Ölkənin enerji sahəsində görülən işlər bəhrəsini verir

 

Bu fikri Prezident İlham Əliyev Nazirlər

 Kabinetinin son iclasında səsləndirmişdir

 

Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkə iqtisadiyyatının enerji sektorundakı mövcud vəziyyətə də toxunmuşdur. “Əlbəttə, dövlət inhisarında olan strateji sahələr dövlətin əlində qalmalıdır” - deyən Prezident bu sahələr sırasında neft-qaz sektorunu da qeyd etmiş və onların dövlət tərəfindən idarə olunmasının işlərin məqsədyönlü şəkildə aparılmasına xidmət etdiyini vurğulamışdır.

Azərbaycan heç vaxt populist çıxışlar etmir. Bu, neft-qaz sektoruna da aiddir. İndiyədək qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilmişdir. “Əsrin müqaviləsi”nin uğurlarını, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişini, “Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasını, buradan çıxarılan mavi yanacağı Xəzərin sahilindən Ərzurumadək daşıyan boru xəttinin işə salınmasını xatırlatmaq kifayətdir.

Azərbaycan indi təkcə ölkə region üçün deyil, bütün dünya üçün önəmli olan yeni enerji layihələrini reallaşdırır. Dövlət başçısının dediyi kimi, “Cənub” qaz dəhlizi tamamilə yeni enerji xəritəsini ortaya qoyur Azərbaycanın rolu getdikcə artır... Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli sürübdür Azərbaycan Avropa Komissiyasının sənədlərində artıq önəmli tərəfdaş kimi göstərilir. Biz əlbəttə ki, bütün bu işləri izləyirik. Biz bilirik ki, Azərbaycanın rolu qədər əhəmiyyətlidir. Biz bilirik ki, Azərbaycan qazı hazırda Avropa məkanı üçün yeganə yeni mənbədir.

Bu mənbədən qazı Avropaya aparacaq “Cənub” qaz dəhlizinin təməli keçən il sentyabrın 20-də qoyulmuşdur. O vaxtdan bəri layihə uğurla irəliləyir. Bu ilin birinci rübündə layihə çərçivəsində iki mühüm hadisə baş vermişdir. Fevralın 12-də “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilmişdir. Məşvərət şurasının bu ilk toplantısının Bakıda keçirilməsi Azərbaycanın təşəbbüsü olmuşdur.

Tədbirdə qeyd edilmişdir ki, “Cənub” qaz dəhlizi neft qaz sənayesi sahəsində meqalayihədir. Hazırda bu, dünyanın ən iri üç-dörd enerji layihəsindən biridir, Türkiyə Avropa üçün yeni enerji mənbəyidir.

“Cənub” qaz dəhlizinin mühüm seqmentlərindən biri Cənubi Qafqaz Boru Kəməridir. 2006-cı ildən “Şahdəniz-1” qazını nəql edən kəmər növbəti mərhələnin qazını daşımaq üçün genişləndirilir bu istiqamətdə işlər müvəffəqiyyətlə davam edir.

Mart ayında isə Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməli qoyulmuşdur. Bu, bütün dünya birliyinin diqqətini cəlb edən hadisə idi. Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin mühüm tərkib hissəsi kimi TANAP-ın əhəmiyyətini xüsusi vurğulamışdır. TANAP-ın salnaməsi bir daha xatırlanmışdır. Belə ki, TANAP-ın tikintisi ilə əlaqədar Azərbaycan Türkiyə arasında saziş 2012-ci ildə imzalanmışdır. Layihə bütün tərəfdaşlar tərəfindən rəğbətlə qarşılanmış, onların dəstəyini almışdır. Artıq TANAP reallaşır, qısa müddətdə çox görülmüşdür. 2018-ci ildə “Şahdəniz-2”dən hasil olunan qazın Türkiyəyə çatdırılması gözlənilir.

Beləliklə, Azərbaycan qazının Avropaya yolu Türkiyədən keçəcək. Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan Gürcüstan ərazisi ilə nəql etdiyi qaz TANAP-a daxil olacaq. Türkiyədə təxminən 1900 kilometr məsafə boyu uzanan bu kəmərin digər ucu TAP-a - Trans-Adriatik Qaz Boru Kəmərinə bağlanacaq.

Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində TANAP TAP birləşəcək. Buradan Azərbaycan qazının Avropaya yolları uzanacaq.

Dövlət başçısı TAP layihəsinin müvəffəqiyyətlə həyata keçiriləcəyinə ümid bəslədiyini bildirmişdir: “Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan qaldırılacaq Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr Avropa İttifaqı bu məsələləri özləri həll edəcəkdir. Hər halda, Azərbaycan Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək”.

Birinci rüb ərzində enerji sektorunda baş verən hadisələr Azərbaycanın bu sahədə də uğurlarının davam etdiyini təsdiqləyir. Sözügedən iclasda deyildiyi kimi, həqiqətdir ki, bir neçə ildən sonra, “Cənub” qaz dəhlizi işə düşəndən sonra bizim qaz ixracımız kəskin şəkildə artacaq. Beləliklə, neft-qaz sektorumuz daha da böyüyəcək.

Neft-qaz sektorunun daha da inkişafı isə digər sahələrin də onunla ayaqlaşmasını tələb edir. İqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalır. Odur ki, qeyri-neft sektorunun neft sektorunu daim üstələməsi üçün əlavə tədbirlərin görülməsi qarşıya tələb kimi qoyulur.

Tədbirdə ilin birinci rübündə elektroenergetika sahəsində ciddi islahatların aparıldığı da qeyd olunmuşdur. “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin əsasında “Azərişıq” qurumu yaradılmışdır. Əsas məqsəd ölkənin rayonlarında elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə çatdırmaqdır. Rayonlarda isə görüləsi işlər hələ çoxdur.

Böyük enerji güclərinin, elektrik stansiyalarının yaradılması da bu məqsədə yönəldilir. Son illərdə yaradılan enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür. Azərbaycanda alternativ su elektrik stansiyaları və əsas qaz elektrik stansiyaları tikilmişdir. Nazirlər Kabinetinin iclasında diqqət bu sahədə ötürücü xətlərin vəziyyətinin hələ ki o qədər də yaxşı olmamasına yönəldilmişdir. Prezident İlham Əliyev bu məsələdə mövqeyini bir daha kəskin şəkildə bildirmişdir: “Xüsusilə rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin”.

Bu sözlər bir daha təsdiqləyir ki, xalqın yaşayışına, rahatlığına aid bütün məsələlər dövlətin, dövlət başçısının diqqət mərkəzindədir. Nazirlər Kabinetinin sözügedən iclasının leytmotivi də əsasən belədir: iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etdirmək, xalqın sosial vəziyyətini daha da yaxşılaşdırmaq üçün ardıcıl tədbirlər görmək. Bu istiqamətdə işlər davam edir və bəhrəsini verir.

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 14 aprel.- S.1.