“Dövlət tərəfindən
mühafizə edilməli olan mədəniyyət
və arxeologiya abidələri
siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan
SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli
140 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 86
Bakı şəhəri, 19 mart 2015-ci il
“Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1119-IVQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 29 dekabr tarixli 970 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan SSR-nin dövlət mühafizəsində olan arxeoloji abidələrinin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “Culfa rayonu” bölməsinin 308-ci hissəsi çıxarılsın.
2. “Culfa rayonu” bölməsindən əvvəl aşağıdakı məzmunda “Babək rayonu” bölməsi əlavə edilsin:
“Babək rayonu
307-1
Nəhəcir kəndi
yaşayış yeri
tunc dövrü
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 10 aprel.- S.3.