Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin
strukturunun və ştat
vahidlərinin yenidən təsdiq edilməsi barədə Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 8/76
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli Qanununun 1-ci, 5.2-ci, 5.3-cü maddələrinə və digər müvafiq hüquqi aktlara əsasən siyasi partiyaların illik maliyyə hesabatlarının Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi və onun tərəfindən araşdırılaraq ictimailəşdirilməsi müəyyən edilmişdir. Bu isə siyasi partiyalarla bu istiqamətdə yeni hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuş, aidiyyəti sənədlərlə işin qanunvericiliyin yeni tələblərinə uyğun qurulmasına zəmin yaratmış, həmin fəaliyyətin daha peşəkar və səmərəli həyata keçirilməsində birbaşa iştirak etməli olan Mərkəzi Seçki Komissiyası Katibliyinin mövcud strukturunun təkmilləşdirilərək yenidən təsdiq edilməsi zərurəti yaratmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 28.5-ci maddələrini və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli Qanununun 1-ci, 5.2-ci və 5.3-cü maddələrini rəhbər tutaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturu və ştat vahidləri yenidən təsdiq edilsin (cədvəl əlavə edilir).
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası
Katibliyinin strukturu
Struktur bölməsinin adı
MSK katibliyinin müdiri
MSK katibliyi rəhbərinin müavini
MSK katibliyi müdirinin köməkçisi
Təşkilat şöbəsi
Hüquq şöbəsi
Beynəlxalq əlaqələr şöbəsi
Treninq sektoru
İnformasiya mərkəzi (şöbə hüququnda)
İnformasiya sistemlərinin avtomatlaşdırılması sektoru
Texniki və sistem təminatı sektoru
İnformasiya şəbəkəsinə nəzarət və koordinasiya sektoru
Ümumi şöbə
Kargüzarlıq sektoru
Siyasi partiyaların sənədləri ilə iş sektoru
Monitorinq şöbəsi
Media və ictimai əlaqələr şöbəsi
Redaksiya və nəşr şöbəsi
Maliyyə şöbəsi
Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru
Təsərrüfat şöbəsi
Ştat vahidlərinin sayı - 129
Katibliyin rəhbərliyi - 3
Şöbə müdiri - 10
Sektor müdiri - 7
Baş məsləhətçi - 32
Böyük məsləhətçi - 18
Aparıcı məsləhətçi - 4
Məsləhətçi - 17
Baş mütəxəssis - 27
( o cümlədən sürücü -14)
Böyük mütəxəssis - 2
Xadimə - 9
07.04.2015
Azərbaycan. - 2015.- 8 aprel.- S.6.