“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının

Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 70,  ¹ 11, maddə 1046; 2009, ¹ 6, maddə 397, ¹ 12, maddələr 948, 949; 2010, ¹ 7, maddə 600; 2011, ¹ 4, maddə 259; 2013,

¹ 4, maddə 356; Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1144-IVQD nömrəli qanunu) aşağıdakı məzmunda 8.3-8.5-ci maddələr əlavə edilsin:

“8.3. Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

8.4. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

8.5. Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir.”.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 6 mart 2015-ci il

Azərbaycan.-2015.- 10 aprel.- S.1.