Misir Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həllini dəstəkləyir
Misirin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı mövqeyi
aydındır və bu mövqeyə sadiq qalır. Rəsmi
Qahirə BMT Təhlükəsizlik Şurasının
münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri
dəstəkləyir və problemin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllini
istəyir.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Misirin Azərbaycandakı səfirliyinin
müvəqqəti işlər vəkili Heysəm Cəlal
aprelin 8-də keçirdiyi mətbuat konfransında söyləyib.
Diplomat
Misirin ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə
bağlı səylərini dəstəklədiyini diqqətə
çatdırıb.
Azərbaycan.-2015.- 9 aprel.- S.2.