Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarında
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 78 Bakı
şəhəri, 16 mart 2015-ci il
“Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 945 nömrəli sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 14 iyun tarixli 146 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 574; 2007, ¹ 11, maddə 1180; 2008, ¹ 7, maddə 691; 2011, ¹ 12, maddə 1254; 2014, ¹ 10, maddə 1327) 2-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsində “Azərbaycan Turizm İnstitutunun” sözləri “Azərbaycan Turizm və Menecment Universitetinin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 12, maddə 1117; 2011, ¹ 9, maddə 853; 2013, ¹ 7, maddə 883, ¹ 10, maddə 1232; 2014, ¹ 1, maddə 57, ¹ 6, maddə 752) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə” bölməsində “İnstitutu” sözü “və Menecment Universiteti” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 749) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 1.1-ci bəndində “İnstitutu” sözü “və Menecment Universiteti” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 10 aprel.- S.3.