“Şəxsin Azərbaycan
Respublikasının vətəndaşlığına
mənsubiyyətinin
müəyyənləşdirilməsi Qaydası”nın
təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 84 Bakı
şəhəri, 18 mart 2015-ci il
“Azərbaycan
Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
27 iyun tarixli 189 nömrəli Fərmanının 1.1.4-cü
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi
Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2015.-
10 aprel.- S.3.
Azərbaycan Respublikası
Nazirlər
Kabinetinin 2015-ci il 18 mart
tarixli
84 nömrəli qərarı ilə
təsdiq
edilmişdir
Şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi
Q A Y D A S
I
1.
Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin
dördüncü hissəsinə uyğun olaraq
hazırlanmışdır və şəxsin Azərbaycan
Respublikasının vətəndaşlığına mənsubiyyətinin
müəyyənləşdirilməsi qaydasını müəyyən
edir.
1.2. Şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyəti “Vətəndaşsızlığın
ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli
Konvensiyanın müddəaları nəzərə
alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
müəyyənləşdirilir.
1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra
- Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata
keçirilir.
2. Vətəndaşlıq
mənsubiyyətinin müəyyənləşdirildiyi hallar
2.1. Şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi ilə
əlaqədar icraat həmin şəxsin Azərbaycan
Respublikasının vətəndaşlığını təsdiq
edən sənədlərə malik olmadığı və
ya belə sənədləri qanunsuz əldə etmələrinə
əsaslı şübhələr olduğu təqdirdə
aparılır.
2.2. Şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi
üçün əsaslar aşağıdakılardır:
2.2.1.“Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə
mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan
Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında
olubsa;
2.2.2. Azərbaycan
Respublikasının ərazisində doğulduqda (valideynlərindən
hər ikisi Azərbaycan Respublikasının vətəndaşı
olduğu hallar istisna olmaqla);
2.2.3. valideynlərindən hər ikisi Azərbaycan
Respublikasının vətəndaşıdırsa (doğumu
Azərbaycan Respublikasının dövlət qeydiyyatına
alınmış şəxs istisna olmaqla);
2.2.4. valideynlərindən biri Azərbaycan
Respublikasının vətəndaşıdırsa;
2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını
dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını
əldə etmişdirsə və ya onların Azərbaycan
Respublikasının vətəndaşlığına xitam
verilmişdirsə;
2.2.6. əcnəbi və ya vətəndaşlığı
olmayan uşağı övladlığa götürən ər-arvaddan
biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa;
2.2.7.
1988-ci il yanvarın 1-dən 1992-ci il
yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində
məskunlaşmış qaçqındırsa;
2.2.8. Azərbaycan Respublikasının ərazisində olan,
hər iki valideyni naməlum uşaqdırsa.
3. Vətəndaşlıq
mənsubiyyətinin müəyyənləşdirilməsi ilə
bağlı
sorğuların qəbulu və baxılması
3.1. Şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi ilə
əlaqədar icraata şəxsin özünün və ya mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan
Respublikasının diplomatik nümayəndəlik və
konsulluqlarının, prokurorluq və məhkəmə
orqanlarının (bundan sonra – dövlət orqanları)
sorğusu (bundan sonra – sorğu) əsasında
başlanılır.
3.2.
Dövlət orqanları tərəfindən sorğu verilərkən,
müvafiq sorğu vərəqinə (1 nömrəli əlavə)
bu Qaydanın 3.4.1-ci və 3.4.3–3.4.10-cu yarımbəndlərində
nəzərdə tutulan sənədlər əlavə edilir və
müşayiət məktubu ilə Dövlət Miqrasiya Xidmətinə
göndərilir. Bu Qaydanın 3.4.3–3.4.6-cı
yarımbəndlərində nəzərdə tutulan sənədlər
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik
və konsulluqları tərəfindən əldə edilməsi
mümkün olduğu təqdirdə təqdim edilir.
3.3. Dövlət Miqrasiya Xidmətinə şəxs
özü sorğu verdikdə, müvafiq ərizə-anketə (2
nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində
nəzərdə tutulan sənədləri əlavə edir.
