Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 85                                                  Bakı şəhəri, 19 mart 2015-ci il

 

 

“Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1119-IVQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 29 dekabr tarixli 970 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 264; 2008, ¹ 6, maddələr 582, 584, ¹ 9, maddə 852; 2009, ¹ 5, maddə 388, ¹ 6, maddələr 495, 496, ¹ 7, maddə 609, ¹ 8, maddə 683; 2010, ¹ 6, maddə 566; 2012, ¹3, maddə 266, ¹ 4, maddə 395, ¹ 6, maddə 639; 2013, ¹ 6, maddə 729) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Culfa rayonu” bölməsinin “Yolun adı” sütununun 3-cü hissəsindən “- Nəhəcir - Göynük” sözləri çıxarılsın.

2. “Babək rayonu” bölməsinə aşağıdakı məzmunda 22-ci hissə əlavə edilsin:

 

222

Y-67-12

Nəhəcir - Göynük

3

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 10 aprel.- S.3.