Məhsuldarlığın bünövrəsi toxumla qoyulur

 

Dövlət Toxum Fondunun yaradılması bu sahədəki

 problemlərin aradan qaldırılmasına xidmət edir

 

Ölkə başçısının 2 mart 2015-ci il tarixli sərəncamına əsasən yaradılan Dövlət Toxum FonduToxumçuluq haqqında” qanuna uyğun olaraq, məhsul istehsalçılarını keyfiyyətli toxumla təmin etmək, dövlətin beynəlxalq müqavilələrini yerinə yetirmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə kömək göstərmək funksiyalarını həyata keçirəcək. Bu fəaliyyətlərin təmin olunması məqsədilə Dövlət Reyestrinə daxil edilmiş bitki sortlarının toxumları dövlət, yerli və sığorta fondlarına tədarük olunacaq. Fonda toxum tədarükünün həcmi Nazirlər Kabinetinin müəyyən etdiyi həcmdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu, növbəti səpin ili üçün proqnozlaşdırılan əsas toxumun müəyyən miqdarında qanunvericilikdə nəzərdə tutulmuş qaydada istehsalçılarla satınalma müqaviləsinin bağlanması yolu ilə olacaq.

Fonda toxumun tədarük edilməsi, saxlanması, istifadəsi, yeni toxumla əvəz edilməsi tədbirlərinin həyata keçirilməsi Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin regional toxum sertifikatlaşdırma laboratoriyaları tərəfindən verilmiş uyğunluq sertifikatı (toxumların kondisiyalığı haqqında sertifikat) əsasında yerinə yetiriləcək. Tədarük olunan toxumun saxlanması və realizasiyası da müvafiq qaydalara uyğun həyata keçiriləcək.

“Kənd təsərrüfatı ili”ndə dövlət başçısının bu sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Bu il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində Prezident İlham Əliyev aqrar sektorun qarşısında duran ən vacib məsələlərdən birini bir cümlə ilə belə ifadə etmişdir: “Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik”. Yeri gəlmişkən qeyd edək ki, bu gün Azərbaycan özünü meyvə və giləmeyvə ilə 120, tərəvəzlə 103, yumurtabostan məhsulları ilə 100, üzümquş əti ilə 98, qoyun əti ilə 97, kartofla 90 faiz təmin etsə də, bir sıra ərzaq məhsullarını idxal edir. Dövlət başçısı həmin konfransda daxili bazarın taxıla olan tələbatının cəmi 60 faiz ödənilməsini mənfi hal kimi qiymətləndirmiş, III regional inkişaf Dövlət Proqramının icrası başa çatanadək taxıl və həmçinin tələbatdan aşağı istehsal edilən digər ərzaq məhsullarının da 100 faizə çatdırılmasının zəruri olduğunu vurğulamışdır. Elə Dövlət Toxum Fondunun yaradılması da bu məqsədə xidmət edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi M.Əhmədov bir sıra qlobal xarakterli amillərin - havaların istiləşməsi və səhralaşmanın, suvarılan torpaqların ikinci dəfə şoranlaşmaya məruz qalmasının, torpaqbecərmə sistemlərinin düzgün aparılmamasının, qida rejiminin lazımi səviyyədə yerinə yetirilməməsinin bütün kənd təsərrüfatı bitkilərinin, o cümlədən dənli bitkilərin məhsuldarlığının xeyli azalmasına səbəb olduğunu bildirir:Bunlar bütün dünyanı və o cümlədən də bizi narahat edən məsələlərdir. BMT-nın təşəbbüskarlığı və himayəsi altında 1945-ci ildə Ərzaq Təhlükəsizliyi Təşkilatı (FAO) yaradılmışdır. Azərbaycan da 1995-ci ildən bu təşkilatın üzvüdür. Bundan başqa, ölkədə bir sıra sənədlər, o cümlədən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul olunmuşdur ki, onlar da kənd təsərrüfatında mövcud problemlərin həllinə yönəldilmişdir. Qeyd olunan proqramda qarşıya qoyulan ən başlıca məsələlərdən biri isə dənli və dənli-paxlalı bitkilərin hər hektarının məhsuldarlığının 32 sentnerə çatdırılmasıdır. Yeri gəlmişkən, hazırda bu göstərici ən geniş becərilən dənli bitkilər (buğdaarpa) üçün 25-26 sentnerdir”.

