam - 1949-cu ildə, 50 min adam - 1950-ci ildə”. İkinci, 1948-ci il 10 mart tarixli 754 saylı “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında” qərar idi. Birinci qərarda “könüllülük” ifadəsinin işlədilməsinin xüsusi məqsəd daşıdığını və həmin qərarın əsl mahiyyətini (repressiya xarakteri daşımasını) ört-basdır etməkdən ibarət olduğunu ikinci qərarın axırıncı 11-ci maddəsinin məzmunundan daha aydın görmək olar. Qərarda deyilir ki: “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikintilərdən və yaşayış evlərindən xaricdən Ermənistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər”.

Həmin qərarların həyata keçirilməsi nəticəsində 1948-1953-cü illərdə “könüllülükprinsipi adı altında Ermənistan SSR-dən 100 min nəfərdən çox azərbaycanlı öz dədə-baba yurdlarından kütləvi surətdə zorakılıqla köçürülmüşya köçməyə məcbur edilmiş və onların heç birinin Dağlıq Qarabağda məskunlaşmasına icazə verilməmişdir.

İ.Stalinin vəfatından sonra köçürülmə dayandırılmış və əks-proses başlanmışdır. Ermənistanın dağ rayonlarından Azərbaycanın Kür-Araz vadisinə köçürülən on minlərlə əhalinin aqibəti daha kədərli olmuşdur. İqlimə uyğunlaşa bilmədikləri üçün, adi məişət şəraiti olmadığından onların üçdə biri aclıq və xəstəliklər nəticəsində həlak olmuş, salamat qalanların isə 40-45 faizi bütün çətinliklərə və təzyiqlərə məruz qalmalarına baxmayaraq öz doğma yurdlarına qayıtmışlar. Tarixi faktlar sübut edir ki, Ermənistandan azərbaycanlıların köçürülməsində məqsəd heç də xaricdən gələn erməniləri yerləşdirmək deyil, azərbaycanlıların Ermənistandan təmizlənməsi idi. Təsadüfi deyil ki, Ermənistanda əvvəllər azərbaycanlıların yaşadıqları yüzlərlə kənd xarabalığa dönmüşdür. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda deyilmişdir ki, həmin kəndlərin 476-dan çoxu istifadəsiz qalmışdır. Erməni millətçilərinin özləri də 1990-cı illərdə etiraf etmişlər ki, azərbaycanlıların köçürülməsi ilə əlaqədar boşaldılan ərazilərdən və mənzil fondundan xaricdən gələn ermənilərin yerləşdirilməsi üçün istifadə edilməmişdir.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktının ötən 50 il ərzində araşdırılması, ona hüquqi-siyasi qiymət verilməsi də obyektiv səbəblər üzündən mümkün olmamışdır. Yalnız 1997-ci il dekabr ayının 18-də ulu öndər Heydər Əliyev tarixi ədaləti bərpa edərək 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisində tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır.

Dördüncüsü: 1988-1993-cü illər. Bu dövrdə Azərbaycan keçmiş sovet respublikaları arasında qaçqın problemi ilə üzləşən ilk ölkə olmuşdur. Qaçqınların Ermənistandan Azərbaycana ilk axını 1987-ci ilin sonundan başlamışdır. Respublika prokurorluğunun məlumatlarında deyilir: 1988-ci ilin noyabr ayının 28-dən dekabr ayının 8-dək Ermənistan SSR-də kütləvi surətdə azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinə quldurcasına basqın edən erməni vəhşiləri 217 nəfəri müxtəlif işgəncə ilə qətlə yetirmişlər. Onlardan 49 nəfəri divan tutulmaqdan qorxub qaçarkən dağlarda borana-çovğuna düşüb donmuş, 41 nəfəri qəddarlıqla döyülüb öldürülmüş, 115 nəfəri diri-diri yandırılmış, 16 nəfəri güllələnmiş, 10 nəfər təhqirlərə dözməyib ürək tutmalarından ölmüş, 2 nəfər erməni həkimləri tərəfindən xəstəxanada öldürülmüş, 3 nəfər suda boğulmuş, 1 nəfər asılmış, 1 nəfər əzablardan qurtarmaq üçün özünü öldürmüş, 1 nəfər elektriklə öldürülmüş, 3 nəfər xəstəxanada olarkən tibbi xidmət göstərilməməsi nəticəsində ölmüş, 8 nəfər oğurlanmışdır. Öldürülmüşlərdən 57 nəfəri qadın, 5 nəfəri körpə uşaq, 18 nəfəri yeniyetmələrdən ibarət olmuşdur.

