Mədəniyyət və Turizm Nazirliyində

 ViktoriyaAlbert Muzeyinin direktoru ilə görüş

 

Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyində ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru, professor Martin Rot ilə görüş olub.

 

AZƏRTAC xəbər verir ki, qonağı salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda muzey işinin təşkili, muzeylərdə qorunub-saxlanılan eksponatlar, həmçinin bu sahənin yenidən qurulması istiqamətində görülən işlər və yeni inşa edilən muzeylər barədə qonağa məlumat verib.

 

Nazir bu səfəri dünyanın ən nüfuzlu muzeylərindən olan ViktoriyaAlbert Muzeyi ilə Azərbaycan muzeylərinin əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm mərhələ kimi dəyərləndirib və bu sahədə çalışan yerli mütəxəssislərin beynəlxalq təcrübədən bəhrələnməsinə töhfə verəcəyini bildirib.

 

Martin Rot ölkəmizə Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı kitab”ının 50 illik yubileyinə həsr edilmişBu gün burada” adlı sərgi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə gəldiyini söyləyib.

 

Qonaq ölkəmizə səfəri çərçivəsində Azərbaycan XalçaMilli İncəsənət muzeylərini ziyarət edəcəyini bildirib.

Görüş maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib.

 

Azərbaycan.-2015.- 10 aprel.- S.10.