Müasir dünya təcrübəsi göstərir ki, taxıl bitkilərinin yetişdirilməsində məhsuldarlığa təsir edən əsas amil yeni toxum növlərinin tətbiqidir. Yüksək məhsuldar və yüksək keyfiyyətli toxumlar məhsuldarlığın ciddi surətdə artmasına səbəb olur. Ona görə də bütün dünyada toxumların genofonduna, seleksiyasına xüsusi əhəmiyyət verilir, ciddi tədqiqatlar aparılır, genetik cəhətdən xəstəliklərə, ziyanvericilərə qarşı daha dözümlü növlər yetişdirilir. Artıq hektarın məhsuldarlığı 100-120 sentnerə çatan buğda növləri yetişdirilmişdir. Digər tərəfdən, yeni məhsuldar toxum növünün tətbiqi məhsuldarlığı az məsrəflərlə tez bir zamanda qaldıran yeganə yoldur. Elə “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda da deyilir ki, toxumçuluğun məqsədi yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliyə, ziyanvericilərə və müxtəlif iqlim şəraitini dözümlü bitki sortları yetişdirmək və onların çoxaldılmasını təmin etmək, toxumçuluğun vəzifəsi isə Dövlət Reyestrinə daxil edilmiş bitki sortlarının təmizliyini, bioloji və məhsuldarlıq keyfiyyətlərini saxlamaq üçün sortdəyişmə və sorttəzələməni həyata keçirməklə toxumların kütləvi artırılmasıdır.

M.Əhmədov məsələyə müqayisəli şəkildə qiymət verir:

- Davamlı inkişaf yolu keçmiş bir sıra qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, mövcud problemin həllinə birtərəfli yanaşma heç də həmişə uğur gətirmir. Məsələn, son illər dövlətin dəstəyi ilə Azərbaycanın tədqiqatçı alimlərinin və elmi-tədqiqat müəssisələrinin bu sahədəki bir sıra beynəlxalq layihələrdə, tədbirlərdə, seminarlarda mənimsədikləri mütərəqqi texnologiyaların fərdi torpaq sahiblərinə, fermerlərə çatdırılmasının və aşılanmasının böyük faydası olmuşdur. Lakin hətta tədqiqatçı alimlərimiz tərəfindən yaradılan yüksək məhsuldar dənli taxıl sortlarının ayrı-ayrı fermer təsərrüfatlarında 50-60 sentner məhsul verməsinə baxmayaraq, ölkə üzrə ümumi orta məhsuldarlıq hələ də qənaətbəxş deyil.

Nazirliyin sözçüsünün dediyinə görə, bəzi istehsalçılar dənli bitkilərdən yüksək məhsul almaq üçün qismən becərmə texnologiyalarına yiyələnmişlər və hazırda bu proses dövlətin dəstəyi ilə davam edir: “Bu sahədə ən mühüm amillərdən biri istehsalçıların yüksək məhsuldarlığa malik taxıl sortlarının toxumu ilə təmin olunmasıdır. Digər texnoloji proseslərlə yanaşı, yalnız məhsuldar sortların yüksək kondisiyalı toxumundan istifadə olunması məhsuldarlığı ən azı 20-35 faiz artırmağa imkan verir. Belə çıxır ki, məhz bircə bu amilin hesabına nəzəri cəhətdən Azərbaycan mövcud əkin sahələrini artırmadan özünü taxılla tam təmin edə bilər. Ümumiyyətlə, respublikamızda ortalama 950 min hektar əkin sahəsi olmaq şərti ilə taxıl bitkilərinin (buğdaarpa) orijinal, superelitelit reproduksiyalı toxumlara illik təxmini ehtiyacı 300 tonu sığorta fonduna aid olmaqla 2323 tondur. Bunun 10 tonu sığorta fonduna aid olmaqla 32-33 tonu orijinal, 65 tonu sığorta fonduna aid olmaqla 235-265 tonu superelit, 225 tonu sığorta fonduna aid olmaqla 1725 tonu elit toxumudur. Ölkəmizin reproduksiyalı toxumlara olan tələbatı isə illik 198-205 min tondur ki, onun da 10 min tonu sığorta fonduna aiddir. Bu ehtiyacın 23-28 min tonu (3 min tonu sığorta fonduna aid olmaq şərti ilə) 1-ci, 95-97 min tonu (7 min tonu sığorta fonduna aid olmaq şərti ilə) 2-ci, 80 min tonu 3-cü dərəcəli reproduksiyalı toxumlardır. Məlumat üçün bildirək ki, keçən il Azərbaycanda 26,2 ton orijinal, 158,7 ton superelit, 2181 ton elit, eləcə də 16308 ton 1-ci, 44876 ton 2-ci dərəcəli reproduksiyalı, 100 min ton reproduksiyasız toxumlar istehsal olunmuşdur”. Göründüyü kimi, ötən il ölkədə ehtiyacdan 6,8 ton orijinal, 106,3 ton superelit, eləcə də 11092 ton 1-ci, 52124 ton 2-ci reproduksiyalı toxum az istehsal edilmişdir ki, bu da Dövlət Toxum Fondunun yaradılmasının zəruriliyini bir daha ortaya qoyur.

