Azərbaycana qarşı təzyiq kampaniyası nəticəsiz qalacaq

 

I Avropa Oyunları isə ən yüksək səviyyədə keçiriləcək

 

Təxminən iki aydan sonra Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunları start götürəcək. Qitə miqyasında ilk dəfə keçiriləcək ən böyük idman tədbirinə hazırlıq işləri son mərhələdədir. “Bakı-2015”in Təşkilat Komitəsi Avropa Olimpiya Komitələrinin (AOK) dəstəyi ilə qısa müddətdə - cəmi 2,5 il ərzində nəzərdə tutulan bütün tədbirləri yüksək səviyyədə icra edib başa çatdırmaq üzrədir. Həm idmançılar, həm tamaşaçılar, həm də idman tədbirini işıqlandıracaq media nümayəndələri ilk Avropa Oyunları kimi tarixi hadisəyə hazırlaşırlar. İyunun 12-dən 28-dək qitənin 49 ölkəsinin 6 min nəfərdən çox atleti möhtəşəm idman festivalında mübarizə aparacaq. “Bakı-2015” çərçivəsində yarışlar 55 ölkədə yayımlanacaq. Oyunların keçiriləcəyi müddət ərzində Avropadünya idmansevərlərinin diqqəti Bakıya yönələcək. Azərbaycan ilk qitə Oyunlarını təşkil edən ölkə kimi tarixə düşəcək.

Təəssüf ki, bu idman bayramını səbirsizliklə gözləyənlərlə yanaşı, ondan sui-istifadə edən qüvvələr də var. Zaman-zaman Azərbaycanın Avropa idmanı üçün gördüyü tarixi işə kölgə salmaq istəyənlər tapılır. Ötən ayın axırlarında Böyük Britaniyanın www.insidethegames.biz internet saytı “şok” xəbər yaymışdı: guya “Bakı-2015” saxtadır, “əsl Avropa Oyunları” Azərbaycan paytaxtında yox, 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək, guya I Avropa Oyunları “2-ci dərəcəli” tədbirdir, Oyunlarda çox da tanınmayan atletlər iştirak edəcəklər və s. Yerlimedia” orqanları daşok” xəbəri tirajlayaraq ictimaiyyətə “sensasiyakimi sırımağa cəhd etdi. Amma əbəs yerə. AOK-un rəhbərliyi “şok” xəbər yayanları və onların dəmtutanlarını dərhal yerində oturtdu. AOK-un prezidenti Patrik Hikkinin reaksiyası birmənalı oldusensasiya həvəskarlarını məyus etdi: “Avropa Olimpiya Komitələrinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək və Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm. Lakin başqa ildə keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli təşəbbüsdür”.

Görünür, bədxahlar qarayaxma kampaniyasını dayandırmaq fikrində deyillər. İndi də “İdmanİnsan Hüquqları Alyansı” adlanan yeni qurum peyda olub meydana çıxmışdır. Tərkibinə “Amnesty İnternational”, “Human Rights Watch” hüquq-müdafiə təşkilatları, FIFPro - “Dünya Oyunçular Birliyi” (World Players' Union), “Avropa Futbol Tərəfdarları” (Football Supporters Europe), “Supporters Direct Europe”, “Terre des Hommes” və “Transparency İnternational” təşkilatının Almaniya bölməsinin daxil olduğu qurumun qarşısına qoyduğu vəzifə böyük idman tədbirləri keçirən ölkələrdə insan haqları, ətraf mühitantikorrupsiya qaydalarına əməl olunmasını təmin etməkdir.

Yeni qurumun missiyasını ilk baxışdan yalnız alqışlamaq olar. Doğrudan da, sözügedən məsələlər dünyanın, demək olar ki, bütün ölkələrində həmişə aktual olmuşdur. Bəs alyans indiyədək harada idi və niyə məhz I Avropa Oyunları ərəfəsində zühur edib? “İdmanİnsan Hüquqları Alyansı”nın ilk addımı hər şeydən xəbər verir. Qurum peyda olan kimi Azərbaycanı - ilk Avropa Oyunlarının təşkilatçısını hədəfə aldı. Alyans ilk bəyanatında AOK-u və qitənin əsas milli olimpiya komitələrini rəsmi Bakıya təzyiq göstərməyə çağıraraq bəyan edir ki, insan hüquqlarının pozulması Oyunları ləkələyə bilər. Azərbaycan iqtidarına qarşı konkret tələblər də irəli sürülür: qurumbütün haqsız həbs olunmuş jurnalistləri və insan haqları fəallarını” dərhal və qeyd-şərtsiz azadlığa buraxmağı, “insan haqları fəalları, jurnalistlər, müxalifət fəalları və ifadə, birləşmə və toplaşma azadlığından yararlanan digərlərinin qorxudulması və qanunsuz saxlanmasına” son qoymağı, “insan haqları və demokratik qrupların bilərəkdən qeydiyyata alınmamasından” əl çəkməyi, “müstəqil qrupların qanuni işinə əngəl törətməməyi” tələb edir. Alyans iddia edir ki, “Azərbaycan hökuməti Avropa Oyunlarına milyardlarla dollarböyük enerji sərf edir, digər tərəfdən, hökuməti tənqid edənləri amansız təqibə məruz qoyur”.