3.4. Şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi
üçün aşağıdakı sənədlər tələb
olunur:
3.4.1. 2 ədəd
3x4 sm ölçüdə fotoşəkil;
3.4.2. tərcümeyi-hal;
3.4.3. bu
Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə
tutulan şəxslərə münasibətdə “Azərbaycan
Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə
mindiyi günədək Azərbaycan Respublikasında
yaşayış yeri üzrə qeydiyyatları barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
tərəfindən verilən sənəd (şəxsin
yaşayış yeri üzrə qeydiyyata
alındığı və qeydiyyatdan
çıxarıldığı tarixlər göstərilməklə);
3.4.4. pasportun və ya şəxsiyyətini təsdiq
edən digər sənədin surəti (bu sənəd
olmadığı təqdirdə, həmin məlumatları
özündə əks etdirən müvafiq sənəd);
3.4.5. doğum haqqında şəhadətnamənin
surəti (bu sənəd olmadığı təqdirdə, həmin
məlumatları özündə əks etdirən müvafiq
sənəd);
3.4.6. yetkinlik yaşına çatmamış
uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq
edən sənədlərin surəti;
3.4.7. şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci
il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində
məskunlaşmış qaçqın olduğu halda, bu barədə
müvafiq təsdiqedici sənədin surəti (bu sənəd
olmadığı təqdirdə, həmin məlumatları
özündə əks etdirən müvafiq sənəd);
3.4.8. övladlığa götürülmə
halında əcnəbi uşağın və ya vətəndaşlığı
olmayan uşağın övladlığa götürülməsi
barədə sənədin surəti (bu sənəd
olmadığı təqdirdə, həmin məlumatları
özündə əks etdirən müvafiq sənəd);
3.4.9. bu Qaydanın 4.2-ci bəndində nəzərdə
tutulan hallarda müvafiq razılıq ərizələri;
3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə
tutulan şəxs başqa dövlətin ərazisində
doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının
dövlət qeydiyyatına alınmış şəxs
istisna olmaqla) və ya valideynlərindən biri başqa
dövlətin vətəndaşıdırsa, yaxud həmin
şəxs başqa dövlətlərdə yaşayıbsa,
həmin xarici dövlətlərin vətəndaşı
olmaması barədə sənədin surəti.
3.5. Bu
Qaydanın 3.4.4–3.4.10-cu yarımbəndlərində nəzərdə
tutulan sənədlərin surətlərinin həmin sənədlərin
əsli və ya onların notariat qaydasında, yaxud ona bərabər
tutulan qaydada təsdiq olunmuş surətləri ilə
tutuşdurulması və məsul icraçının
iştirakı ilə razılıq ərizələrinin
yazılması Dövlət Miqrasiya Xidmətinə şəxs
özü sorğu verdikdə Dövlət Miqrasiya Xidmətində,
dövlət orqanları sorğu verdikdə isə sorğu
verən dövlət orqanlarında həyata keçirilir.
3.6.
Sorğu şəxsin qanuni nümayəndəsi tərəfindən
verildikdə, bu hüququ təsdiq edən müvafiq sənəd
sorğuya əlavə edilməlidir.
3.7. “Azərbaycan
Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə
mindiyi günədək Azərbaycan Respublikasında cəzaçəkmə
müəssisəsində cəza çəkən şəxslərin
cəzaçəkmə müddəti Azərbaycan
Respublikasında yaşayış yeri üzrə qeydiyyatda
olma müddəti kimi qəbul edilir. Bu halda Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən
cəzaçəkmə müddəti göstərilməklə
verilmiş sənəd sorğuya əlavə edilməlidir.
3.8. “Azərbaycan
Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə
mindiyi günədək Azərbaycan Respublikasında hərbi
xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət
dövrü Azərbaycan Respublikasında yaşayış
yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir.
Bu halda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və bölmələri
tərəfindən hərbi xidmət dövrü göstərilməklə
verilmiş sənəd sorğuya əlavə edilməlidir.
