Erməni-tatar sazişi.

 

Qarabağda sülhün bərqərar olması

 

Əgər Zaqafqaziyada asayiş yaradılması üç respublikada - Azərbaycanda, Gürcüstanda və Ermənistanda asayiş yaradılmasından asılı olsaydı, məsələ mahiyyət etibarilə bu dərəcədə mürəkkəbləşməzdi: bir qədər rəng sərf edib xəritədə sərhədləri asanlıqla qeyd etmək olardı. Onda Azərbaycanda da, Gürcüstanda da sülh bərqərar olardı, Ermənistanın bəzi hissələrində kiçik münaqişələrin davam etməsinə baxmayaraq, Amerika hərbi missiyasının gəlişi bu vəziyyətə son qoyardı. Lakin əsas məsələlər, heç şübhəsiz, çətindir. Məsələn, Azərbaycanın bir şəhərində çoxsaylı erməni əhali yalnız ermənilərin hakimiyyət orqanlarına tabe olmaq istəyir, indiki Ermənistan ərazisində sakinlərinin əksəriyyəti müsəlman olan başqa şəhərdə isə bu sakinlər ermənilərin qanunlarına tabe olmaqdan imtina edirlər. Plebisitlərdən danışırlar, amma onların nəticəsi bütün Qafqazda çoxsaylı xırda müsəlman və xristian dövlətlərinin yaranmasından ibarət olardı.

Ən mürəkkəb məsələlərdən biri Yelizavetpol quberniyasının Qarabağ rayonu məsələsi idi. Bu məsələ yalnız yaxın vaxtlarda həll edilmişdir. Bu münasibətlə Bakıda təşkil edilmiş banketdə həm tatar (azərbaycanlı - Ş.H.), həm də erməni nümayəndələr qılıncları qınına qoymaq qərarına gəldilər. İndi Qarabağda əmin-amanlıqdır. Sakinlərin dediyinə görə, burada əvvəllər heç vaxt bu dərəcədə sakitlik olmamışdır.

Qarabağ məsələsi əslində Şuşa şəhərinə və Şuşa rayonuna aiddir. Qarabağ özünün coğrafi mövqeyinə görə həqiqətən Azərbaycana məxsus olmalıdır...

Erməni liderlərinə məsləhət gördülər ki, sakitləşsinlər və Paris konfransı bu bölgədə idarəetmə formasını müəyyən edəcəyi vaxtı gözləsinlər, bununvaxt ediləcəyinin konfransın qərarı üçün heç bir əhəmiyyəti olmayacaqdır. Lakin bu məsləhətlər hədər oldu. Erməni liderləri açıq-aşkar bildirdilər ki, Azərbaycana müvəqqəti də olsa tabe olmaqdansa ölüm yaxşıdır. Onlar yerli ermənilərə elə təsir göstərdilər ki, yerli ermənilərlə tatarlar arasında münaqişələr başlandı və neçə-neçə adam öldürüldü, əlbəttə, liderlərdən başqa, çünki onların təşviqatı artıq öz bəhrəsini vermişdi və liderlər bu bəhrənin yığılmasını gözləmədən tələsik qaçıb aradan çıxdılar.

Ermənilər dünyada ən yaxşı təbliğatçıdırlar. Onların təbliğatı son ayların işi deyildir, bu uzun illər boyu mütəmadi aparılmışdır. İstər Rusiyada, istərsə də Qafqazda ermənilər barəsində bircə kəlmə xoş söz deyən bir nəfər də tapmazsan. Ruslar, tatarlar və gürcülər ermənilərə nifrət edir, onların ermənilərdən zəhləsi gedir. Bunun düzgün olub-olmadığını deyə bilmərəm, amma fakt göz qabağındadır: ermənilər başqa irqlərə nifrət edirlər. Onlar xaricdə özlərini elə təbliğ edirlər ki, Avropabütün dünya onların tərəfini saxlayır. Əlbəttə, onlar çox əziyyətlər görüblər, lakin minlərlə müsəlman kişi, qadın və uşaqlar da onların əlindən əziyyət çəkiblər. Şübhəsiz, ermənilərə münasibətdə amansızlıq edilmişdir, lakin onlar özləri də müsəlman kəndlərində türklərin onlara qarşı törətdiklərindən qat-qat artıq qəddarlıqlar törətmişlər. Onlar bunu türklərin barəsində etmişöz növbəsində, özləri də türklərdən bu cür amansızlıqlar görmüşlər. Bu mənada ermənilər tatarların tayıdır. Ümumiyyətlə, tatarlar, əlbəttə, ermənilərdən qat-qat yuxarı, onlardan çox-çox mərddirlər.

