Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 137 nömrəli
qərarı ilə təsdiq edilmiş “İnzibati aktın icrasının cərimə
vasitəsi ilə təmin edilməsi Qaydası”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 80 Bakı
şəhəri, 16 mart 2015-ci il
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1085-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 910 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 137 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 862; 2010, ¹ 11, maddə 1040) ilə təsdiq edilmiş “İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 8-ci hissənin birinci cümləsində “şərti maliyyə vahidinin üç mislindən” sözləri “dörd manatdan” sözləri ilə, ikinci cümləsində “şərti maliyyə vahidinin qırx mislindən, hüquqi şəxslər isə şərti maliyyə vahidinin üç yüz mislindən” sözləri “qırx dörd manatdan, hüquqi şəxslər isə üç yüz otuz manatdan” sözləri ilə əvəz edilsin.
2. 13-cü hissənin ikinci cümləsində “İnzibati” sözü “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 10 aprel.- S.3.