Ravil Zaripov: Azərbaycandakı
iqtisadi inkişaf
Tatarısanla
əməkdaşlığın dərinləşdirilməsi
üçün böyük imkanlar yaradır
Tatarıstan
Respublikası Azərbaycanla əlaqələrin genişləndirilməsində
maraqlıdır, Azərbaycandakı iqtisadi inkişaf əməkdaşlığın
dərinləşdirilməsi üçün böyük
imkanlar yaradır.
Bu
fikirlər Bakı Biznes Mərkəzində İqtisadiyyat və
Sənaye Nazirliyinin təşkilatçılığı ilə
keçirilən Azərbaycan-Rusiya biznes forumunda səsləndirilib.
Tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən
rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın
müxtəlif sahələrində fəaliyyət göstərən
50-ə yaxın iş adamı iştirak edib.
AZƏRTAC
xəbər verir ki, biznes forumda iqtisadiyyat və sənaye
naziri Şahin Mustafayev yüksək tərəfdaşlıq səviyyəsində
olan Azərbaycan-Rusiya əlaqələrinin uğurla
inkişaf etdiyini, bu əməkdaşlığın Rusiya
Federasiyasının federal subyektləri ilə də həyata
keçirildiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan
ortaq din, mədəniyyət və ənənələrə
malik Tatarıstan Respublikası ilə müxtəlif sahələrdə
uğurla əməkdaşlıq edir. Tatarıstan nümayəndə
heyətinin Azərbaycana bu səfəri də əməkdaşlığın
inkişafına, iqtisadi əlaqələrin daha genişlənməsinə
öz töhfəsini verəcək. Sabah Gəncə avtomobil
zavodunda “KamAZ” markalı yük maşınlarının
yığılması üzrə konveyerin istifadəyə
verilməsi Azərbaycan və Tatarıstan Respublikaları
arasında əlaqələrin uğurlu inkişafının
daha bir göstəricisidir.
Azərbaycan
iqtisadiyyatı barədə məlumat verən Şahin
Mustafayev neft maşınqayırması, neft kimyası, dərman
istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və
digər sahələrdə geniş əməkdaşlıq
imkanlarının olduğunu diqqətə
çatdırıb.
Rusiya
Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin
müavini, sənaye və ticarət naziri Ravil Zaripov
Tatarıstanın Rusiya Federasiyasının sürətlə
inkişaf edən bölgələrindən olduğunu deyib,
keçirilən biznes forumun iş adamları arasında əlaqələrin
genişləndirilməsində və yeni əməkdaşlığın
qurulmasında əhəmiyyətli olacağını
vurğulayıb, Azərbaycan iş adamlarını
Tatarıstana dəvət edib.
Tədbirdə
iştirak edən Azərbaycan və Tatarıstan şirkətləri
fəaliyyətləri barədə məlumat verib, Azərbaycan
və Tatarıstan arasında əməkdaşlığın
inkişafı istiqamətləri müzakirə olunub.
Azərbaycan.-2015.- 14 aprel.- S.2.