Prezident İlham
Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı
səfirini diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Birləşmiş
Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri Salem Xalifa Mohamed
Əl-Ğaflini diplomatik fəaliyyətinin başa
çatması ilə əlaqədar qəbul edib.
Dövlətimizin
başçısı İslam aləminin müqəddəs
ocaqlarının ziyarətindən məmnunluğunu bildirdi.
Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin
genişləndirilməsində ölkəmizin maraqlı
olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli
münasibətlərimizin möhkəmləndirilməsində
müxtəlif səviyyəli qarşılıqlı səfərlərin
önəmini qeyd etdi.
Səfir
Salem Xalifa Mohamed Əl-Ğafli ölkəmizdəki diplomatik fəaliyyəti
dövründə səfirliyin işinə yaradılan
yüksək şəraitə görə Azərbaycan
hökumətinə və şəxsən Prezident İlham
Əliyevə minnətdarlığını ifadə etdi və
ikitərəfli əlaqələrimizin bundan sonra da inkişaf
etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan.-2015.- 10 aprel.- S.1.