Prezident İlham
Əliyev Lənkəranda yeni körpələr
evi-uşaq
bağçasının açılışında
iştirak edib
Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyevin Astara rayonuna və Lənkəran
şəhərinə səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də
Lənkəranda yeni inşa olunan körpələr
evi-uşaq bağçasının
açılışında iştirak edib.
Dövlətimizin
başçısı bağçanın rəmzi
açılışını bildirən lenti kəsdi.
Məlumat
verildi ki, körpələr evi-uşaq
bağçasının inşasına 2013-cü ilin
dekabrında başlanılıb. Tikinti işləri yüksək
keyfiyyətlə həyata keçirilib. Ərazisi 0,7 hektar
olan bağça 3 binadan ibarətdir. Burada uşaqların təlim-tərbiyəsi
və gələcəyin sağlam vətəndaşları
kimi yetişmələri üçün hərtərəfli
şərait yaradılıb. Bağçada 3 yaşdan 6
yaşadək 110 uşaq 11 qrupda təlim-tərbiyə alacaq.
Qruplar yaradılarkən müasir təlim-tərbiyə
qaydaları əsas götürülüb. Binada
uşaqların istirahəti və əyləncəsi
üçün geniş imkanlar var. Bağçada
balacaların ilk yaşlarından intellektual, fiziki və əqli
inkişafı, onların istedad və qabiliyyətlərinin
üzə çıxarılması,
sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin
qurulması diqqət mərkəzində saxlanılır.
Bundan başqa, musiqi zalı və digər istirahət
otaqları da balacaların ixtiyarına veriləcək.
Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir.
Bağçanın
ərazisində abadlıq işləri görülüb,
yaşıllıq zolaqları salınıb, yay çardağı,
oyun meydançası yaradılıb, su anbarı tikilib və
transformator yarımstansiyası quraşdırılıb.
Azərbaycan.-2015.- 12 aprel.- S.4.