Azərbaycan Hava Yolları” Roma Moskvada

 “Boeing-787-8 Dreamliner”inin təqdimatını keçirib

 

 

 Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyəti (QSC) “Boeing-787-8 Dreamlinersərnişin təyyarəsinin növbəti təqdimatını İtaliya Rusiyada keçirib.

 

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Bakı-Roma-Bakı marşrutu üzrə ilk aviareys aprelin 7-də təşkil edilib.Xəyalların təyyarəsiadlandırılan “Boeing-787”-nin ilk sərnişinlərinə yeni təyyarə barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Boeing-787-8 Dreamlinerən müasir tipli hava gəmilərindəndir. Son texniki nailiyyətləri özündə birləşdirən layner daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Ən yeni texnologiyaların tətbiq edilməsi nəticəsində təyyarədə yüksək mənfəətli istismar sərnişinlər üçün rahat şərait var. Boeing həm texniki, həm xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Onun çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi yükqaldırma imkanı digərlərindən çoxdur 20 faiz az yanacaq sərf edir. Geniş gövdəli bu təyyarə 210 sərnişin tutumuna malikdir.

 

Təyyarə havaya qalxanadək bələdçilər təhlükəsizlik normalarını xatırladıb, lazımi təqdirdə avadanlıqlardan necə istifadə olunacağını nümayiş etdirdilər. Qeyd olundu ki, Dreamliner göstəricilərinə görə hazırkı sərnişin təyyarələri arasında liderdir. Laynerin sərnişin salonunda üç növ oturacaq onlara uyğun fərqli xidmət sinifləri mövcuddur. Təyyarənin bütün aeronaviqasiya sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub.

 

Avialaynerin sərnişinləri arasında BMT-nin Kənd Təsərrüfatı Ərzaq Təhlükəsizliyi üzrə Romadakı qərargahının eksperti Elxan Əliyev var idi. Həmsöhbətim işi ilə əlaqədar dünyanı gəzdiyini vurğuladı: “Bakı Roma arasında mütəmadi hava rabitəsi 2012-ci ildən quruldu. O vaxtlar həftədə 3 dəfə uçurlar olurdu, sonradan 2 dəfəyə endirildi. İlk reyslə mən Bakıya səyahət etdim. Bu günAerobus 319”-u “Boeing 787” əvəz edir. Bu, Azərbaycanın iqtisadi inkişafına, ilk reysin isə İtaliyaya olması ölkələr arasında artmaqda olan əlaqələri dinamikasına uyğundur. Mən fəxr edirəm ki, Azərbaycanın “Boeing 787” təyyarəsi ilə Avropaya səyahət edirəm”.

 

Təyyarə Romada yerə endikdən sonra təqdimat mərasiminə gələnlər təyyarəni seyr edib, şəkil çəkdirirdilər. İtaliya Aeroportları Şəbəkəsinin meneceri Paffaele Pasquini Roma Fiumiçino Hava Limanı iləAzərbaycan Hava Yolları”nın əlaqələrindən danışdı, “Boeing-787-8” Dreamlinerin uğurlu uçuşlar həyata keçirməsini arzuladı.Azərbaycan Hava Yolları”nın İtaliyadakı nümayəndəsi İbrahim Seyidov isə aeroportlar arasında mövcud əlaqələrin genişləndiyindən söz açdı, “Boeing-787”in göstəriciləri barədə məlumat verdi.

 

Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqov qeyd etdi ki, Azərbaycan Respublikası üçün nəqliyyat sektoru böyük əhəmiyyət kəsb edir buna sübut olaraq, yeni əldə olunmuş təyyarənin müasirliyi, nəqliyyat sektorunun inkişafının dövlətimiz üçün vacibliyini nümayiş etdirir. Azərbaycan Hava Yolları şirkəti ölkəmizin iqtisadiyyatında vacib yer tutur. Ölkələr arası ticarət əlaqələrinin, həmçinin turizm sektorunun əsasını təşkil edən nəqliyyat sektorunun davamlı inkişafı sadalanmış digər sahələrdə ölkəmizin böyük sərmayələr qoyduğunun göstəricisidir.

