Prezident İlham ƏLİYEV: “Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin

 

Nazirlər Kabinetinin son iclasında dövlət

 başçısının nitqlərindən çıxan əsas nəticə budur

 

Məlum olduğu kimi, bir sıra qlobalregional siyasi-iqtisadi böhranlar nəticəsində son vaxtlar neftin qiyməti kəskin ucuzlaşıb. Hegemonluğa can atan bir sıra ölkələrin iqtisadiyyatının çökdürülməsinə hesablanan bu siyasət zəncirvari reaksiya kimi bütün dünyanı bürüyüb. Nəticədə dünya iqtisadiyyatında artım dinamikası aşağı düşüb, iqtisadi durğunluq nəticəsində əhalinin gəlirləri azalıb.

Azərbaycanda isə vaxtında həyata keçirilən düşünülmüş iqtisadi islahatlar, xüsusən də ölkənin neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkəmizi ciddi böhrandan xilas edir. İqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı və çoxsaylı istehlak mallarının ölkədə istehsalı böhranın qarşısının alınmasında əsas rol oynayır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dünya və ölkə iqtisadiyyatında baş verən bu prosesləri təhlil etdi. Dövlət başçısı girişyekun nitqlərində hadisələrə obyektivdüzgün qiymət verdi, manatın məzənnəsinin dəyişməsi fonunda ölkənin sosial-iqtisadi sahələrindəki mövcud vəziyyətdən, qarşıda duran vəzifələrdən danışdı.

Prezident İlham Əliyev ölkə iqtisadiyyatında davam edən dinamik inkişafı qeyd edərək dedi: “Bu ilin birinci rübündə də müsbət meyillər davam edib. Mən keçən ilin sonunda əmin olduğumu bildirmişdim ki, 2015-ci ildə ölkə iqtisadiyyatı üçün uğurlu il olacaq. Birinci rübün yekunları bu sözləri təsdiqləyir. Ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Bu, çox gözəl göstəricidir, həm region, həm də dünya üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır. Azərbaycanda dinamik inkişaf təmin edilirsevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir”.

İclasda qeyd edildiyi kimi, ölkənin gələcək inkişafında da qeyri-neft sektoru prioritet olaraq qalacaq, bundan sonra da Azərbaycan iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcək. Yaxşı haldır ki, son bir neçə ildə qeyri-neft sektoru ümumi daxili məhsulun əksər hissəsini təşkil edir. Görülən tədbirlər nəticəsində qarşıdakı illər ərzində bu sektor inkişaf edərək ölkədə məhsul istehsalında xüsusi çəkisini daha da artıracaq ki, bu da iqtisadiyyatımızın neftdən asılılığının son maksimum azalması deməkdir.

Sözügedən iclasda vurğulandığı kimi, dünyada neftin qiymətinin təxminən iki dəfə ucuzlaşmasına baxmayaraq, bu, ölkəmizə ciddi iqtisadi təsir göstərə bilməyib. Bu da qeyri-neft sektorunun inkişafı, xüsusilə regionlarda yeni istehsal sahələrinin yaradılması nəticəsində mümkün olub. Əhalinin gündəlik tələbatının ödənilməsində xüsusi rol oynayan kənd təsərrüfatı məhsullarının ölkədə istehsalı ciddi qiymət artımına imkan verməyib. Əgər həmin məhsullar əvvəlki illərdəki kimi, xaricdən idxal edilsəydi, bu gün qiymət artımının qarşısını almaq mümkün olmazdı. Göründüyü kimi, dövlət tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət son nəticədə iqtisadiyyatımızın rəqabət qabiliyyətini və dayanıqlığını təmin etmişdir.

Bununla belə, Prezident bu sahədə görülən işlərdən tam razı deyil. Dövlət başçısı Nazirlər Kabinetinin son iclasında bu barədə fikirlərini belə açıqladı: “Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş hazır məhsullara qədər”.

Azərbaycanda sahibkarlığın inkişafına xüsusi önəm verilir. Bu məqsədlə son bir neçə ildə sahibkarlara milyonlarla manat güzəştli kreditlər verilib. Ölkədə ümumi daxili məhsulda özəl sektorun payı ildən-ilə artır. Hazırda bu rəqəm 80 faizdən çoxdur.