3.9.
Yaşayış yeri üzrə qeydiyyatı olmayan yetkinlik
yaşına çatmayanların və ya qəyyumluq
altında olan şəxslərin yaşayış yeri üzrə
qeydiyyatı kimi onların qanuni nümayəndələrinin -
müvafiq olaraq valideynlərinin, övladlığa
götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin
yaşayış yeri üzrə qeydiyyatı qəbul edilir.
3.10.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların yaşayış yeri üzrə
qeydiyyatı kimi onların yaşadıqları müəssisələr,
yataqxanalar (valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün), qəyyumun
(himayəçinin) və ya övladlığa götürən
şəxsin yaşayış yeri qəbul edilir.
3.11. Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə
müəyyən edilmiş tələblərə
uyğunluğunu yoxlayır və həmin tələblərə
uyğun təqdim olunmuş sorğuya qeydiyyata
alındığı vaxtdan 20 günədək müddətdə
baxmaqla, müvafiq qərar qəbul edir.
3.12.
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi ilə
əlaqədar sorğu bu Qaydaya uyğun təqdim edilmədikdə,
habelə toplanılmış sübutlar yetərli
olmadıqda və əlavə sübutların
toplanılmasına ehtiyac olduqda, bu Qaydanın 3.11-ci bəndində
nəzərdə tutulmuş müddət Dövlət
Miqrasiya Xidmətinin əsaslandırılmış qərarı
ilə 20 günədək uzadıla bilər və müddət
uzadıldıqda, bu barədə Dövlət Miqrasiya Xidməti
tərəfindən sorğu verən tərəfə məlumat
verilir.
3.13.
Sorğunun baxıldığı müddətdə şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi
üçün zəruri olan sübutlar aşkar edilmədikdə,
şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyəti tanınmır.
3.14.
Şəxsin vətəndaşlıq mənsubiyyətini təsdiq
edən yeni sübutlar aşkar olunduqda, Dövlət Miqrasiya
Xidmətinə təkrar müraciət edilə bilər.
4. Şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyəti tanınan hallar
4.1.
Aşağıdakı hallardan hər hansı biri müəyyən
edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyəti tanınır:
4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə
tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə
mindiyi günədək Azərbaycan Respublikasında
yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda;
4.1.2.
1988-ci il yanvarın 1-dən 1992-ci il
yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində
məskunlaşmış qaçqın olduqda;
4.1.3. Azərbaycan
Respublikasının ərazisində olan, hər iki valideyni naməlum
olan uşaq olduqda;
4.1.4. Azərbaycan
Respublikasının ərazisində doğulmuş
aşağıdakı şəxslərdən biri olduqda:
4.1.4.1. doğulduğu anda valideynlərindən biri və
ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı
olmuşdursa;
4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı
olmayan şəxs olmuşdursa;
4.1.5. Azərbaycan
Respublikasının hüdudlarından kənarda Azərbaycan
Respublikasının vətəndaşından (vətəndaşlarından)
doğulmuş şəxs;
4.1.6. əcnəbi və ya vətəndaşlığı
olmayan uşağı övladlığa götürən ər-arvadın
hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa,
həmin uşaq;
4.1.7. əcnəbi və ya vətəndaşlığı
olmayan uşağı övladlığa götürən ər-arvaddan
biri Azərbaycan Respublikasının vətəndaşıdırsa,
digəri isə vətəndaşlığı olmayan şəxsdirsə,
həmin uşaq;
4.1.8. valideynlərin
vətəndaşlığı dəyişdikdə və
bunun nəticəsində hər ikisi Azərbaycan
Respublikasının vətəndaşlığını əldə
etdikdə, onların uşağı;
4.1.9. uşağın
valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan
Respublikasının vətəndaşlığını əldə
etdikdə, onun uşağı;
4.1.10. Azərbaycan
Respublikasının ərazisində yaşayan
uşağın valideynlərindən biri Azərbaycan
Respublikasının vətəndaşlığını əldə
etmiş şəxs, digəri isə vətəndaşlığı
olmayan şəxs olduqda;
4.1.11. valideynlərdən birinin Azərbaycan
Respublikasının vətəndaşlığına xitam
verilərsə, digəri isə Azərbaycan
Respublikasının vətəndaşlığında
qalarsa, onların uşağı.
