Azərbaycan Dövlət İqtisad
Universitetində Doktorantların və gənc tədqiqatçıların
XIX respublika elmi
konfransı işə başlayıb
Aprelin
7-də Azərbaycan Dövlət İqtisad Universitetində
(ADİU) Təhsil Nazirliyinin təşkilatçılığı
ilə doktorantların və gənc tədqiqatçıların
XIX respublika elmi konfransı işə başlayıb.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan tədbirdə
əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Ali təhsil müəssisələri rəhbərlərinin,
respublikanın tanınmış alimlərinin, doktorantlar və gənc tədqiqatçıların
iştirak etdikləri konfransın
açılışında ADİU-nun rektoru, professor Ədalət
Muradov ali məktəblərlə
elmi-tədqiqat müəssisələri arasında əlaqələrin
genişləndirilməsinin əhəmiyyətini
vurğulayıb. Qeyd edib
ki, yüksək ixtisaslı, əmək
bazarının tələblərinə cavab
verən rəqabətqabiliyyətli kadrların
hazırlanması ölkəmizin gələcək
inkişafı baxımından həlledici əhəmiyyətə
malikdir. Kadr
hazırlığı təhsil işçilərinin
qarşısında duran ən vacib çağırışlardandır.
Keyfiyyətli təhsil qurmaq üçün keyfiyyətli tədqiqatlardan başlamaq lazımdır. Bu
istiqamətdə ADİU-da gənc tədqiqatçıları
stimullaşdırmaq məqsədilə bu
“Gənc professor” layihəsinə
başlanılıb.
Rektor diqqətə çatdırıb ki, iki gün davam edəcək konfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 414 tezis təqdim olunub. Tanınmış alimlərin rəhbərlik edəcəyi bölmə iclaslarında doktorantların və gənc tədqiqatçıların məruzələri dinləniləcək, müzakirələr aparılacaq.
Təhsil naziri
Mikayıl Cabbarov doktorantların və gənc
tədqiqatçıların elmi
yaradıcılığını stimullaşdırmaq,
onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə
keçirilən konfransın əhəmiyyətindən
danışıb, onun işinə uğurlar arzulayıb. Nazir
çıxışında ulu öndər
Heydər Əliyevin təhsilin, elmin
inkişafına, Azərbaycanda istedadlı uşaq
və gənclərə göstərilən qayğıdan bəhs
edərək bu işlərin hazırda
ölkə Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə
çatdırıb. Nazir bildirib ki, qlobal
rəqabətin gücləndiyi bir
dövrdə elm və təhsilin rolu sürətlə artmaqdadır.
M.Cabbarov gənc tədqiqatçıların
inkişafı üçün bütün resurslardan
istifadənin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə müvafiq
işlərin görüldüyünü
bildirən nazir qeyd edib ki, ölkə alimlərinin
50 faizə qədəri Təhsil Nazirliyi
sisteminə daxil olan
27 ali məktəb və elmi-tədqiqat müəssisəsində
çalışır. Nazir, həmçinin
qeyd edib ki, təhsilsiz elm, elmsiz təhsil ola bilməz.
Ənənəvi maksimum elmi
bilik fəlsəfəsindən optimal biliyə keçidin
vaxtı çatıb. Praktiki elmi biliklərin təhsil sistemində tədris
edilməsi üsullarının axtarışında olmalıyıq.
Hazırda təhsil sistemində fəaliyyət
göstərən gənc müəllimlərin sayının
az olmasına toxunan nazir bildirib ki, qarşıda duran vəzifələrdən
biri onların sayının
artırılması və keyfiyyətin yüksəldilməsidir.
M.Cabbarov ali təhsil müəssisələrində gənc alimlərin və tədqiqatçıların sayının artırılması, eyni zamanda rolunun yüksəldilməsi üçün xüsusi proqramın hazırlanacağını qeyd edib. Bu proqram dövlət təhsil müəssisələri üçün orta və uzunmüddətli hədəfləri müəyyənləşdirməlidir. Universitetlərdə gənc kadrların elmə cəlb edilməsi və müəyyən vəzifələrə təyin edilməsi daha sistemli şəkildə həyata keçirilməlidir. Bundan əlavə, xaricdə tədqiqatlarını başa vuran gənc alimlərin ölkəmizin ali məktəblərində tədrislə məşğul olması mühüm və zəruridir.
Çıxışının sonunda nazir ölkəmizdə
Birinci Avropa
Oyunlarının yüksək səviyyədə keçirilməsinə
öz töhfəsini verən 10 mindən
artıq tələbə könüllüyə təşəkkürünü
bildirib və onların üzərinə böyük məsuliyyət düşdüyünü
qeyd edib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə elm sahəsində aparılan islahatların əhəmiyyətini
vurğulayıb, elmi tədqiqat mərkəzlərinin
təhsil müəssisələri ilə əməkdaşlığının
daha da genişləndiriləcəyini
qeyd edib. Azərbaycanda
kifayət qədər güclü elmi potensialın olduğunu
deyən AMEA-nın prezidenti növbəti
illərdə bu potensialın gənclərin
hesabına daha da
güclənəcəyinə əminliyin ifadə edib. Akademik
vurğulayıb ki, Azərbaycanda çox güclü gənc
elmi elita
yaradılmalıdır. Bu elita
Azərbaycan elmini növbəti onilliklərdə
uğurla idarə edəcək.
Sonra doktorantların çıxışları dinlənilib.
Tədbir işini 15
bölmədə davam etdirib.
Azərbayacan.- 2015.- 8 aprel.- S. 5.