Qırğın Ermənistanın 19 rayonu və 11 şəhərində törədilmişdir. 400-dən çox yük maşını qarət edilmiş, 25 min ailənin əmlakı talan olunmuş, 40897 azərbaycanlı ailəsi məcburi qaydada deportasiya edilmiş, mənzil və əmlaklarından məhrum olmuşlar. 1990-cı ilin əvvəlinədək Ermənistandan Azərbaycana 204,6 min nəfər gəlmişdir. Onların 186 min nəfərini azərbaycanlılar, 11 min nəfərini kürdlər, 3 min nəfərini ruslar, 4,5 min nəfərini isə başqa millətlərdən olan insanlar təşkil etmişlər. Ermənistandan qaçqın düşmüş rusların əsas hissəsinin, həmçinin kürdlərin və azərbaycanlıların bir qisminin sonradan Rusiya və digər MDB ölkələrinə getməsi nəticəsində 1992-ci ildə Azərbaycan Respublikasında Ermənistandan zorla qovulmuş 196846 nəfər qaçqın qeydə alınmışdır. Bununla yanaşı, əvvəllər Gürcüstandan deportasiya olunaraq Orta Asiya respublikalarında yerləşdirilmiş Məshəti türkləri 1989-cu ildə Özbəkistanda baş vermiş milli münaqişə nəticəsində keçmiş SSRİ-nin başqa regionlarına, xüsusilə Azərbaycana və Rusiyaya köçməyə məcbur olmuşlar. 1989-1991-ci illər ərzində 51649 nəfər Məshəti türkü Azərbaycana pənah gətirmişdir.

1988-1993-cü illərdə Ermənistan SSR-nin təcavüzü nəticəsində Azərbaycan SSR-nin Dağlıq Qarabağonun ətrafındakı 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilmiş, təqribən 1 milyon nəfərdən çox insan öz vətənində qaçqın və köçkün vəziyyətinə düşmüş, 20 min Azərbaycan vətəndaşı həlak olmuş, 100 mindən çox adam yaralanmış, 50 min nəfər müxtəlif xəsarət almış, minlərlə adam əsir və girov götürülmüş, itkin düşmüşdür, 900-dən çox yaşayış məntəqəsi, 1025 təhsil, 798 səhiyyə ocağı, 1510 mədəniyyət müəssisəsi, 300 min yeri məhv edilmişdir.

Bəşər tarixində ən böyük müsibətlərdən sayılan Xocalı faciəsi nəticəsində - 1992-ci il fevralın 26-da Dağlıq Qarabağın Xocalı şəhəri bütövlükdə erməni qoşunları tərəfindən yerlə-yeksan edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 478 nəfər şikəst edilmiş, 1275 sakin - qocalar, uşaqlar, qadınlar isə əsir aparılaraq dəhşətli təhqirlərə və həqarətə məruz qalmışlar. Lakin dəfələrlə ermənilər və onların havadarları tərəfindən törədilmiş soyqırımına məruz qalmalarına baxmayaraq azərbaycanlıların sayı daim artıb çoxalmışdır. İndi Yer kürəsində təqribən 50 milyon nəfərdən çox azərbaycanlı yaşayır və 2014-cü ilin əvvəlinə olan məlumatlara görə, ölkəmizin əhalisinin sayı 9,5 milyon nəfərə çatmışdır. Əgər XX əsrdə erməni vəhşiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımıları olmasaydı, əhalimizin sayı indikindən çox olardı. Ancaq indiki halda da respublikamızın əhalisinin sayı Ermənistan əhalisinin sayından təqribən 3,2 dəfə çoxdurbu fərq getdikcə bizim xeyirimizə artmaqdadır. Nəzərə alsaq ki Ermənistanın Milli Statistika Xidmətinin son məlumatlarına görə 2001-ci ilin əvvəlindən 2014-cü ilin əvvəlinədək olan 14 il ərzində Ermənistan Respublikasında yaşayan daimi əhalinin sayı 200 min nəfər və ya hər il orta hesabla 14,3 min nəfər azalaraq 3,2 milyon nəfərdən 3 milyona düşmüşdüsə, Azərbaycan Respublikasının əhalisinin sayı bu dövrdə 1,4 milyon nəfər və ya hər il orta hesabla 100 min nəfər artaraq 8,1 milyondan 9,5 milyon nəfərə çatmışdır.