4.2. Bu
Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə
tutulan hallarda 14 yaşından 18 yaşınadək
uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin tanınması üçün
onların razılıqları tələb olunur.
4.3. Bu
Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə
tutulan və Azərbaycan Respublikasının ərazisini tərk
etməyən şəxslərin “Azərbaycan
Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə
mindiyi günədək Azərbaycan Respublikasında
yaşayış yeri üzrə qeydiyyatda olmamaları
onların vətəndaşsızlığına səbəb
olursa, həmin şəxslərin Azərbaycan
Respublikasının vətəndaşlığına mənsubiyyətləri
tanınır.
4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin
birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində
nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyəti tanınmır.
5.
Şikayət verilməsi qaydası
5.1. Şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinə dair qəbul edilmiş müvafiq
inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında
şikayət verilə bilər.
_____________
“Şəxsin Azərbaycan
Respublikasının vətəndaşlığına mənsubiyyətinin
müəyyənləşdirilməsi Qaydası”na
1 nömrəli
əlavə
Şəxsin
Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi
üçün
şəkil üçün yer
S O R
Ğ U V Ə R Ə Q İ
Xahiş edirəm,
aşağıda adı qeyd olunan şəxsin
Azərbaycan
Respublikasının vətəndaşlığına mənsubiyyətini
müəyyənləşdirəsiniz.
1.
Soyadı, adı və atasının adı
2.
Soyadı və ya adı dəyişibsə, dəyişdirilmənin
səbəbləri, habelə istifadə dövrü:
2.1. əvvəlki soyadı və ya adı
2.2. istifadə dövrü
2.3. dəyişdirilmənin səbəbləri
3.
Doğum tarixi (gün, ay, il)
4.
Doğum yeri
5. Milliyyəti
6. Ailə
vəziyyəti (nikahda, dul, subay)
7. Digər
dövlətin vətəndaşlığı
8. Şəxsiyyətini
təsdiq edən sənədin və ya ona bərabər
tutulan digər sənədin:
8.1. növü
8.2. seriyası və nömrəsi
8.3. verilməsi tarixi (gün, ay, il)
8.4. etibarlılıq müddəti (gün, ay, il)
9. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək
Azərbaycan Respublikasının ərazisində məskunlaşmış
qaçqındır
bəli
xeyr
9.1. hansı ölkədən gəlib
9.2. qaçqın statusunu təsdiq edən sənədinin:
9.2.1. seriyası və nömrəsi
9.2.2. verən
dövlət orqanının adı
10.
Hazırkı vaxta qədər şəxsiyyətini təsdiq
edən hansı sənədləri olub və onları verən
orqanlar
11.
Hazırkı vaxta qədər, o cümlədən 1998-ci il oktyabrın 7-nə yaşayış yeri
üzrə qeydiyyatda olduğu ünvanlar
12.Valideynləri barədə məlumat
12.1.
vali-deynlər
12.2.soyadı, adı və ata-sının adı
12.3.
do-ğulduğu gün, ay, il
12.4.
do-ğulduğu yer
12.5.
mil-liyyəti
12.6. vətən-daşlığı
12.7.
yaşa-dığı ünvan
13.
Hazırda yaşadığı və yaşayış yeri
üzrə qeydiyyatda olduğu ünvan
14. Barəsində
sorğu edilən şəxsin telefon nömrəsi (ev, mobil, iş) və elektron poçt
ünvanı
15. Azərbaycan
Respublikasının hüdudlarından kənarda
yaşayırsa, Azərbaycan Respublikasında yaşayan
yaxın qohumlarının ünvanı və telefon nömrəsi
16.