 

“Bu gün Azərbaycan İtaliya arasındakı mövcud olan ikitərəfli münasibətlər gündən-günə siyasi, iqtisadi, mədəniyyət digər sahələrdə inkişaf etməkdədir. Elə bu səbəbdənBoeng – 787” təyyarəsinin Roma şəhərində təqdimatının keçirilməsi heç təsadüf deyil. İkitərəfli əlaqələrimizin davamlı inkişafının sübutu olan Azərbaycan İtaliya arasında birbaşa uçuşları vurğulayaraq, həmçinin cari ilin may ayından etibarən, Bakı-Roma-Bakı Bakı-Milan-Bakı reyslərinin həftədə üç dəfə artacağını da qeyd etmək istərdim”, deyə V.Sadıqov vurğuladı.

 

İtalyan adamlarına turistlərə hər ay təxminən 700 viza verildiyini deyən səfir xüsusi qeyd etdi ki, yaxın aylarda ölkəmizi bir neçə mühüm tədbir gözləyir: “Bakıda birinci Avropa Oyunları keçiriləcək. Azərbaycan Milan şəhərində təşkil olunacaq “EKSPO – 2015” sərgisində Biennale di Venezia 56-cı incəsənət sərgisi”ndə iştirak edəcək. Təbii ki, sadaladığım bu tədbirlər ölkələrimiz arasında mövcud olan əlaqələri daha da yüksək səviyyəyə qaldıracaq. Mən ölkələrimiz arasında münasibətlərin tükənməyən inkişafını qürur hissi ilə qeyd edirəm”.

 

 

 

X X X

 

 

 

Azərbaycanın “Boeing-787-8 Dreamliner”ini MoskvanınDomodedovoaeroportunda da gözləyənlərin sayı həddən çox idi. Rusiya Federasiyasının ərazisinə enəndən sonra hələ dayanacağına çatmayan təyyarəmizi kameraların, fotoaparatların yaddaşına köçürən böyük bir dəstənin jurnalistlər olduğunu zənn etdik. Bir qədər irəliləyəndən sonra ikinci, üçüncü dəstələri görüb bunların jurnalistlər olmadığını yəqinləşdirdik. “Boeing-787-8 DreamlinertəyyarəsiDomodedovoaeroportunun işçilərinin sərnişinlərinin böyük marağına səbəb olmuşdu.

 

Moskvadakı təqdimat mərasimində çıxış edən “Boeing” Korporasiyasının satış üzrə vitse-prezidenti Bentrott Martin Azərbaycanın timsalında etibarlı tərəfdaş tapdıqlarını vurğuladı, “Dreamliner”in üstünlüklərindən danışdı: “Azərbaycan Hava Yollarıüçün sifariş edilmiş geniş gövdəli “Boeing-787-8 Dreamlinertəyyarəsi ən müasir texnologiyalarla təchiz olunub. Bu təyyarə həm texniki, həm xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Dreamliner”in çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi yükqaldırma imkanı digərlərindən çoxdur. Təyyarə 210 sərnişin tutumuna malikdir. Dreamliner bu göstəricilərə görə hazırkı sərnişin təyyarələri arasında liderdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən bu layner birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir”.

 

Domodedovoaeroportunun kommersiya içləri üzrə direktor müavini Aleksey Rayevski 2003-cü ildən “Azərbaycan Hava Yolları” ilə tərəfdaşlıq etdiklərini bildirdi: “Azərbaycan Hava Yolları”nın hər gün orta hesabla 527 müştərisi aeroportumuzun xidmətlərindən istifadə edir. Bu ilin mayından etibarən “Boeing”lə Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşlar həyata keçirəcəyik”.

 

“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli isə dedi ki, aviaşirkət təyyarə parkının yenilənməsinə mühüm əhəmiyyət verir. Belə hava layneri MDB məkanında və bir sıra Şərq ölkələri arasında ilk dəfə Azərbaycana gətirilib. Son illərdə mülki aviasiya sahəsində uğurlu inkişaf mərhələsi yaşanır. Bu baxımdan “Azərbaycan Hava Yolları” QSC-nin aviaparkının ən müasir “Boeing-787-8 Dreamliner” sərnişin təyyarələri ilə gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Regionda, eyni zamanda, MDB məkanında yeni hava gəmilərinin sayına görə lider olan “Azərbaycan Hava Yolları”nın təyyarə parkı əsasən “Boeing-757”, “Boeing-767”, “Aerobus-319”, “Aerobus-320”, “Aerobus-340”, “Embraer-170” və “Embraer-190” kimi müasir avialaynerlərdən ibarətdir.

 

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsinin növbəti təqdimatını AlmaniyaFransada keçirəcək.

 

Azərbaycan.-2015.- 10 aprel.- S.7.