Onu da qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı bitkilərinin, o cümlədən dənli və dənli-paxlalı bitkilərin toxumçuluğu sahəsində inkişafın təmin olunması üçün bir sıra müvafiq sənədlər qəbul olunmuşdur. Bu sənədlərdə qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması üçün ölkədə aqrar sektorun, o cümlədən toxumçuluğun inkişaf etdirilməsi, yüksək keyfiyyətli və məhsuldar sortların toxumlarına olan tələbatın ödənilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Məhz həmin qanunlara və digər normativ-hüquqi aktlara əsasən, bu gün toxumçuluq sistemi orijinal, superelit, elit və reproduksiyalı toxumlar istehsalından, sığorta fondu və dövlət toxum ehtiyatlarının yaradılmasından ibarətdir. Orijinal, superelitelit toxumların istehsalı müəllifin və ya patent sahibinin nəzarəti altında elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında, reproduksiyalı toxumların istehsalı isə dövlət və bu fəaliyyət növü ilə məşğul olan ixtisaslaşdırılmış özəl toxumçuluq subyektlərində həyata keçirilir. Hazırda ölkədə 400-ə yaxın attestasiyadan keçmiştoxum istehsalçılarının reyestrinə daxil edilmiş fizikihüquqi toxumçuluq subyekti fəaliyyət göstərir. Həmin toxumçuluq təsərrüfatları elmi-tədqiqat müəssisələrinin toxumçuluq təsərrüfatlarında istehsal olunan elit toxumu əkir, əldə etdikləri birinciikinci reproduksiya toxumu fərdi taxıl əkənlərə güzəştli qiymətə sataraq onları keyfiyyətli toxumla təmin edirlər.

M.Əhmədov onu da vurğulayır ki, dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə göstərilən çoxşaxəli texniki və maliyyə dəstəyi aqrar bölmənin inkişafında mühüm rol oynayır: Toxumçuluq təsərrüfatlarına isə dövlət himayəsinin həyata keçirilməsi ilə əlaqədar digər güzəştlərlə yanaşı, Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli qərarına əsasən, toxum istehsalına görə təsdiq olunmuş kvotaya uyğun subsidiya ödənilir. Verilən subsidiyanın miqdarı R1 reproduksiyalı toxumlar üçün onun dəyərinin (satış qiymətinin) 40, R2 reproduksiyalı toxumlar üçün 30 faizi həcmindədir. Bu tədbir regionlarda toxumçuluqtingçilik işlərinin genişləndirilməsi, kənd təsərrüfatı bitkilərinin toxumlarının və tinglərinin artırılması, toxumçuluq təsərrüfatlarının maddi-texniki bazalarının yaxşılaşdırılması istiqamətində müsbət nəticələr verir. Belə ki, dövlət dəstəyindən istifadə edən bütün növ toxumting istehsalçılarının istehsala marağı artır, istər orijinal, superelitelit, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlir və bəzi bitki toxumlarına, xüsusən strateji əhəmiyyətə malik taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin olunur”.

Məlum olduğu kimi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda aqrar sahənin səmərəliyinin artırılması üçün aparılan islahatların davam etdirilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, kənd təsərrüfatının intensiv metodlarla inkişafının təmin edilməsi, idxaldan asılılığın azaldılması, məhsuldarlığın, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması və digər istiqamətlərdə tədbirlərin görülməsinin vacibliyi xüsusi vurğulanmışdır. Eyni zamanda kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemlikompleks yanaşmanı təmin və bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək məqsədilə Prezident İlham Əliyev 2015-ci ili Azərbaycanda “Kənd təsərrüfatı ilielan etmişdir. Bunun davamı olaraq ölkə başçısının Dövlət Toxum Fondunun yaradılması haqqında imzaladığı sərəncam toxum qıtlığının aradan qaldırılmasında, toxumçuluqla məşğul olan subyektlərin keyfiyyətli toxumla təmin olunmasında, ən başlıcası isə əhalinin ərzaq təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malikdir.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan $g 2015.-  15 aprel.- S.8.