Azərbaycana qarşı irəli sürülən bu cür standart iddialar yeni deyil. Bir qayda olaraq, ölkəmizdə təşkil olunan müxtəlif səpkili iri tədbirlər ərəfəsində belə “təşəbbüs”lər ortaya çıxır. Üç il əvvəl - 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də “hüquq müdafiəçiləri” fəal idilər. O vaxt bədnam media qurumları, cürbəcür “ekspert”lər, “politoloqlar canfəşanlıq edir, Azərbaycanı qaralamaq, onu geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməyə cəhd göstərirdilər. Amma onların niyyətləri puç oldu, Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” isə möhtəşəm musiqi festivalı kimi yadda qaldı.

İndioxşar mənzərənin şahidi oluruq. I Avropa Oyunları ərəfəsində antiazərbaycançı qüvvələr yenə “ başındadır”. İstəkləri də, niyyətləri də eynidir. Axı rəsmi səviyyədə dəfələrlə bəyan edilib ki, adları çəkilən və çəkilməyən “siyasi məhbuslar”, hüquq-müdafiə təşkilatlarının təmsilçiləri, mətbuat orqanlarının nümayəndələri konkret cinayət işlərinə görə istintaqa, mühakiməyə cəlb edilirlər, onların günahkar olub-olmadığına yalnız məhkəmə hökm verə bilər. Məhkəmə buya digər hüquq-müdafiə təşkilatının istəyi, yaxud tələbi ilə qətnamə qəbul edə bilməz. Eyni zamanda ölkədə azad mətbuat təmin edilmişdir. İnternetə heç bir məhdudiyyət qoyulmur. Sərbəst toplaşma azadlığı da təmin olunmuşdur. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tamamilə təmin edilmişdir.

Beynəlxalq hüquq-müdafiə təşkilatlarının görməli olduğu həqiqətən çoxdur. Demokratiyanın beşiyi sayılan ABŞ-da polis dərisinin rəngi fərqli olan vətəndaşları öldürməyə az qala adət etmişdir. Bu ölkədə qaradərili günahsız vətəndaş 20 il həbsxanada yatandan sonra bəraət alır. Hüquq müdafiəçiləri isə canfəşanlıq etmirlər. Avropanın ayrı-ayrı ölkələrində polis dinc nümayişçilərə divan tutur, hakimiyyət orqanları dini, milli ayrı-seçkiliyə rəvac verir. Hüquq müdafiəçiləri yenə də susurlar. Üstəlik, bu cür qanunsuz əməllərə görə heç kim məsuliyyət daşımır. Başqa sözlə, insan hüquq və azadlıqlarına münasibətdə ikili standartlar ortadadır.

Bütün bunlar onu göstərir ki, “Eurovision” mahnı müsabiqəsi, yaxud Avropa Oyunları sadəcə olaraq bəhanədir. Məqsəd hər cür mümkün vasitə ilə Azərbaycana təzyiq göstərməkdir. Ancaq bu cür təzyiq cəhdləri faydasızdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq”.

İlk Avropa Oyunlarına gəlincə, Azərbaycan təşkilatçı ölkə kimi bu idman tədbirini ən yüksək səviyyədə - Olimpiya Oyunları səviyyəsində keçirəcək. Təşkilati işlərin gedişi göstərir ki, buna heç bir şübhə ola bilməz. İnsan hüquqlarının müdafiəsi ilə pərdələnərək Azərbaycana təzyiq göstərməyə çalışan qüvvələr isə Bakıda keçiriləcək növbəti beynəlxalq əhəmiyyətli tədbirə hazırlaşsınlar.

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2015.- 9 aprel.-  S.3.