Azərbaycan Prezidenti İlham Əliyev Avropa
İttifaqı komissarının
başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də
Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və
Genişlənmə Danışıqları üzrə
komissarı Yohannes Hanın başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
Görüşdə
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq
əlaqələrinin bütün istiqamətlərdə, o
cümlədən iqtisadi, enerji, mədəni, turizm və digər
sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti
vurğulandı, insan haqları məsələləri ətrafında
fikir mübadiləsi aparıldı, Azərbaycanda bu istiqamətdə
uğurlu işlərin həyata keçirildiyi bildirilərək
ölkəmizdə sərbəst toplaşma
azadlığı, media, fikir, internet və digər
azadlıqların təmin olunduğu qeyd edildi. Söhbət
zamanı bu sahədə əməkdaşlığın
genişləndirilməsi üçün
də yaxşı imkanların olduğu
vurğulandı.
Azərbaycan.-2015.- 9 aprel.- S.1.