Azərbaycan-Slovakiya əlaqələrinin
inkişafında parlamentlərarası
əlaqələr
mühüm rol
oynayır
Aprelin
9-da Millli Məclis sədrinin müavini Valeh Ələsgərov
ölkəmizdə səfərdə olan Slovakiya Milli
Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun üzvlərindən ibarət nümayəndə
heyəti ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə Valeh Ələsgərov
iki ölkə arasındakı dostluq münasibətlərinin
olduğunu məmnunluqla qeyd edib. Bildirib ki, son vaxtlar dünyada
gedən proseslər fonunda belə münasibətlərin
inkişaf etdirilməsi çox böyük əhəmiyyətə
malikdir. Milli Məclis sədrinin müavini qonaqlara Azərbaycanın
son 10 ildə keçdiyi sürətli inkişaf yolu
haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Cənubi
Qafqaz bölgəsində ən güclü iqtisadiyyata malik
olan dövlətdir və Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində əhəmiyyətli layihələrin
müəllifidir.
Sədr
müavini ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bu
problemin hələ də ədalətli həllini
tapmadığını deyib. Təəssüf ki, dünya
ictimaiyyəti vaxtında bu problemin həlli istiqamətində
qətiyyətli addımlar atmayıb.
Valeh
Ələsgərov Slovakiya nümayəndə heyətinin bu səfərini
əlaqələrimizin daha da inkişaf etdirilməsi istiqamətində
yeni bir mərhələyə qədəm qoyulması kimi qiymətləndirib.
O, qonaqlara Bakıda keçiriləcək birinci Avropa
Oyunlarına hazırlıqla bağlı görülən
işlər barədə də məlumat verib.
Slovakiya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robert
qanunverici orqanların yüksək səviyyəli əlaqələrinin
iki ölkə arasındakı münasibətlərin
inkişafında oynadığı roldan danışıb.
Vurğulanıb ki, müxtəlif sahələrdə əməkdaşlığın
daha da gücləndirilməsi üçün yaxşı
imkanlar mövcuddur və bundan faydalanmaq lazımdır.
X X X
Sonra
nümayəndə heyəti Milli Məclisin Azərbaycan-Slovakiya
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvləri ilə görüşüb.
İşçi
qrupun rəhbəri Şəmsəddin Hacıyev ölkələrimiz
arasındakı tarixi əlaqələrdən
danışıb. Qeyd edib ki, xüsusilə Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər
yeni müstəvidə inkişaf etməyə başlayıb.
Beynəlxalq təşkilatlar çərçivəsində
uğurlu əməkdaşlıqdan danışan
Ş.Hacıyev iqtisadi əlaqələrin daha da inkişaf
etdirilməsinin vacibliyini vurğulayıb, bunun
üçün kifayət qədər potensialın
olduğunu söyləyib. O, qarşılıqlı səfərlərin
əlaqələrin daha da inkişaf etdirilməsində rolunu
qeyd edib.
Ş.Hacıyev
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli
həllinə nail olunması istiqamətində Azərbaycanın
haqlı mövqeyini dəstəklədiyinə görə
Slovakiya parlamentinə təşəkkür edib.
Madey
Robert Azərbaycanın sürətli inkişafının
yüksək qiymətləndirildiyini söyləyib və
ölkələrimiz arasında iqtisadi, təhsil, turizm və
digər sahələrdə əlaqələrin
inkişafı, həmçinin parlamentlərarası
münasibətlərin dərinləşdirilməsi
üçün yaxşı imkanların olduğunu diqqətə
çatdırıb.
Azərbaycan.-2015.- 10 aprel.- S.4.