Dünya ölkələri üzrə aparılmış proqnoz məlumatlarına görə, 2014-cü illə müqayisədə Yer kürəsi əhalisinin sayı müvafiq surətdə 1,2 və 1,3 milyon nəfər və ya 16,7 və 34,7 faiz artaraq 2014-cü ilin əvvəlindəki 7,2 milyard nəfərdən, 2030-cu ildə 8,4 milyard nəfərə, 2050-ci ildə 9,7 milyard nəfərə, Azərbaycan Respublikası əhalisinin sayı müvafiq surətdə 1,6 və 2,6 milyon nəfər və ya 15,8 və 27,4 faiz çoxalaraq 2014-cü ildəki 9,5 milyon nəfərdən , 2030-cu ildə 11,1 milyon nəfərə, 2050-ci ildə 12,1 milyon nəfərə çatacağı halda, Ermənistan Respublikasında sayı birinci dövrdə dəyişməz qalaraq 2030-cu ildə 3 milyon nəfər, 2-ci dövrdə 2014-cü ilə nisbətən 200 min nəfər və ya 6,7 faiz azalaraq 2014-cü ildəki 3 milyon nəfərdən 2,8 milyon nəfərə düşəcəkdir. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycan Respublikası əhalisinin sayı 2030-cu ildə Ermənistan Respublikası əhalisinin sayından 3,7 dəfə, 2050-ci ildə isə 4,3 dəfə çox olacaqdır. Bu məsələdən bəhs edərkən Prezident İlham Əliyev demişdir: “...Bir neçə ildən sonra ümumiyyətlə, demoqrafıq vəziyyət həlledici məqama çevriləcəkdir. Təsadüfi deyildir ki, son çıxışlarımda mən bu məsələyə xüsusi ilə diqqət yetirirəm. Azərbaycanda demoqrafik vəziyyət yaxşıdır, müsbətdir, təbii artım vardır. Ancaq hesab edirəm ki, bu artım daha da güclü olmalıdır. Bu artımı stimullaşdırmaq və əhalinin artımını təmin etmək üçün yəqin ki, əlavə tədbirlər görülməlidir... Bizim iqtisadiyyatımız, sənaye gücümüzsiyasi iradəmiz diktə edir ki, Azərbaycan əhalisi daha çox artmalıdır. Bu, nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli üçün lazımdır, bu məsələni biz həll edəcəyik və Azərbaycan bayrağını Xankəndidə qaldıracağıq - bu ümumiyyətlə, gələcək üçün lazımdır... Güclü olmaq üçün güclü iqtisadiyyat, hərbi sənaye potensialı və böyük əhali lazımdır. Buna görə biz bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq. Bu günə qədər bu proseslər təbii xarakter alırdı. Sadəcə olaraq ölkə iqtisadiyyatı artdıqca təbii artım da, necə deyərlər, daha da sürətli idi. Biz statistikadan bunu görürük. Son illər ərzində doğulan uşaqların sayı çoxdur, nəinki 10-15 il bundan əvvəl. Yəni, bu iqtisadisosial amillərlə birbaşa bağlı olan məsələdir. Ancaq yenə deyirəm, biz bu məsələyə yeni prizmadan yanaşmalıyıq. Azərbaycan əhalisi daha da sürətlə artmalıdır”.

Təqdirəlayiq haldır ki, ölkə rəhbəri tərəfindən irəli sürülmüş bu çox mühüm sosial-iqtisadi, demoqrafiksiyasi xarakter daşıyan vəzifənin uğurla həyata keçirilməsi üçün respublikamızda indi hər bir şərait var.

 

Şahbaz MURADOV,

AMEA-nın müxbir üzvü, iqtisad

elmləri doktoru, professor

Azərbaycan.-2015.- 7 aprel.- S.10.