Qarabağ məsələsini əsaslı şəkildə öyrəndikdən sonra inamla deyə bilərəm ki, iğtişaşların əksəriyyətinin səbəbi təbliğat olmuşdur - məkrli təbliğat.

Hər iki xalq öz həyat yolunu sakitcə davam etdirməyə hazır idi və təşviqatçılar işə qarışmasaydı, bu xalqlar elə belə də edəcəkdilər. Daha sonra, mən əminəm ki, Zaqafqaziyanın başqa yerlərində törədilmiş erməni-tatar qırğınına görə də bu sonuncular (təşviqatçılar - Ş.H.) cavabdehdirlər. Erməni təbliğatçısı öz işini vicdanla görür, çünki bu təbliğatla bağlıdır, lakin Zaqafqaziyada onun fəaliyyəti çox vaxt adi provokasiyadan ibarətdir. Mən misallar da gətirə bilərəm.

Əlbəttə, mətbuat təşviqatçı üçün ən yaxşı tribunadır. Mətbu sözdə elə bir hipnotik qüvvə var ki, onu oxuyan adamı inanmağa məcbur edir. Tiflisdə erməni dilində iki həftəlik qəzet nəşr edilir. Mən məhz erməni dilində nəşr edilənləri nəzərdə tuturam. Bəzi başqa qəzetlər də ermənilərə məxsusdur və ya onların maliyyə dəstəyindən istifadə edir. İki-üç ay bundan əvvəl erməni qəzetlərinin birində Qarabağda, İranın şimalında, Azərbaycan sərhədində ermənilərin qırılması barədə xəbər dərc edilmişdi. Həmin xəbərdə bildirilirdi ki, üç mindən artıq adam öldürülmüşdür. Mən bu barədə arayış topladım. Qəzetin naşiri ilə, daha doğrusu, naşirlərdən biri ilə görüşdüm, çünki adətən bu yerlərdəki qəzetləri bir nəfər deyil, kollegiya nəşr edir. Mən həmin adamdan qırğın barədə soruşdum. O mənə izah etdi ki, bir neçə gün bundan əvvəl redaksiyaya bir erməni gəlmiş və ona bu əhvalatı danışmışdır. Mən soruşdum: “Bəs bu qırğın haçan olub?” O bunu bilmirdi. Mən sübut etməyə başladım ki, qəzetçilik işində iki ən mühüm sual var: “harada” və “haçan”. O cavab verdi ki, özünə əziyyət verib bu hadisənin harada baş verməsini soruşmamışdır. Nəhayət, uzun axtarışlardan sonra mən aydınlaşdırdım ki, bu qırğın 1918-ci ilin noyabr ayında baş vermişdir. O vaxt türklər hələ bu rayonu tutmamışdı və yerli sakinlər onlara qarşı partizan müharibəsini davam etdirirdilər. Bundan əlavə, mən öyrəndim ki, ölənlərin sayı üç min nəfər deyil, ən çoxu üç yüz nəfər olmuşdur. Həmçinin onu da öyrəndim ki, bu hadisə baş verəndən bir neçə həftə sonra mətbuatda bu barədə lazımınca məlumat verilmişdir.

Elə həmin həftə digər erməni qəzetində belə bir məlumat dərc edilmişdi ki, ingilislər Qafqazı tərk edib gedirlər və “Britaniya hökuməti ilə əldə edilmiş razılaşmaya görə, Britaniya qoşunlarını əvəz etmək üçün Qafqaza 50 min türk göndəriləcəkdir”. Əlbəttə, mən bu məsələ ilə əlaqədar yenə redaktorla görüşməli oldum. Təbii ki, naşir bir nəfər deyildi, amma mən naşirin hər üzünü gördüm. Soruşuram: siz bu ağlabatmaz xəbərə inanırsınızmı? Cavab verir: “Xeyr, inanmıram”. Bəs elə isə bu məlumatı nə üçün çap etmisiniz? Onlar (xorla) cavab verdilər ki, bəs xəbər azdır, poçtun pis işləməsi və ya olmaması xüsusi müxbirlərdən məlumatlar alınması zamanı çətinliklər yaradır, buna görə də həqiqətə uyğun olub-olmamasının fərqinə varmadan aldıqları bütün xəbərləri çap etməyə məcburdurlar. Sonra da özlərini təmizə çıxarmaq üçün dedilər: “Biz yanlış məlumatları növbəti nömrədə təkzib etməyi həmişə özümüzə borc bilirik”.

