Mədəniyyət və turizm
naziri media nümayəndələri
ilə görüşüb
Aprelin
8-də Azərbaycan Xalça Muzeyində Mətbuat
Şurasının (MŞ) təşəbbüsü ilə
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin respublikamızda fəaliyyət göstərən
informasiya agentlikləri və nüfuzlu jurnalist təşkilatlarının
rəhbərləri, qəzet redaktorları ilə görüşü
keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə nazirlikdə aparılan
islahatlar, mətbuat orqanları ilə əməkdaşlığın
genişləndirilməsi yolları, Üçüncü Mədəniyyətlərarası
Dialoq Forumuna hazırlıq, forumun mediada
işıqlandırılması ilə bağlı prioritet
tövsiyələr, birinci Avropa Oyunları ilə əlaqədar
nazirliyin vəzifələri, turizm müəssisələrində
hazırlığın səviyyəsi kimi mühüm məsələlər
müzakirə olunub.
Görüşdə
nazir Ə.Qarayev son illər rəhbərlik etdiyi qurum tərəfindən
həyata keçirilən işlərdən, mədəniyyətimizin
inkişafı, təbliği istiqamətində
reallaşdırılan layihələrdən
danışıb.
Bildirilib
ki, son aylarda nazirliyin daxilində aparılan struktur dəyişikliklər
işin daha səmərəli qurulmasına, yeni dövrün
tələblərinə cavab verən layihələrin
reallaşmasına xidmət edir.
MŞ-nin
sədri Əflatun Amaşov belə görüşlərin
keçirilməsinin böyük əhəmiyyət
daşıdığını söyləyib. Onun sözlərinə
görə, bu görüşlər media təmsilçilərinə
rəhbər qurumların nümayəndələri ilə hər
hansı problemin, mövzunun müzakirəsinə və həllinə
müsbət təkan verir. İlin sonunadək bir sıra
dövlət qurumlarının rəhbərləri ilə
görüşlərin keçirilməsi nəzərdə
tutulur.
Müasir
Azərbaycan mətbuatının inkişafından söz
açan Ə.Amaşov bu sahədəki problemlərə də
toxunub.
Sonra
Ə.Qarayev görüşdə nəzərdə tutulan
mövzularla bağlı geniş məlumat verib,
hazırlıq işlərindən, medianın bu prosesdəki
rolundan və digər məsələlərdən
danışıb.
Tədbir müzakirələrlə davam etdirilib.
Azərbaycan.-2015.- 9 aprel.- S.8.