Təhsil naziri
Mikayıl Cabbarov Şəmkirdə vətəndaşları
qəbul edib
Təhsil
naziri Mikayıl Cabbarov aprelin 13-də Şəmkir şəhərində
Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy
rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC
xəbər verir ki, qəbulda iştirak edən vətəndaşlar
əsasən ali təhsı, tələbələrin təhsil
aldıqları ali və orta ixtisas məktəblərindən
digərinə köçürülmələri, müəllim
yerdəyişmələri, işlə təminat, təhsil
haqlarının ödənilməsində yaranan çətinliklər,
xaricdə təhsil və digər məsələlərlə
bağlı müraciətlər ediblər.
Qəbul
zamanı hər bir vətəndaşın müraciətinə
diqqətlə yanaşan təhsil naziri Mikayıl Cabbarov
onların bəzilərini yerindəcə həll edib, bəzilərinin
araşdırılması üçün
tapşırıqlar verib. Nazirliyin səlahiyyətlərinə
aid olmayan məsələlərin əlaqədar orqanlara
çatdırılması üçün qeydiyyata
alınıb.
Qəbula
gələn 40 nəfərədək vətəndaş onlar
üçün yaradılmış bu imkandan razı
qaldıqlarını bildiriblər.
Azərbaycan.-2015.- 14 aprel.- S.2.