Təxminən eyni vaxtda bu qəzet baş nazir Jordaniya ilə general Tomson (o dövrdə Britaniyanın Tiflisdəki qoşunlarının komandanı) arasında guya olmuş müsahibə barədə hesabat dərc etmişdi. Həmin məlumatda deyilir: “General Tomson Jordaniyaya demişdir ki, sülh konfransında Gürcüstanın Rusiyaya qaytarılması qərara alınmışdır və yalnız Ermənistan müstəqil dövlət olacaqdır”. Jordaniya bir neçə dəqiqə ərzində bir kəlmə də danışa bilməmiş, sonra isə Tomsona yalvarmağa başlamışdır ki, əhali arasında ciddi iğtişaşlar törənməməsi üçün bu xəbəri yaymasın. General Tomson bu məlumatı sirr kimi saxlayacağını vəd etmişdir”.

Bu müsahibə haqqında bütün deyilənlər başdan-ayağa uydurmadır və qəzetin növbəti nömrəsində təkzib verilmişdi, lakin zərərli təbliğat artıq öz işini görmüşdü. Hətta faktların məhz qəzetdə təsvir edildiyi kimi olduğunu güman etsək belə, qəzet özündən uydurmuşdur ki, baş nazir Jordaniya general Tomsondanbu sirri açmamasını” xahiş etmişdir.

Mən cəmi üç misal göstərdim, lakin belə misallardan çox göstərmək olar. Erməni mətbuatı qırğınlar, qəddarlıqlar barədə uydurmalarlatatarlara (azərbaycanlılara - Ş.H.) qarşı təbliğatlarla doludur. Bu mətbuatda provokasiya çoxdurheç şübhəsiz, indiki dövrdə Qafqazda və Ermənistanda baş verən milli münaqişələrin çoxuna görə məhz erməni mətbuatı cavabdehdir.

Yanvar ayında Şuşada olarkən bir ingilis zabitinə demişdim ki, Zəngəzur mahalındakı qaçqın müsəlmanların hansı vəziyyətdə yaşamasını yəqin etmək üçün oraya getməyə hazırlaşıram. Orada 40 minə yaxın qaçqın müsəlmanın hamısı ermənilərdən zərər çəkmişdir. Bununla belə, mənə dedilər ki, indiyə qədər heç bir ingilis heç vaxt bu yerdə olmamışdır. Qərara alındı ki, iki gündən sonra mən oraya gedim. Mənim Zəngəzura səfərimdən bir gün əvvəl həmin zabit mənə məsləhət gördü ki, oraya getməyim. O mənə dedi: “Heç bir ingilis zabiti oraya təkcə gedə bilməz. Əgər yaxşı silahlanmış konvoy olmasa, bu, çox təhlükəlidir”. Deyirdilər ki, Zəngəzurdakı müsəlmanlar ingilislərin əleyhinədir, orada türk zabitləri və türk qoşunları var. Bir sözlə, Zəngəzur dünyanın xəstə qitəsinin xəstə yeri imiş. Bu zabitin tərcüməçisinin erməni olması faktı mənim hərəkət tərzimi şərtləndirdi. Mən, nəzərdə tutduğum kimi, oraya getmək qərarına gəldim. O vaxta qədər mən heç yerdə bu cür qonaqpərvərlik görməmişdim, heç yerdə məni Zəngəzurdakı müsəlmanların qəbul etdiyi kimi qəbul etməmişdilər. Mənim bütün səyahətlərim dövründə mənə bu qədər xoş arzular bildirilməmişdi. Kiminlə görüşürdümsə, hamısı ingilislərdən yerdən göyə qədər razı olduqlarını söyləyirdi. Onlar mənimlə lap səfir kimi rəftar edirdilər. Qonaqpərvər ev sahiblərindən ayrılıb gedəndə təəssüfləndim. Lakin mən tək getməli oldum, çünki ermənilərin məskunlaşdığı ölkədə məni müşayiət etməyə heç kəs razılaşmadı. Onlar güllələnəcəklərindən qorxurdular... Mən cəbhə xəttinin tatarlar yerləşən tərəfindən ermənilər tərəfə gedəndə məni atəşə tutdular. Mən Gorus şəhərinə yollandım. O vaxt qiyamçı erməni Andronik orada yaşayırdı. Mən bir gün orada qaldım, ertəsi gün Şuşaya, oradan da Bakıya yola düşdüm. Andronik mənə bir at və müşayiətçi kimi bir erməni əsgər verdi. Şərtləşdik ki, gecəni Gorus ilə Şuşa arasında yerləşən Abdalyar adlı tatar kəndində keçirəcəyəm. Erməni əsgər Andronikin mənə verdiyi atı götürməli idi, çünki orada başqa at tapacağıma ümid edirdim. Bu erməni çox yaxşı adam idi. Əvvəllər rus ordusunda əsgər olubmuş, bir neçə cəbhədə döyüşübmüş. Biz Abdalyar kəndinə yaxınlaşanda hiss etdim ki, erməni həyəcanlanır. Biz kəndin bir neçə verstliyində olanda o bildirdi ki, daha məni müşayiət edə bilməyəcək. Niyəsini soruşdum, dedi ki, tatarlar məni öldürərlər. Onunüçün belə fikirləşdiyini soruşanda cavab verdi: “Mən bu barədə bizim qəzetlərdə oxumuşam”. İndi mən özüm jurnalist olduğum halda onu inandırmalı idim ki, qəzetlərdə oxuduğun hər şeyə inanmaq lazım deyil. Mən ona dedim ki, ona heçolmayacaq və mənimlə getməyə razı saldım. Biz sağ-salamat kəndə çatdıq. Mənə balaca bir koma verdilər və erməni tatarla birlikdə atları tövləyə apardı. Mən bir stəkan çay içib qəlyanaltı edəndən sonra öz komamdan çıxdım, görək erməni özünü necə hiss edir. Gördüm ki, erməni o biri komada ev sahibləri olan bir qrup tatar milisionerinin arasında ocağın qırağında əyləşib. Onlar hamısı çay içir, siqaret çəkir və ən yaxın dostlar kimi gülüşürdülər. Səhəri gün erməni Gorusa gedəndə gördüm ki, tatarlar onun əlini sıxırlar və eşitdim ki, onlar bir-birinə cansağlığı və xoşbəxtlik arzulayırlar...