Ötən ilin “Sənaye ilielan edilməsi isə sənayenin inkişafına güclü təkan verdi. Keçən il ölkədə yüzlərlə iri, ortakiçik sənaye və emal müəssisələri istifadəyə verildi. Bu gün məhsul istehsalının artımında, sözsüz ki, həmin müəssisələrin rolu böyükdür.

Sənaye regionlarda da inkişaf edir. Hətta artıq rayonlarda bir sıra sənaye mərkəzlərinin tikilməsinə qərar verilib. Birinci belə müəssisə Neftçala rayonunda yaradılır ki, bu da yerli sahibkarlar tərəfindən rəğbətlə qarşılanır. Qarşıdakı illərdə həmin proses bütün bölgələri əhatə edəcək. Qeyd edək ki, regionlarda belə mərkəzlərin yaradılması iqtisadi sosial cəhətdən çox əhəmiyyətlidir. Belə ki, həmin müəssisələrdə məhsul istehsalı ilə bərabər, yerli əhali işlə təmin olunacaq. Əhalinin məşğulluğu isə onların sosial rifahının yüksəlməsinin başlıca meyarıdır.

Qeyri-neft sektorunda aqrar sahə xüsusi çəkiyə malikdir. Bu sahə həm əhatə dairəsinə, həm də burada çalışan insanların sayına görə ölkəmiz üçün böyük önəm daşıyır. Hesabat dövründə kənd təsərrüfatı məhsullarının istehsalında 3 faizdən çox artım qeydə alınıb. Hazırda aparılan islahatlar bu sektorun gələcəkdə məhsul istehsalında çəkisini artıracaq. Cari ilin “Kənd təsərrüfatı ilielan olunması da bu məqsədə xidmət edir.

Əhalinin sosial vəziyyətinin yaxşılaşması da dövlətin diqqət mərkəzindədir. Bu məqsədlə bir sıra yeni qanunlar və qərarlar qəbul edilir. Məqsəd əhalinin sosial rifahını ildən-ilə yüksəltməkdir. Cari ilin birinci rübündə əhalinin pul gəlirləri inflyasiyanı üstələyib Belə ki, bu dövrdə əhalinin pul gəlirləri 5,3 faiz artıb. Bu isə təxminən mövcud inflyasiyadan iki dəfə artıqdır.

Cari ilin ilk rübündə əhalini ən çox narahat edən hadisə manatın məzənnəsinin dəyişməsi olmuşdur. Lakin prosesə dövlət tərəfindən verilən çevikdüzgün reaksiya bu narahatlığa son qoydu. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu məsələyə də toxundu: “Onu da qeyd etməliyəm ki, Azərbaycan yeganə ölkə deyil ki, milli valyuta devalvasiyaya uğramışdır. Mənə verilən arayışda bəzi rəqəmlər var. İstəyirəm, sadəcə olaraq, Azərbaycan ictimaiyyəti son vaxtlar bizim qonşuluğumuzda hansı hadisələrin baş verdiyini bilsin. Yəni son vaxtlar bölgədə vəziyyət bundan ibarətdir ki, Qazaxıstanda milli valyuta 20 faizdən çox aşağı düşdü, Türkmənistanda 20 faizdən çox devalvasiyaya uğradı. Gürcüstanda milli valyuta 30 faizdən çox qiymətdən düşdü. Türkiyədə 2013-2015-ci illərdə türk lirəsi qiymətini 40 faiz itirdi. İranda milli valyuta 2013-2015-ci illərdə 113 faiz aşağı düşdü. Rusiyada son vaxtlar Rusiya rublu 80 faiz aşağı düşdü. Dünyanın aparıcı valyutalarından biri, yəni iki, ya üç aparıcı valyutasından biri avro qiymətini 25 faiz itirdi. Norveç milli valyutası qiymətini 34 faiz itirdi. Yəni, sadəcə olaraq, mən bu rəqəmləri müqayisə üçün səsləndirirəm”.

Prezidentin qeyd etdiyi kimi, milli valyutamızın devalvasiya edilməsi zəruri bir addım idi. Çünki biz dünyanın bir parçasıyıq və burada baş verən bütün hadisələr özümüzdən asılı olmayaraq ölkəmizə də təsir göstərir. Əsas məsələ odur ki, dövlət bu prosesi tənzimləyir və bundan əhalinin əziyyət çəkməsinin qarşısını almaq üçün təsirli tədbirlər görür.

 

Azərbaycan.-2015.- 12 aprel.- S.5.