Türkiyə jurnalistlərinin Bakıda
Əli Həsənovla görüşü
qardaş ölkə mediasında da geniş
işıqlandırılıb
Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənovun
Türkiyə Qəzetçilər Federasiyasının təşkilatçılığı
ilə ölkəmizdə səfərdə olan
tanınmış media nümayəndələri ilə
görüşünə Türkiyə mediasında geniş
yer verilib.
Bununla
bağlı dərc olunan materiallarda bildirilir ki,
görüşdə Azərbaycan və Türkiyənin birgə
həyata keçirdikləri regional layihələrdən
söhbət açılıb. Prezidentin ictimai-siyasi məsələlər
üzrə köməkçisi bu yaxınlarda TANAP layihəsi
ilə bağlı önəmli addımın atıldığını
vurğulayıb. Əli Həsənov qeyd edib ki, bu, iki ölkə
arasında təbii qaz və neft ilə bağlı məsələlərdə
Azərbaycanın Türkiyəyə verdiyi dəyərin
göstəricisidir.
Ölkələrimiz
arasındakı münasibətlərə də toxunan Əli
Həsənov qeyd edib ki, Azərbaycanın müstəqilliyini
ilk tanıyan dövlət məhz Türkiyə olub. Prezidentin
ictimai-siyasi məsələlər üzrə köməkçisi
bu gün Azərbaycan və Türkiyənin strateji tərəfdaş
olduğunu deyib.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə əlaqədar
danışıqların son vəziyyəti haqqında məlumat
verən Əli Həsənov problemlə bağlı BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin və digər beynəlxalq
təşkilatların qərarlarının yerinə yetirilmədiyini
bildirib.
Azərbayacan.- 2015.- 8 aprel.- S. 5.