Yenə Şuşadayam və ermənilər yenə bildirirlər ki, tatarlara tabe olmaqdansa ölmək yaxşıdır, ermənilər və tatarlar bir-birinin düşmənidir və onların arasında razılıq ola bilməz.

Həyəcanlı dövr başlandı. Britaniya hakimiyyət orqanları qərara aldılar ki, indiki vaxtda Qarabağ Azərbaycana birləşdirilməli və bu respublikanın hakimiyyəti altında olmalıdır...

Beləliklə, Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın tərkib hissəsi olduğu kimi, inzibati baxımdan da Azərbaycanın tərkib hissəsinə çevrildi. Doktor Sultanov Şuşanın general-qubernatoru təyin edildi, britaniyalı bir zabitBritaniya qoşunlarından ibarət kiçik bir dəstə Şuşada qaldı. Əldə edilmiş razılaşmaya görə, Sultanov öz əmr və dekretlərini İngiltərənin nümayəndəsi ilə razılaşdırmaq şərti ilə dərc etməli idi. Ermənilər hətta bu cür idarəetməni də tanımaqdan imtina etdilər və şəhərdə Azərbaycan dilində yazılıb yapışdırılmış məlumatlar və proklamasiyalar qoparılıb atılanda təşviqatçıların təhriki ilə ermənilər bu vərəqləri korlayır və cırırdılar. Bu şəhərdə və mahalda olan qaçqınların çoxu Türkiyə Ermənistanından olan qaçqınlardır. Buna görə də onlara təsir göstərmək çətin deyildi. Təşviqatçılar deyəndə ki, tatarlar da elə türklərdir - onlar öz məqsədlərinə çatırdılar. Münaqişələrin baş verməsi labüd idi. Asayiş yaratmaq üçün Britaniya qoşunları göndərilmişdi və iki hindu öldürülmüşdü. Bir neçə tatar əsgər və bir neçə erməni bu toqquşmalar zamanı öldürülmüşdü. Onların bir-birini qırmaq üçün göndərildiyi kəndlərdə bir neçə yüz adam həlak olmuşdu.

İndi insident səngimişdir. Qarabağda əmin-amanlıqdır. Ermənilər Azərbaycanın hakimiyyət orqanlarına tabe olmağa razılaşmışlar. Artıq, yuxarıda dediyim kimi, bu münasibətlə banket verilmiş, qılınclar qınına qoyulmuşdur...

Onlar (ermənilər) mənə deyirlər ki, Şuşada Qarabağda əvvəllər heç vaxt bu qədər sakitlik qayda-qanun olmamışdır.

 

SKOTLAND-LİDDELL,

Şuşa, Zaqafqaziya

Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi, Fond 894, siy. 10, 103, v. 10-19.

Azərbaycan SSR EA xəbərləri”.

Tarix, fəlsəfə hüquq seriyası, ¹ 4

B., 1989, səh. 121-126

Azərbaycan.-2015.-  15 aprel.- S.11.