Əli Həsənov: XVIII Avrasiya
İqtisadi Zirvəsində
Ermənistana təzyiq göstərilməsi
üçün çağırışlar ediləcək
XVIII Avrasiya İqtisadi
Zirvəsində Ermənistana
təzyiq göstərilməsi
üçün çağırışlar
ediləcək.
Bu sözləri aprelin 8-də
İstanbulda Mərmərə
Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin
təşkilatçılığı ilə XVIII Avrasiya İqtisadi Zirvəsində
iştirak edən Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənov jurnalistlərə
müsahibəsində deyib.
Professor Əli Həsənov bildirib:
- Azərbaycan belə tədbirlərdə bölgənin Rusiya, Türkiyə, İran kimi böyük dövlətləri, o cümlədən regionda geosiyasi, geoiqtisadi, hərbi geostrateji maraqları olan Avropa İttifaqı ölkələri, ABŞ, Çin kimi dövlətlər ilə yanaşı bərabərhüquqlu aktor kimi iştirak edir. Ona görə də bölgənin 40-dan artıq ölkəsini təmsil edən nümayəndələrin qatıldığı Avrasiya İqtisadi Zirvəsində Azərbaycan özünün iştirakını əhəmiyyətli və aktual sayır. Azərbaycan bu Zirvədə böyük nümayəndə heyəti ilə iştirak edir. Biz burada, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışacağıq. Neçə illərdir ki, bölgədə sülhü təhdid edən Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Tədbirdə təmsil olunan dövlət və qeyri-dövlət qurumlarına Ermənistana təzyiq göstərmələri üçün çağırışlar edəcəyik. Bir daha diqqətə çatdıracağıq ki, Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasət münaqişənin uzanmasına səbəb olur. Ermənistan BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini yerinə yetirmir. Biz bunu nümayəndə heyətlərinə bir daha xatırladacağıq.
Azərbaycan
bu Zirvədə həm enerji, həm nəqliyyat-kommunikasiya, həm
də bölgədə ictimai-siyası və təhlükəsizlik
məsələləri ilə bağlı keçiriləcək
bütün panellərdə fəal iştirak edəcək.
Azərbaycan.-2015.- 9 aprel.- S.4.