Serbiyanın Baş naziri Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə
gəlib
Serbiya
Respublikasının Baş naziri Aleksandr Vuçiç aprelin
13-də Azərbaycan Respublikasına rəsmi səfərə
gəlib.
Hər
iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda hörmətli qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Serbiyanın
Baş naziri Aleksandr Vuçiçi hava limanında Azərbaycanın
Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi
şəxslər qarşıladılar.
Serbiyanın və Azərbaycanın dövlət
himnləri səsləndirildi.
Azərbaycan.-2015.- 14 aprel.- S. 1.