Mehriban Əliyeva: Qonaq
qəbul etmək
Azərbaycan
xalqının qanında, canındadır
Moskvada
səfərdə olan Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva Rusiyanın TASS agentliyinə məxsusi
müsahibəsində bildirib ki, Azərbaycanda birinci Avropa
Oyunlarının iştirakçıları və
qonaqları üçün maksimum rahat şərait
yaradılır. Oyunlara hazırlıq mərhələsi
artıq yekunlaşmaq üzrədir. Planda nəzərdə
tutulan işlərin hamısı yerinə yetirilib, idman obyektlərinin,
demək olar ki, hamısı inşa edilib. Hazırda
oyunların açılış mərasiminə
hazırlıq işləri sürətləndirilib.
Açılış mərasiminədək bir neçə
test yarışlarının keçirilməsi nəzərdə
tutulub.
Azərbaycanın birinci xanımı TASS agentliyinə müsahibəsində vurğulayıb ki, birinci Avropa Oyunları gələcəyin standartlarını müəyyənləşdirəcəkdir. “Oyunlara hazırlıq işlərinə məhz bu baxımdan yanaşırıq. Məqsədimiz budur ki, Oyunların bütün iştirakçıları və nümayəndə heyətləri özlərini rahat hiss etsinlər”, - deyə Mehriban Əliyeva vurğulayıb. O, qeyd edib ki, fərqi yoxdur, istər bir olsun, istərsə də min, qonaq qəbul etmək Azərbaycan xalqının qanında, canındadır. Heydər Əliyev Fondunun prezidentinin sözlərinə görə, təşkilat komitəsi maraqlı mədəni proqram da hazırlayıb. Avropa Oyunları ölkəmizlə tanışlıq üçün yaxşı fürsətdir.
Mehriban xanım Əliyeva idmana yatırılan sərmayələrin
uzunmüddətli perspektivə malik olduğunu vurğulayaraq, əminliyini
bildirib ki, son nəticədə bu sərmayələr
cəmiyyətə, cəmiyyətin hər bir
üzvünə fayda verir.
Azərbaycan.-2015.- 12 aprel.- S.7.