Ərizəyə əlavə edilən sənədləri
sadalayın
17. Xidməti
qeydlər:
17.1. sorğu edən dövlət orqanının
adı
17.2. sorğunu dolduran işçinin:
17.2.1. soyadı, adı
17.2.2. rütbəsi
17.2.3. vəzifəsi
17.2.4. əlaqə nömrəsi
17.2.5. imzası
17.3. sorğunun verildiyi tarix
________________
“Şəxsin Azərbaycan
Respublikasının
vətəndaşlığına mənsubiyyətinin
müəyyənləşdirilməsi
Qaydası”na
2 nömrəli əlavə
Azərbaycan
Respublikasının vətəndaşlığına
mənsubiyyətin müəyyənləşdirilməsi üçün
şəkil üçün yer
şəkil üçün yer
ƏRİZƏ-ANKET
Xahiş edirəm,
mənim Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətimi müəyyənləşdirəsiniz.
1.
Soyadınız, adınız və atanızın adı
2.
Soyadınız və ya adınız dəyişibsə, dəyişdirilmənin
səbəbləri, habelə istifadə dövrü:
2.1. əvvəlki soyadınız və ya
adınız
2.2. istifadə dövrü:
2.3. dəyişdirilmənin səbəbləri
3.
Doğulduğunuz tarix (gün, ay, il)
4.
Doğulduğunuz yer
5. Milliyyətiniz
6. Ailə
vəziyyətiniz (nikahda, dul, subay)
7. Digər
dövlət vətəndaşlığınız
8. Şəxsiyyətinizi
təsdiq edən sənədinizin və ya ona bərabər
tutulan digər sənədin:
8.1. növü
8.2. seriyası və nömrəsi
8.3. verilməsi tarixi (gün, ay, il)
8.4. etibarlılıq müddəti (gün, ay, il)
9. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək
Azərbaycan Respublikasının ərazisində məskunlaşmış
qaçqınsınızmı
bəli xeyr
9.1. haradan gəlmisiz
9.2. bu statusu təsdiq edən sənədin
9.2.1. seriyası və nömrəsi
9.2.2. verən
dövlət orqanının adı
10.
Hazırkı vaxta qədər şəxsiyyətinizi təsdiq
edən sənədləriniz
və onları verən orqanlar
11.
Hazırkı vaxta qədər, o cümlədən 1998-ci il oktyabrın 7-nə yaşayış yeri
üzrə qeydiyyatda olduğunuz ünvanlar
12. Azərbaycan
Respublikasından gedişinizin və Azərbaycan
Respublikasına gəlişinizin tarixi və məqsədi
13.Valideynləriniz barədə məlumat:
13.1.vali-deynlər
13.2.soyadı, adı və ata-sının adı
13.3.do-ğulduğu gün, ay, il
13.4.
do-ğulduğu yer
13.5.
mil-liyyəti
13.6. vətən-daşlığı
13.7.
yaşa-dığı ünvan
14.
Müraciət şəxsin qanuni nümayəndəsi tərəfindən
edilərsə, onun:
14.1.soyadı, adı və ata-sının adı
14.2.doğum tarixi
14.3.doğum yeri
14.4.mil-liyyəti
14.5. vətən-daşlığı
14.6. yaşadığı ünvan
14.7.
şəxsiy-yətini təsdiq edən sənə-dinin
seri-yası və nömrəsi
15.
Hazırda yaşadığınız və
yaşayış yeri üzrə qeydiyyatda olduğunuz
ünvan
16. Telefon
nömrəniz (ev, mobil, iş) və
elektron poçt ünvanınız
17. Azərbaycan
Respublikasının hüdudlarından kənarda
yaşayırsınızsa, Azərbaycan Respublikasında
yaşayan yaxın qohumlarınızın ünvanı və
telefon nömrəsi
18. Ərizəyə əlavə edilən sənədlər
19. Bəyan edirəm ki, mənim tərəfimdən təqdim olunan məlumatlar tam və dəqiqdir.
“____” _________________ 20___ il Müraciət edən şəxsin imzası________
(gün, ay, il)
Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)
Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı
___________________________________________________________________
(sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası)
“____” __________________ 20___ il
Azərbaycan.-2015.- 10 aprel.- S.3.